Azərbaycanda 100dən çox məktəb ləğv olunacaq Dərslər onlayn olacaq AÇIQLAMA


Digərləri 13 Yan 2026 20:00:00 76 0

Azərbaycanda 100dən çox məktəb ləğv olunacaq  Dərslər onlayn olacaq  AÇIQLAMA

"Şagird sayı az olan məktəblərdə tədrisin keyfiyyətinin aşağı olması bir neçə rakursdan araşdırılıb və burada əsas problemlər sosial-iqtisadi amillər, eləcə də müəllim çatışmazlığı ilə bağlıdır".

Son.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, azşagirdli məktəblərdə bir çox hallarda bir neçə fənn üzrə müəllim olmur və nəticədə şagirdlər illərlə bəzi fənləri ümumiyyətlə keçə bilmirlər:

"Elə hallar var ki, bütöv bir sinif iki-üç il dalbadal kimya, biologiya və ya digər fənni öyrənmir. Səbəb sadədir. Həmin məktəbdə o fənni tədris edəcək müəllim yoxdur. Bu isə artıq ciddi siqnaldır. Burada söhbət regiondan yox, konkret məktəbdən gedir".

Vəfa Yaqublu bildirib ki, azşagirdli məktəblərdə dərs saatları az olduğu üçün müəllimlərin əməkhaqqı da aşağı olur və bu, kadr təminatında ciddi problemlər yaradır:

"Uzun müddətdir müzakirə olunur ki, azkomplektli məktəblərdə kadr təminatını necə yaxşılaşdırmaq, gənc müəllimləri bu məktəblərdə işləməyə necə həvəsləndirmək olar. Məhz bu ehtiyaclar fonunda hibrid təhsil modelinin tətbiqi gündəmə gəlib".

Yeni yanaşmaya əsasən, məktəbdə müəllimi olmayan fənlər distant formada tədris ediləcək. Şagirdlər həmin dərslərə rayon mərkəzində yerləşən, texniki cəhətdən tam təmin olunmuş mərkəz məktəblər vasitəsilə qoşulacaqlar. Bu dərsləri rayon üzrə yüksək sertifikasiya nəticələri olan, tədris səriştəsi güclü müəllimlər aparacaq.

Agentlik rəsmisi qeyd edib ki, bu model bir çox ölkələrdə artıq tətbiq olunur:

"Post-sovet məkanında Qazaxıstan, Rusiya, Gürcüstan və Ukraynada distant və hibrid təhsil modelləri mövcuddur. Bu, real və işlək bir mexanizmdir".

Onun sözlərinə görə, bu yanaşma müəyyən mənada mövcud komfort zonasından çıxmaq deməkdir və proses zamanı çətinliklər də ola bilər. Lakin əsas məqsəd lokal deyil, sistemli problemlərin həllidir.

Vəfa Yaqublu vurğulayıb ki, təhsil sahəsində planlaşdırılan dəyişikliklər məktəblərin ləğvini nəzərdə tutmur:

"Bəzi məktəblərdə siniflərdə şagird sayı 3-4 nəfərə qədər düşür. Bu isə həm tədris keyfiyyəti, həm də maliyyə baxımından çətinlik yaradır. Amma bu, məktəblərin bağlanması demək deyil. Müəllimi olan fənlər ənənəvi qaydada, müəllimi olmayan fənlər isə distant formatda keçiriləcək".

Qeyd edib ki, hazırda bu model Lənkəran-Astara regionunda bir neçə məktəbdə pilot qaydada sınaqdan keçirilir. Xüsusilə yuxarı siniflərdə biologiya, kimya, tarix kimi fənlər distant formada tədris olunub və nəticələr qənaətbəxş hesab edilir. Müxtəlif kənd məktəblərindən az sayda şagird virtual siniflərdə birləşdirilib.

Rəsmi məlumatlara görə, ölkə üzrə 100-dən çox məktəbdə şagird sayı azdır. Bu göstərici ölkədaxili miqrasiya proseslərindən asılı olaraq dəyişir. Məsələn, Qarabağa köçlə əlaqədar bəzi ərazilərdə məktəblər böyüyür, digər regionlarda isə şagird sayı azalır.

Qeyd olunur ki, tətbiq edilən model nəticəsində müəllimlər işsiz qalmayacaq. Azşagirdli məktəblərdə çalışan müəllimlər digər məktəblərə yönləndiriləcək, yerdəyişmələr aparılacaq. Məktəblərdə isə minimum heyət saxlanılacaq və şagirdlərin dərslərə cəlb olunması təşkil ediləcək:

"Ümumilikdə, yeni yanaşma təhsilin əlçatanlığını qorumağı, müəllim resurslarından səmərəli istifadəni və uzunmüddətli perspektivdə tədrisin keyfiyyətini artırmağı hədəfləyir".

Mina Mikayılova Son.az

Zelenski İranla bağlı dünyaya çağırış etdi like
  • 13 Yan 19:49  
Dünya Zelenski İranla bağlı dünyaya çağırış etdi

İranda geniş yayılmış xalq etirazları üsyandır və bu, İranın sərhəd

arrow Ətraflı
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir like
  • 13 Yan 19:47  
Siyasət Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyat�

arrow Ətraflı
Mahsun Kırmızıgülün İranla bağlı paylaşımı tənqid olundu like
  • 13 Yan 19:39  
Şou-biznes Mahsun Kırmızıgülün İranla bağlı paylaşımı tənqid olundu

İranda həftələrdir hökumət əleyhinə etirazlar davam edərkən tanınmı�

arrow Ətraflı
Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi like
  • 13 Yan 19:32  
Digərləri Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar ol

arrow Ətraflı
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək like
  • 13 Yan 19:24  
Digərləri Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək

Türkiyədə İstanbul şəhər Mülki Məhkəməsi həbsdə olan keçmiş İsta

arrow Ətraflı
İranda ölənlərin sayı 2 minə çatdı like
  • 13 Yan 19:13  
Dünya İranda ölənlərin sayı 2 minə çatdı

İranda üç həftədir davam edən etirazlar zamanı ölənlərin sayı təxmin

arrow Ətraflı
22 kiloqram narkotiklə saxlanılan şəxsin İranla əlaqəsi üzə çıxdı like
  • 13 Yan 19:04  
Kriminal 22 kiloqram narkotiklə saxlanılan şəxsin İranla əlaqəsi üzə çıxdı

Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı 27 yaşlı İlkin Hüse

arrow Ətraflı
İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub like
  • 13 Yan 19:01  
Siyasət İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komand

arrow Ətraflı
71 yaşlı türk müğənni geyimi ilə müzakirə yaratdı like
  • 13 Yan 19:00  
Şou-biznes 71 yaşlı türk müğənni geyimi ilə müzakirə yaratdı

Türkiyəli müğənni və aktrisa Nükhet Durunun son paylaşımı sosial şəb

arrow Ətraflı
Ərinin qətlini sifariş verən qadına hökm oxundu like
  • 13 Yan 18:55  
Digərləri Ərinin qətlini sifariş verən qadına hökm oxundu

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizə Seyidova, qətlin ic

arrow Ətraflı
Qusarda məktəbliləri maşın vurdu like
  • 13 Yan 18:42  
Digərləri Qusarda məktəbliləri maşın vurdu

Qusarda məktəbliləri avtomobil vurub.

arrow Ətraflı
Adnan Əhmədzadə ilə bağlı qərar verildi like
  • 13 Yan 18:39  
Digərləri Adnan Əhmədzadə ilə bağlı qərar verildi

İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətin

arrow Ətraflı
İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq like
  • 13 Yan 18:29  
Siyasət İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq

Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kən

arrow Ətraflı
İKTAdan sərt QƏRAR like
  • 13 Yan 18:28  
Digərləri İKTAdan sərt QƏRAR

Azərbaycanda telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyic

arrow Ətraflı
Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb like
  • 13 Yan 18:27  
Siyasət Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb

Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci �

arrow Ətraflı