Bakıda Xalq artistinin oğlu DÖYÜLDÜ, xəstəxanaya yerləşdirilib
Şou-biznes 31 Yan 2026 10:14:00 49 0
Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.
Bu xəbəri də oxu: Hüseyn tanınmaz dərəcədə dəyişdi
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə A.Balıyev özü məlumat verib.
O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib:
"Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. "Toyota" markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus BMW markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki "Toyota"dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər".
A.Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum edib:
"Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır".
Naxçıvan Dövlət Universitetinin nəzdində yeni tələbə yataqxanasının t
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hasan Suvarı özünə baş müşa
Sosial media fenomeni Mika Raun Can İstanbulda baş verən əməliyyat nəticə
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Xarici dillər kafedrasın
Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Los-Ancelesdə baş tutan premyerada Marqo Robbi təkcə geyimi ilə deyil, həm
90-cı illərdə Azərbaycanda keçirilən toy mərasimindən yayılan görünt�
Qış aylarında elektrik və isitmə sistemi olmadıqda evdə soyuqdan qorunmaq
Aparılan araşdırmalar göstərir ki, bir çox parfüm və kosmetik məhsulun
Sosial şəbəkələrdə əsgərliyə yola düşən gəncin atasına etdiyi səm
Bir çox səyahətçinin ortaq müşahidəsi budur: "Xaricdə doyunca çör
Müğənni Elnarə Xəlilova həmkarı Xatirə İslamın ona ünvanladığı sua
Bir çoxumuz şüşə bankaları təkrar istifadə etmək üçün saxlayırıq.
Əfsanəvi müğənni Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behb
