İstirahət mərkəzinin sahibinə hökm oxundu: 3 nəfər ölmüşdü...


Digərləri 24 Yan 2026 15:48:00 140 0

İstirahət mərkəzinin sahibinə hökm oxundu: 3 nəfər ölmüşdü...

Şahbuzda istirahət mərkəzində 3 nəfərin boğulması ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Son.az Teleqraf-a istinadən xəbər verir ki, Şahbuz Rayon Məhkəməsində istirahət mərkəzində 3 nəfərin boğularaq ölməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

İttihama görə, 2025-ci il sentyabrın 4-də saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, anası 1983-cü il təvəllüdlü Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədova Şahbuz rayonunun Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahət edərkən həyətyanı sahədəki gölməçədə kustar üsulla hazırlanmış üzən platforma aşıb. Nəticədə hər üç şəxs boğularaq ölüb.

İbtidai istintaqla müəyyən edilib ki, daşınmaz əmlakı icarəyə verməklə fərdi sahibkar kimi fəaliyyət göstərən Hikmət Qurbanlının vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olub. Toplanmış sübutlar əsasında o, Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, platformanın kustar üsulla hazırlandığını, onun yükgötürmə qabiliyyətinin 6 nəfər olduğunu, lakin müştərilərin 8-10 nəfər minməsinə icazə verdiyini deyib. O, həmçinin platformadan istifadə ilə bağlı yazılı xəbərdarlıq lövhəsinin asılmadığını, təhlükəsizlik tələblərinin tam təmin edilmədiyini etiraf edib və peşman olduğunu bildirib. Təqsirləndirilən şəxs zərərçəkmişlərin hüquqi varisləri ilə barışdıqlarını, zərərin ödənilməsi üçün əlindən gələni etdiyini qeyd edərək yüngül cəza istəyib.

Zərərçəkmişlərin hüquqi varisləri də ibtidai istintaqda verdikləri ifadələri təsdiqləyib, hadisə gecə saatlarında platformada çox adamın olmasından və tarazlığın pozulmasından sonra baş verdiyini bildiriblər. Onlar təqsirləndirilən şəxslə barışdıqlarını, şikayət və tələblərinin olmadığını, məhkəmədən yüngül cəza verilməsini xahiş ediblər.

Zərərçəkmişlər və şahidlər həmçinin ifadələrində bildiriblər ki, təhülksəzilik tədbirləri tam yerinə yetirilmədiyindən belə bir hadisə baş verib.

Məhkəmənin hökmü ilə Hikmət Qurbanlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinib. Ona 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyənləşdirilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.


Xəbərə aid fotolar

Günay Ağamalı sədr seçildi like
  • 24 Yan 15:16  
Siyasət Günay Ağamalı sədr seçildi

Bu gün "Ana Vətən" Partiyasının IX qurultayı keçirilib.

arrow Ətraflı
Bakıda kişi qadını restoranın tualetində döydü like
  • 24 Yan 15:07  
Digərləri Bakıda kişi qadını restoranın tualetində döydü

Bakıda kişi restoranın tualetində qadını döyüb.

arrow Ətraflı
10 aylıq körpəyə baxmayan həkimlə dalaşan ana cərimələndi like
  • 24 Yan 15:05  
Digərləri 10 aylıq körpəyə baxmayan həkimlə dalaşan ana cərimələndi

Almaniyadan Azərbaycana valideynlərini ziyarətə gələn Bənövşə Şirinov

arrow Ətraflı
Qara dəniz mətbəxinin tacı: Addımaddım Hamsi buğlama resepti like
  • 24 Yan 15:00  
Digərləri Qara dəniz mətbəxinin tacı: Addımaddım Hamsi buğlama resepti

Hamsi buğlama balığın öz suyunda və tərəvəzlərlə birlikdə bişdiyi �

arrow Ətraflı
Ötən il 3 jurnalist güzəştli ipoteka kreditindən faydalanıb like
  • 24 Yan 14:30  
Digərləri Ötən il 3 jurnalist güzəştli ipoteka kreditindən faydalanıb

2025-ci ildə 3 jurnalist güzəştli ipoteka kreditindən faydalanıb.

arrow Ətraflı
Ötən gün 6 avtomat silahı, 25 tüfəng aşkarlanıb like
  • 24 Yan 14:21  
Digərləri Ötən gün 6 avtomat silahı, 25 tüfəng aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan

arrow Ətraflı
“Çexiyadan ilhamlanaraq” adlı sərginin açılışı baş tutmuşdur like
  • 24 Yan 14:14  
Kriminal “Çexiyadan ilhamlanaraq” adlı sərginin açılışı baş tutmuşdur

Fabrika qalereyasında "Çexiyadan ilhamlanaraq" adlı sərginin açı

arrow Ətraflı
Bakıda yüksəkvəzifəli məmurun evinə kamera quraşdırıldı: 840 min dollar aldı like
  • 24 Yan 14:10  
Digərləri Bakıda yüksəkvəzifəli məmurun evinə kamera quraşdırıldı: 840 min dollar aldı

Azərbaycanda yüksək vəzifəli şəxslərdən birinin evinə qanunsuz olaraq

arrow Ətraflı
Lerikdə vəziyyət hələ də acınacaqlıdır like
  • 24 Yan 14:03  
Digərləri Lerikdə vəziyyət hələ də acınacaqlıdır

Son günlər qarlı hava şəraitinin yaratdığı fəsadlar Azərbaycanın əks

arrow Ətraflı
Yataq dəsti aylarla təravətli qoxsun deyə nə etmək lazımdır? like
  • 24 Yan 14:00  
Digərləri Yataq dəsti aylarla təravətli qoxsun deyə nə etmək lazımdır?

Hamımız üçün xoş bir duyğudur: yeni yuyulmuş yataq dəsti ilə hazırlan

arrow Ətraflı
Çində ölkənin nüfuzlu hərbi liderlərinə qarşı istintaq başlayıb like
  • 24 Yan 13:50  
Dünya Çində ölkənin nüfuzlu hərbi liderlərinə qarşı istintaq başlayıb

Çində iki yüksək səviyyəli hərbi rəsmin barəsində istintaq açılıb.

arrow Ətraflı
Adnan Əhmədzadənin həbsdə ilk doğum günü  Haradanharaya... like
  • 24 Yan 13:41  
Digərləri Adnan Əhmədzadənin həbsdə ilk doğum günü Haradanharaya...

Beş ay əvvəl həbs xəbəri ilə ölkə gündəmini dəyişən məşhur iş a

arrow Ətraflı
Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb like
  • 24 Yan 13:41  
Digərləri Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurl

arrow Ətraflı
Mütəxəssis bioenerji ilə müalicənin sirlərini açıqladı like
  • 24 Yan 13:25  
Digərləri Mütəxəssis bioenerji ilə müalicənin sirlərini açıqladı

"Bioenerji ilə müalicə insanın daxili enerji balansını qorumağa, psi

arrow Ətraflı