İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib FOTO


Siyasət 18 Yan 2026 13:19:00 82 0

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  FOTO

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

Son.az xəbər verir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

X X X

20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.

Qanlı 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı məsələ ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin səhəri günü - 1990-cı il yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Dahi şəxsiyyət bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edərək, onun törədilməsini kobud siyasi səhv kimi qiymətləndirdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdıran Ümummilli Lider 20 Yanvar faciəsinin Azərbaycanın ovaxtkı rəhbərlərinin xalqımıza qarşı xəyanəti nəticəsində baş verdiyini və bunun cinayət olduğunu dəfələrlə bəyan edib. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha nümayiş etdirib.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul olundu. Bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərinin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Onların pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı qanunvericilik bazası yaradılıb.

Ulu Öndərin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi və suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı qürurla dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri gedir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut edir.

Xalq artistinin mahnısı Taylandda "Yapon restoranı"nda! like
  • 18 Yan 12:56  
Şou-biznes Xalq artistinin mahnısı Taylandda "Yapon restoranı"nda!

Xalq artisti Aygün Kazımovanın dünya miqyasında tanınan "S.O.S"

arrow Ətraflı
"ChatGPT"də reklamlar olacaq like
  • 18 Yan 12:51  
Digərləri "ChatGPT"də reklamlar olacaq

"OpenAI" şirkəti "ChatGPT"də reklamları sınaqdan keçir

arrow Ətraflı
TəranəMusa, bloqer qızı və qudasından ŞIDIRĞI RƏQS like
  • 18 Yan 12:44  
Şou-biznes TəranəMusa, bloqer qızı və qudasından ŞIDIRĞI RƏQS

"Günə Uğurla" verilişində nümayiş olunan rəqs şousu izləyici

arrow Ətraflı
Vanqanın 2026cı il üçün dəhşətli PROQNOZLARI like
  • 18 Yan 12:39  
Dünya Vanqanın 2026cı il üçün dəhşətli PROQNOZLARI

11 sentyabr terror aktını və COVID-19 pandemiyasını proqnozlaşdıran bolqa

arrow Ətraflı
Sabah qar yağacaq like
  • 18 Yan 12:38  
Digərləri Sabah qar yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasə

arrow Ətraflı
Maduroya xəyanət edib, ABŞ ilə danışıqlar aparıb: Yaxalanmasının yeni like
  • 18 Yan 12:11  
Dünya Maduroya xəyanət edib, ABŞ ilə danışıqlar aparıb: Yaxalanmasının yeni

Nikolas Maduronu ələ keçirmək əməliyyatından bir neçə ay əvvəl ABŞ V

arrow Ətraflı
Bakıda kişi avtobusda namaz qıldı like
  • 18 Yan 12:00  
Digərləri Bakıda kişi avtobusda namaz qıldı

Sosial şəbəkələrdə yayılan bir video izləyicilərin diqqətini çəkib.

arrow Ətraflı
Gürcüstanda Azərbaycan vətəndaşları like
  • 18 Yan 11:57  
Digərləri Gürcüstanda Azərbaycan vətəndaşları

Gürcüstanda Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş və

arrow Ətraflı
“Arka Sokaklar”ın ulduzu 20 ildən sonra serialdan AYRILIR  səhhətində problem yarandı like
  • 18 Yan 11:43  
Şou-biznes “Arka Sokaklar”ın ulduzu 20 ildən sonra serialdan AYRILIR səhhətində problem yarandı

Məşhur türk aktyoru Zafer Ergin uzun illər rol aldığı "Arka Sokaklar

arrow Ətraflı
Dünya İqtisadi Forumu 2026cı ildə qlobal risklərlə bağlı hesabatı təqdim edib like
  • 18 Yan 11:38  
Digərləri Dünya İqtisadi Forumu 2026cı ildə qlobal risklərlə bağlı hesabatı təqdim edib

2026-cı ildə qlobal risklərlə bağlı hesabat dərc olunub. Qeyd edilib ki,

arrow Ətraflı
Tanınmış aktyor  "Gucci" tədbirindən QOVULDU like
  • 18 Yan 11:26  
Şou-biznes Tanınmış aktyor "Gucci" tədbirindən QOVULDU

Amerikalı aktyor Eşton Katçer bir vaxtlar bədən quruluşuna görə "Gu

arrow Ətraflı
Bakıda turist hamam xalatı ilə marketə getdi like
  • 18 Yan 11:12  
Digərləri Bakıda turist hamam xalatı ilə marketə getdi

Bakıda bir turistin hamam xalatı ilə marketə getməsi marağa səbəb olub.

arrow Ətraflı
Zəlzələlərlə bağlı Qurban Yetirmişlidən like
  • 18 Yan 11:11  
Digərləri Zəlzələlərlə bağlı Qurban Yetirmişlidən

Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pi

arrow Ətraflı