Vəzifəli şəxs 18 kq qızılla tutuldu Evindən silah çıxdı
Kriminal 30 Yan 2026 11:44:00 76 0
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib.
Bu xəbəri də oxu: Tanınmış iş adamı münaqişədə olduğu şəxslərin maşınına narkotik qoydurmaq istədiyi üçün həbs olunub
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub.
İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib.
Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər.
Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı "Makarov" tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmə
Son günlər mahnı qalmaqalları ilə gündəmdə olan Xalq artisti Niyaməddin
İran hökumətinə məxsus təyyarə Rusiyanın Moskva şəhərində yerləşə
İspaniyada hüquq-mühafizə orqanları insan alveri ilə məşğul olan cinay�
Argentina Prezidenti Xavyer Mileyinin şou proqramında səhnəyə çıxaraq mah
Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı
Bakı Şəhər Baş Polis İdarəsi sürücülərə xəbərdarlıq edib.
ABŞ-da güclü şaxtalar səbəbindən həyatını itirənlərin sayı 85 nəf�
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsin
Alimlər təbiətdə mövcud olan ən kiçik, lakin ən sürətli "bioloji
Min illərdir sarsılmazlıq və sabitliyin simvolu sayılan dağlar, əslində
Dillərin çətinlik dərəcəsi adətən ana dili ingilis dili olan insanların
Dana yanağı ətin ən yumşaq və dadlı hissələrindən biri olsa da, bişir
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlanıb
Yeşilçamın tanınmış aktrisalarından biri olan Səadət Gürses sosial me
