Bakının ən bahalı küçələri açıqlandı Evin 1 kvadratı 17 min manat
Digərləri 16 Yan 2026 00:55:00 58 0
Bakıda mənzillərin kvadratmetr qiymətinə görə ən bahalı küçələrin siyahısı müəyyənləşib.
Bu xəbəri də oxu: Naxçıvanda ölən tələbə sahibkarın qızı imiş
Son.az xəbər verir ki, bu barədə azxeber.com-a açıqlamasında Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, paytaxtın mərkəzi hissələrində yerləşən küçələr daşınmaz əmlak bazarında ən yüksək qiymət göstəricilərinə malikdir:
"Hazırda Bakıda ən bahalı ünvan Nəsimi rayonu, Neftçilər prospektidir. Burada mənzillərin kvadratmetr qiyməti 17 550 manata qədər yüksəlir. Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində isə bu rəqəm 14 685 manat təşkil edir.
Ümumilikdə şəhərin mərkəzində yerləşən prestijli ərazilər qiymət baxımından liderliyini qoruyur", - deyə Vüqar Oruc bildirib.
Məlumata görə, paytaxtda ən yüksək qiymət qeydə alınan ünvanlar arasında aşağıdakı küçələr yer alır:
Nəsimi rayonu, Neftçilər prospekti - 17 550 manat
Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi - 14 685 manat
Ağ Şəhər, Yaşıl Ada 1 - 8 250 manat
Yasamal rayonu, İzmir küçəsi - 7 955 manat
Səbail rayonu, Qurban Abbasov küçəsi - 7 325 manat
Səbail rayonu, Mikayıl Hüseynov küçəsi - 6 940 manat
Səbail rayonu, İstiqlaliyyət küçəsi - 5 580 manat
Yasamal rayonu, Şıxəli Mehdiyev küçəsi - 5 140 manat
Səbail rayonu, Mehdi Hüseyn küçəsi - 4 970 manat
Xətai rayonu, 2-ci Fəvvarələr küçəsi - 4 920 manat
Səbail rayonu, Əziz Əliyev küçəsi - 4 510 manat
Səbail rayonu, Əhməd Cavad küçəsi - 4 490 manat
Xətai rayonu, 8 Noyabr prospekti - 4 400 manat
Səbail rayonu, Azadlıq prospekti - 4 260 manat
Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi - 4 250 manat
Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi - 4 200 manat
Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi - 4 175 manat
Səbail rayonu, Böyük Qala küçəsi - 4 160 manat
Ekspert qeyd edib ki, qiymətlərin bu qədər yüksək olması həmin ərazilərin mərkəzə yaxınlığı, inkişaf etmiş infrastrukturu və premium tipli yaşayış komplekslərinin çoxluğu ilə bağlıdır:
"Bu küçələrdə yerləşən mənzillərə tələb yüksək olduğu üçün qiymətlər də daim artım meylini qoruyur", - deyə Vüqar Oruc əlavə edib.
Sonda qeyd edək ki, Bakı daşınmaz əmlak bazarında ən bahalı mənzillər ənənəvi olaraq Səbail, Nəsimi və Yasamal rayonlarında cəmləşməkdə davam edir. Lalə Qüdrətova Son.az
Bir çox insan evdəki xoşagəlməz qoxuları süni otaq spreyləri ilə yox et
"Çox arzulayırıq ki, birlikdə layihəmiz olsun. Bütün bəstəkarlarda
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva həmkarları arasında bu
Soba yeməkləri arasında həm doyurucu, həm də zərif dadı ilə seçilən
Türkiyədə gənc bir cütlüyün cəmi 6 min lirə (təxminən 300 AZN) sərma
Sağlam qidalanma mütəxəssisləri maqnezium mənbəyi dedikdə ağla ilk gəl
"Emil Rəhmanoğlunu bu vəziyyətə gətirən ona paxıllıq edən müğə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa müraciə
Qrenlandiya siyasi, iqtisadi və maliyyə dəstəyi üçün Avropa Birliyinə g�
Bakıda təhsil alan cənubi azərbaycanlı tələbə bacılar - Pərəstu və P
Kiprdə itkin düşən rusiyalı iş adamı, "Uralkaliy" şirkətinin
ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maç
Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda Ağ Evd�
