Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq


Digərləri 17 Yan 2026 12:52:00 75 0

Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq

Son açıqlanan rəsmi statistika kərə yağı bazarında ziddiyyətli mənzərəni ortaya qoyur. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalma deməkdir. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 179,6 ton kərə yağı ehtiyatının formalaşdığı bildirilir. İllik müqayisədə 199,6 dəfə artım kimi təqdim olunan bu göstəricilər bazarda real bolluqla bağlı ciddi suallar yaradır. İstehsalın azaldığı bir şəraitdə ehtiyatların bu qədər artması nə ilə izah olunur və bu ehtiyatlar bazara çıxarıldığı halda qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?

"Kərə yağı üzrə yerli istehsal mövcud deyil"

Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Samir Eyyubovun sözlərinə görə, Azərbaycanda yerli süd əsasında kərə yağı istehsalı faktiki olaraq çox aşağı səviyyədədir: "Rəsmi statistikada göstərilən "istehsal" rəqəmləri əsasən idxal olunan qaymaqdan emal edilən məhsulların, eləcə də xammal formasında idxal edilən hazır məhsulun ölkə daxilində təkrar qablaşdırılması və ya minimal emalı hesabına formalaşır. Bu səbəbdən statistikada "yerli istehsal" kimi təqdim olunan göstəricilər real bazar vəziyyətini əks etdirmir və bazarın yanlış təhlil olunmasına gətirib çıxarır. Reallıqda kərə yağı üzrə idxaldan asılılıq 90 faizin üzərindədir. Anbarlarda mövcud olan kərə yağının hamısı ya hazır şəkildə idxal edilmiş məhsullardır, ya da xammal formasında xaricdən gətirilərək ölkə daxilində təkrar emal olunmuş məhsullardır. Tam mənada yerli istehsal hesab edilə biləcək məhsul demək olar ki, mövcud deyil".

"İdxal qiyməti 18 faiz artıb"

S.Eyyubovun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayın statistikasına nəzər yetirdikdə görünür ki, ölkəyə idxal olunan kərə yağının orta idxal qiyməti 2024-cü illə müqayisədə təxminən 18 faiz artıb. Bu qiymət artımı fonunda aylıq orta idxal həcmlərində təxminən 11 faiz azalma qeydə alınıb: "Bundan əlavə, 2024-cü ildə Rusiyaya təxminən 12 min ton kərə yağı ixrac edildiyi halda, 2025-ci ilin ilk 9 ayının göstəricilərinə əsasən, bu rəqəm 2 300 ton səviyyəsinə qədər geriləyib. Nəticədə təkrar emal həcmləri azalıb və bu da statistik "istehsal" göstəricilərinin aşağı düşməsinə səbəb olub. Rusiyaya ixrac həcmlərində baş verən kəskin azalma, yəni əsas satış kanallarından birinin daralması, bazarda balanssızlıq yaradaraq ehtiyatların artması görüntüsünü formalaşdırıb".

"Qiymətlər enməyəcək, əksinə, qalxacaq"

Sədr bu prosesin istehsalçılara necə təsir edəcəyindən də bəhs etdi: "Ehtiyatların uzun müddət anbarda saxlanılması istehsalçılar üçün ciddi maliyyə itkisi deməkdir. Bu, məhsulun istifadə müddətinin azalmasına, dövriyyə və likvidlik problemlərinə, nəticə etibarilə isə təkrar maliyyə itkilərinin artmasına səbəb olur. Mövcud ehtiyatlar artıq 2024-cü illə müqayisədə təxminən 18 faiz daha baha olub. Üstəlik, 2026-cı ilin ilk günlərindən etibarən idxal rüsumunun yenidən 15 faizə qaldırılması gözlənilir. Bu amillər qiymətlərin aşağı düşməsinə deyil, əksinə, bazarda ciddi qiymət artımlarına yol aça bilər. Şirkətlər orta hesabla 9-10 faiz qiymət artımı etməyə məcbur qala bilərlər".

"Südün maya dəyərinin artması kərə yağının qiymətlərinə təsir edir"

Rusiyada güclü zəlzələ oldu like
  • 17 Yan 12:46  
Digərləri Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

arrow Ətraflı
2026cı il bu BÜRC üçün çox gərgin olacaq like
  • 17 Yan 12:43  
Digərləri 2026cı il bu BÜRC üçün çox gərgin olacaq

Astroloqlar 2026-cı ilin bəzi bürclər üçün maliyyə baxımından gərgin

arrow Ətraflı
XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlandı like
  • 17 Yan 12:39  
Siyasət XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlandı

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb.

arrow Ətraflı
Bakıda qaçırılan "Jiquli" parklanma yerindən tapıldı like
  • 17 Yan 12:38  
Digərləri Bakıda qaçırılan "Jiquli" parklanma yerindən tapıldı

Bakının Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edə

arrow Ətraflı
"Şəbnəmin ad gününə 11 min manat yazdırdım" like
  • 17 Yan 12:33  
Şou-biznes "Şəbnəmin ad gününə 11 min manat yazdırdım"

Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazd

arrow Ətraflı
Məşhur aktyor xəstəxanaya yerləşdirildi like
  • 17 Yan 12:25  
Şou-biznes Məşhur aktyor xəstəxanaya yerləşdirildi

Türkiyəli məşhur aktyor Ufuk Özkan xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Bürclər sevgililərinə nəyi əsla bağışlamırlar?  Xəyanət, yalan, laqeydlik... like
  • 17 Yan 12:20  
Digərləri Bürclər sevgililərinə nəyi əsla bağışlamırlar? Xəyanət, yalan, laqeydlik...

Astroloqlar bürclərin hər biri üçün münasibətlərdə "son hədd&quo

arrow Ətraflı
Makronu arvadı döyüb? like
  • 17 Yan 12:15  
Dünya Makronu arvadı döyüb?

Sosial şəbəkələrdə isə bəzi istifadəçilər Makronun gözündəki vəzi

arrow Ətraflı
Müştəri “Araz” marketdə vəfat etdi like
  • 17 Yan 12:10  
Digərləri Müştəri “Araz” marketdə vəfat etdi

İmişli rayon sakini marketdə vəfat edib.

arrow Ətraflı
Məzuniyyətlər birləşdiriləcək  YENİ QAYDA like
  • 17 Yan 12:10  
Digərləri Məzuniyyətlər birləşdiriləcək YENİ QAYDA

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydasında d�

arrow Ətraflı
Bakıda kişi metroda öldü like
  • 17 Yan 12:04  
Digərləri Bakıda kişi metroda öldü

Bu gün saat 11:30 radələrində "20 Yanvar" stansiyasının palatfor

arrow Ətraflı
Tanınmış həkim vəfat etdi like
  • 17 Yan 11:57  
Digərləri Tanınmış həkim vəfat etdi

Azərbaycanda tanınmış tibb mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru v�

arrow Ətraflı
Samvel Karapetyan barəsində qərar verildi like
  • 17 Yan 11:45  
Dünya Samvel Karapetyan barəsində qərar verildi

Rusiya vətəndaşı olan erməni iş adamı Samvel Karapetyan barəsində ev

arrow Ətraflı
Dişlərin sayı və vəziyyəti ömür uzunluğuna təsir edir  ARAŞDIRMA like
  • 17 Yan 11:30  
Digərləri Dişlərin sayı və vəziyyəti ömür uzunluğuna təsir edir ARAŞDIRMA

Yaponiyanın Osaka Universitetinin alimləri 75 yaş və üzəri 190 mindən ço

arrow Ətraflı
Natamam iş günü çalışanların maaşı bu hallarda tam ödəniləcək like
  • 17 Yan 11:21  
Digərləri Natamam iş günü çalışanların maaşı bu hallarda tam ödəniləcək

Qanunvericilikdə natamam iş vaxtı anlayışı təkmilləşdirilib.

arrow Ətraflı