Türkiyə XİN Suriyada əldə olunan atəşkəsə münasibət bildirib
Digərləri 19 Yan 2026 00:40:00 65 0
Türkiyə Xarici İşlər Nazirliyi Suriya hökuməti ilə YPG/SDG qruplaşması arasında əldə olunmuş atəşkəs razılaşması ilə bağlı yazılı bəyanat yayıb. Bəyanatda Suriyanın birliyinə, ərazi bütövlüyünə və terrorla mübarizəyə vurğu edilib.
Bu xəbəri də oxu: "Maşa" ruh imiş...
Son.az xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunub ki, Suriyada sabitliyin bərpası üçün hər kəs sahədəki vəziyyəti düzgün qiymətləndirməlidir:
"Sahədəki reallıqların dərk edilməsi ilə birlikdə, Suriyanın gələcəyinin terrordan və parçalanmadan deyil; bərabərlik, bütövləşmə və inteqrasiyadan keçdiyinin ölkədəki bütün qruplar və fərdlər tərəfindən tam mənasıyla anlaşıldığına ümid edirik".
Bəyanatda həmçinin Suriyadakı yeni dövrün regionun təhlükəsizliyi üçün əhəmiyyəti vurğulanıb:
"Türkiyə, Suriya hökumətinin xalqın iradəsinə əsaslanan, əhatəli və birləşdirici bir idarəetmə anlayışı ilə həyata keçirdiyi terrorla mübarizə səylərini və ölkənin yenidən qurulması istiqamətindəki işlərini dəstəkləməyə davam edəcək".
Bu razılaşmanın həm Suriya xalqı, həm də qonşu ölkələr başda olmaqla bütün bölgənin hüzuruna töhfə verməsi arzulanıb.
Suriya ordusunun əməliyyatlarından sonra əldə olunan bu razılaşmaya əsasən:
Bütün cəbhə xətlərində hərbi əməliyyatlar dayandırılıb.
SDG qüvvələri Fəratın şərqinə çəkilməyə başlayır.
Deyrizor və Rakka vilayətləri hərbi və inzibati cəhətdən tamamilə Suriya hökumətinə təhvil verilir.
Həsəkə vilayətindəki mülki qurumlar dövlət strukturlarına birləşdirilir.
Bölgədəki bütün sərhəd qapıları, neft və təbii qaz yataqları Suriya dövlətinin nəzarətinə keçir. Lalə Qüdrətova Son.az
Ayda oteldə yerləşmə ilə ilk planetlərarası səyahət üçün namizədlə
Gül kələmini qızartmadan, çox yağ çəkmədən və ağır qoxusunu duymada
Avropa İttifaqına üzv ölkələr Qrenlandiya məsələsi ilə əlaqədar ABŞ
"Hazırda yazıçıların ödənişi davam edir və son günlər bu sahəd�
Amerikalı sahibkar İlon Mask bütün mədəniyyətlərin süqutunu proqnozlaş
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Aktrisa Özgü Kaya və müğənni Murad Dalkılıçın bir müddətdir davam ed
Azərbaycanın yük aviadaşıyıcısı olan "Silk Way" aviaşirkətin
Hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq edilən güzəşt yanva
Biz, şübhəsiz ki, NATO-nun bir hissəsi olaraq qalmaq niyyətindəyik.
Müğənni Larisa Dolina Əbu-Dabidəki lüks oteldə qalmaq üçün 1,4 milyon
İran Prezidenti Məsud Pezeşkian qeyri-dost dövlətləri İslam Respublikası
"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun tək
Paytaxtın bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, ikinci Qar
