Bakının bu ərazilərində heç vaxt kanalizasiya olmayıb
Digərləri 15 Yan 2026 19:59:00 44 0
Hazırda kanalizasiya sistemi olmayan ərazilər Bakı ətrafı kənd və qəsəbələri, Abşeron rayonunun coğrafi baxımdan ucqar olan və fərdi yaşayış üçün nəzərdə tutulmayan məskənlərini, o cümlədən, Maştağa, Ramana, Binə, Qala, Zirə, Türkan, Dübəndi, Gürgan, Hövsan qəsəbələrini əhatə edir.
Bu xəbəri də oxu: "İranda bir həftədir internet yoxdur"
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, bəzi ərazilərdə mövcud şəbəkələr düzgün istismar olunmur:
"Binəqədi rayonunun elə əraziləri var ki, orada məskunlaşan əhali primitiv şəbəkələrdən istifadə edir. Bununla yanaşı həmin şəbəkələr sakinlər tərəfindən düzgün istismar olunmur, xətlərə müxtəlif adlı məişət əşyaları atılır. Bütün bu kimi problemlərin qarşısının alınması məqsədilə, ümumilikdə iri şəhərlərin ərazilərində yeni, müasir tələblərə cavab verən tullantı su şəbəkələrinin qurulması məqəsədilə, konkret desək, su təchizatının tam şəkildə vətəndaş məmnuniyyətinin yüksəlməsinə xidmət edəcək səviyyədə qurulması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən Dövlət Proqramı imzalanıb".
İlkin olaraq işlərə hansı ərazilərdən başlanacağı məsələsinə də aydınlıq gətirilib:
"Dövlət Proqramının icrası hazırda yağıntılar zamanı subasma halları müşahidə olunan Zabrat, Buzovna, Suraxanı və digər yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək".
Qeyd edilib ki, yaşayış binalarında istismar müddəti sona çatan tullantı su xətləri mütəmadi olaraq yeniləri ilə əvəzlənir, Dövlət Proqramının tələblərinə uyğun olaraq bu işlər daha şaxəli və intensiv şəkil alacaq. Son.az
Aktyor Ufuk Özkanın səhhəti pisləşib. Aktyorun qardaşı Umut Özkan mətb
Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin kəşfiyyat məlumatl
Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) ölkənin İrandakı səfirliyinin
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda binada yanğın baş ver
Bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçə
Ərinin qətlə yetirilməsi ilə əlaqədar sevgilisi Zahir Soltanovla birgə i
"Azəriqaz" İstehsalat Birliyinin (İB) smart sayğacları mexaniki s
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi a
"Rilo Kiley" qrupunun müğənnisi Jenny Lewis 50 yaşını qeyd etmə
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına m�
Son illər Azərbaycanda yas mərasimlərində artan xərclər və israfçılıq
Nihad Xalid oğlu Qurbanov "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliy
