Sakinlərə ŞAD XƏBƏR: Bu ərazilərdə kanalizasiya xətləri qurulacaq RƏSMİ


Digərləri 16 Yan 2026 16:20:00 48 0

Sakinlərə ŞAD XƏBƏR: Bu ərazilərdə kanalizasiya xətləri qurulacaq  RƏSMİ

"Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq".

Son.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında deyib.

Bəs, həmin kollektorlar hansı ərazilərdə quraşdırılacaq?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda tullantı su təchizatı xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Bakı şəhəri və Abşeron rayonunun müəyyən ərazilərində Xidmətin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Eyni zamanda, Bakı şəhərində mövcud su təchizatı və kanalizasiya sistemlərinin böyük əksəriyyəti 1980-ci illərin sonunadək layihələndirilib və həmin dövrdən bu günədək yaşayış məntəqələrinin ərazisi 2,6 dəfə, əhalinin sayı isə 2,1 dəfə artıb.

Qeyd olunub ki, əsas magistral xətlərin istismar müddəti başa çatıb, mövcud nəzarət və idarəetmə sistemləri isə müasir standartlara cavab vermir:

"Nəzərə alsaq ki, bu xətlərin istismar müddəti orta hesabla 40-50 il təşkil edir, hazırda onların əksəriyyətinin istismar müddəti artıq başa çatıb. Bundan əlavə, bir çox yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradır ki, bu da xüsusilə intensiv yağıntılar zamanı subasma hallarının artmasına səbəb olur".

Nəzərə çatdırılıb ki, mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərinin optimallaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı vurğulanıb ki, əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi, paylayıcı şəbəkələrdə itkilərin minimuma endirilməsi, su uçotunun tam və müasir tələblərə uyğun şəkildə qurulması, yağış və tullantı suları sistemlərinin yenilənməsi və infrastruktur təminatı, eləcə də yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə subasma hallarının qarşısının alınması proqramın əsas hədəflərini təşkil edir:

"Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək".

Mina Mikayılova Son.az

Nigar Səfxanova kollec direktoru təyin olundu like
  • 16 Yan 16:16  
Digərləri Nigar Səfxanova kollec direktoru təyin olundu

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

arrow Ətraflı
"Aşıq Əlidən borc pul almışam" like
  • 16 Yan 15:45  
Şou-biznes "Aşıq Əlidən borc pul almışam"

Müğənni Əminə Şirin verdiyi açıqlama ilə diqqət çəkib.

arrow Ətraflı
"Sərhədsiz sənət" layihəsinə start verilib  like
  • 16 Yan 15:37  
Kriminal "Sərhədsiz sənət" layihəsinə start verilib

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi ölkənin mədən

arrow Ətraflı
2026cı il ən isti il ola bilər like
  • 16 Yan 15:25  
Digərləri 2026cı il ən isti il ola bilər

2026-cı il ən isti illər arasında yer ala bilər.

arrow Ətraflı
Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi like
  • 16 Yan 15:22  
Digərləri Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Bu gün Yevlaxda silahlı insident baş verib.

arrow Ətraflı
Şəbnəmin ad günündə 10 min manat like
  • 16 Yan 15:20  
Şou-biznes Şəbnəmin ad günündə 10 min manat

Ad günündə ən çox pul verən şəxsin kimliyini AÇIQLADI

arrow Ətraflı
Nəsimi icrada dəyişiklik  Səlahiyyət Gülarə Verdiyevadan alındı, ona tapşırıldı like
  • 16 Yan 15:14  
Digərləri Nəsimi icrada dəyişiklik Səlahiyyət Gülarə Verdiyevadan alındı, ona tapşırıldı

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyət

arrow Ətraflı
Bakıda rayonlar üzrə daşınmaz əmlak qiymətləri AÇIQLANDI like
  • 16 Yan 15:08  
Digərləri Bakıda rayonlar üzrə daşınmaz əmlak qiymətləri AÇIQLANDI

Ötən ilin dekabr ayında Bakının daşınmaz əmlak bazarında bütün əsas

arrow Ətraflı
Paytaxtda minlərlə bina söküləcək  Kompensasiya ilə bağlı mühüm AÇIQLAMA like
  • 16 Yan 15:00  
Digərləri Paytaxtda minlərlə bina söküləcək Kompensasiya ilə bağlı mühüm AÇIQLAMA

Paytaxtın bir sıra ərazilərində qəzalı vəziyyətdə olan və istismar m�

arrow Ətraflı
Tovuzda vəzifəli şəxsə iş yerində xəsarət yetirdilər like
  • 16 Yan 14:57  
Digərləri Tovuzda vəzifəli şəxsə iş yerində xəsarət yetirdilər

Tovuzda qadına kəcisi alətlə xəsarət yetirilib.

arrow Ətraflı
Putin və Netanyahu İranla bağlı danışdı like
  • 16 Yan 14:45  
Dünya Putin və Netanyahu İranla bağlı danışdı

Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə tel

arrow Ətraflı
3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara verilib  RƏSMİ like
  • 16 Yan 14:36  
Digərləri 3 azərbaycanlı uşaq əcnəbi vətəndaşlara verilib RƏSMİ

2025-ci il ərzində övladlığa verilən 149 uşaqdan 3-ü əcnəbi və vətə

arrow Ətraflı
Ət alarkən ehtiyatlı olun  Həyatınıza təhlükə ola bilər  AÇIQLAMA like
  • 16 Yan 14:34  
Digərləri Ət alarkən ehtiyatlı olun Həyatınıza təhlükə ola bilər AÇIQLAMA

"Ət zülalla zəngin və heyvan mənşəli qida olduğu üçün yüksək r

arrow Ətraflı
Yəmən höküməti istefa verdi like
  • 16 Yan 14:28  
Dünya Yəmən höküməti istefa verdi

Yəmən hökuməti istefa verib. Yəmənin Baş naziri Salem bin Braik istefa v

arrow Ətraflı
Azərbaycana dondurucu qış gəlir – Bakı üçün xəbərdarlıq edildi like
  • 16 Yan 14:26  
Digərləri Azərbaycana dondurucu qış gəlir – Bakı üçün xəbərdarlıq edildi

Meteoroloqlar 2026-cı ilin qış mövsümünün bir çox regionlarda normadan d

arrow Ətraflı