"Qorxudan Qrenlandiyanı ABŞyə təslim edəcəklər"
Digərləri 15 Yan 2026 08:08:00 74 0
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronun Qrenlandiyanın suverenliyi ilə bağlı xəbərdarlığını lağa qoyub. Medvedev Avropa ölkələrinin ABŞ qarşısında aciz olduğunu iddia edərək, Makronun hədələrini mənasız adlandırıb.
Bu xəbəri də oxu: Şuşaya gedən sürücülərin nəzərinə!
Son.az xəbər verir ki, hadisənin əsası Fransa lideri Makronun "Qrenlandiyanın suverenliyi pozulacağı təqdirdə bunun misli görünməmiş zəncirvari nəticələri olacaq" bəyanatından sonra başlayıb. Medvedev bu sözlərə sosial media vasitəsilə olduqca sərt və təhqiramiz ifadələrlə reaksiya verib.
Medvedev Makronun açıqlamalarını lağlağı ilə tənqid edərək bildirib: "Fransız xoruzu deyir ki, Danimarkanın suverenliyinə toxunulsa, nəticələr görünməmiş olacaq. Aman Tanrım, nə edəcəklər? ABŞ prezidentini qaçıracaqlar, yoxsa Amerikaya nüvə zərbəsi endirəcəklər?" Rusiyalı rəsmi Avropa ölkələrinin Vaşinqtona qarşı heç bir real addım ata bilməyəcəyini, sadəcə "qorxudan Qrenlandiyanı təslim edəcəklərini" iddia edib.
Dmitri Medvedev çıxışında daha da irəli gedərək Donald Trampı hədəf alan bir ssenari paylaşıb. O iddia edib ki, əgər ABŞ prezidenti tələsməsə, Qrenlandiyada qəfil referendum keçirilə bilər və ada əhalisi Rusiyaya qatılmaq üçün səs verər. Medvedevin fikrincə, təxminən 55 min sakini olan ada Rusiya Federasiyasının nəzarətinə keçə bilər.
Lalə Qüdrətova Son.az
Sibirin donmuş torpaqlarında tapılan və on min illərdir buzun içində qoru
Gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən naqilsiz qulaqlıqlar raha
Qədim dövrlərin mühəndisləri tərəfindən yaradılan bu sistem səhranı
Uşaqların sağlam böyüməsi və boyunun uzanması valideynləri ən çox dü
Gündəlik məişətdə istifadə etdiyimiz ağardıcı mayelərin (xlor tərkib
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ rəsmiləri ilə Q
Dünyada ən zərərli qidaların siyahısı açıqlanıb.
Alimlər Marsda yerləşən bu sönmüş vulkanın ölçülərini Yer kürəsind
Regional gərginliyin artması fonunda Böyük Britaniya Tehrandakı səfirliyin
Yanvarın 19-na qədər Sibirdə anomal soyuq hava şəraiti hökm sürəcək.
Memarlıq dünyası Sankt-Peterburq yaxınlığında yüksələn və "müh�
Xəbər verdiyimiz kimi, Naxçıvanda iki tələbə dəm qazından zəhərlənə
Danimarka ABŞ-ni Qrenlandiyanı ələ keçirmək ambisiyalarından imtina etmə
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ağ Ev "X" hesabında Qrenlandiya sakinlərinə ABŞ ilə Rusiya və �
