Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilib
Digərləri 31 Yan 2026 19:56:00 70 0
2026-cı il yanvarın 31-də "Baku Marriott Hotel Boulevard" mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) üzvlərinin növbəti konfransı keçirilib.
Bu xəbəri də oxu: Bakıda 21 yaşlı hamilə qadın faciəvi şəkildə öldü
Son.az xəbər verir ki, konfransda VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla ümumilikdə 245 vəkil, habelə KİV nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib. Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsi sahəsində mühüm addımlar atıldığı vurğulanıb.
Həmçinin Anar Bağırov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədr bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət göstərir.
Türkiyənin ötən il turizm gəliri rekord həddə - 65.2 milyard dollara çat
Azərbaycan Dövlət Filarmoniyasının solisti Taleh Yahyayev efirdə səslənd
Zəngəzur Milli Parkında nadir quş növünün unikal görüntüləri qeydə a
Müğənni Aysun İsmayılova son açıqlaması ilə diqqət mərkəzinə düş�
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikl
"Dünyanın ən şirin yarışması" adlı video sosial şəbəkələr
Bir toy mərasimində gəlinin uşaqlara qarşı əsəbi reaksiyası sosial şə
Xalq artisti Aygün Kazımovanın çıxışı zamanı səhnədə gözlənilməz
Musavat.com xəbər verir ki, Cefri Epşteyn işi ilə bağlı ictimaiyyətə a�
Meyxanaçı Ağamirzə sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə d
Xalq artisti Röya Ayxan qatıldığı toy mərasimində gecənin ən çox diqq�
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində f�
ATV-nin efirində maraqlı açıqlama verən tanınmış aparıcı Hacı Nuran B
Məşhur müğənni Asif Məhərrəmov maddi zərərə məruz qalıb.
Rusiyanın paytaxtı Moskvada 78 yaşlı kişi binadan yıxılaraq, ölüb.
