"Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən yox, restorandan qaçıb"
Digərləri 09 Yan 2026 11:10:00 98 0
Dünən axşam Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyilən jurnalist Nəsimi Nəbizadəni hələ də Mərkəzə gətirə bilməyiblər.
Bu xəbəri də oxu: Həyatında kəskin dönüş olacaq
Son.az xəbər verir ki, bu barədə pravda.az-a açıqlama verən Mərkəzin rəhbəri Ceyhun Salmanov deyib ki, hər bir pasiyenti üç ay sonra bir neçə nəfərin nəzarəti altında çölə çıxarılır.
"Nəsimi Nəbizadənin yaşını, təcrübəsini, alicənablığını nəzərə alaraq etibar etdik. Toplu şəkildə dəfələrlə gəzintilərdə olmuşuq, Qarabağa da getmişdik. Xalq onu tanıyır. Böyük bir məsuliyyətin altına girdik. Hamı onun sağalmasını istəyirdi. Darıxdı, gəzmək istədi, mən də tək özümlə apardım. Nizami küçəsində təşkil olunmuş "Soyuq əllər, isti ürəklər" yarmarkasına getdik, kumbir yedik, tir də atdıq. Əylənməsini istədim. Sonra restoranda əyləşdik, çay içmək istəyirdik, sifariş etdik, mən "WC"yə gedib qayıdanda gördüm ki, Nəsimi müəllim yoxdur. Yəni reabilitasiya mərkəzindən qaçmayıb, restorandan qaçıb. Beş ay Nəsimi müəllim gözlədi. Evindən bizə səslənmədi. Pəncərənin açıldığını gördüm. Sonra qonşuları gecə saat 04:00-də zəng etdilər ki, biz onunla danışdıq. Onunla beş-on dəqiqə söhbət etsək, yenə sağlam düşüncəyə gətirə bilərik. Guya reklam, şou olunduğuna bezib qaçdığını deyirlər. Əksinə, ümumi Mərkəzin daxilində sıxılırdı, deyirdi ki, gəzmək istəyirəm. Çox ehtimal ki, hələ narkotik istifadə etməyib. Amma İdarə Heyətində fikir ayrılığı da var ki, artıq istifadə edib. Təcrübəli şəxslər onun davranışına əsasən belə diaqnoz verirlər. Jurnalist Ceyhun Əsgərovla bağlı isə hər şey yaxşıdır. İnanırıq ki, onunla bağlı problem çıxmaz", - o bildirib.
"Qurtuluş" Reabilitasiya Mərkəzindən qaçan tanınmış jurnalist
Bəzi insanlar "BakıKart"ın ləğv edilcəyini iddia ediblər. Bunu
"Oskar" mükafatının sahibi olan məşhur aktrisa Nikol Kidman həya
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib.
Redaksiyamıza Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər
2026-cı il yanvarın 1-dən etibarən tütündən hazırlanan siqaretlərə tə
Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimka
İran şahzadəsi Rza Pəhləvi çərşənbə axşamı günü ilk dəfə etiraz
Müğənni Manaf Ağayev "Rəngarəng" verilişində səmimi açıqlam
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Yanvarın 9-da Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 35/10 kV-luq
