Dünya mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir


Siyasət 07 Yan 2026 19:47:00 107 0

Dünya mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir

Dünyanın müxtəlif ölkələrinin mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çinin milli xəbər agentliyi "Sinxua"nın Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan-Çin münasibətlərinə dair fikirləri haqqında xəbərləri Çin mediasında geniş yayılıb.

"Azərbaycan Prezidenti Çinlə hərtərəfli strateji tərəfdaşlığı yüksək qiymətləndirir" adlı Çin və ingilis dilində hazırlanan xəbərdə dövlətimizin başçısının iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını böyük uğur kimi dəyərləndirdiyi qeyd olunub. Vurğulanıb ki, Azərbaycan Prezidenti hərtərəfli strateji tərəfdaşlığın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük təkan verdiyini, biznes və dövlət strukturlarına əlaqələri fəallaşdırmaq üzrə ciddi impuls verdiyini deyib.

Qeyd olunub ki, Prezident İlham Əliyev müsahibə zamanı Çin şirkətlərinin Azərbaycanda Günəş və külək elektrik stansiyalarının inşasında fəal iştirakına toxunub, çinli tərəfdaşlarla Azərbaycanda elektrik avtobuslarının istehsalına başlanıldığını deyib.

"Sinxua" Prezident İlham Əliyevin "Biz təkcə yaşıl energetikanı deyil, həm də yaşıl nəqliyyatı inkişaf etdirmək qərarına gəldikdə, gündəmdə strateji tərəfdaş seçmək məsələsi dayandı və Çin şirkətlərini seçdik" sitatını da xəbərə daxil edib.

"Sinxua" agentliyinin həmin xəbərini Çinin bir çox media qurumları yayıb. Bundan başqa, Çinin bəzi ixtisaslaşmış saytları Prezident İlham Əliyevin iqtisadi mövzulardakı fikirlərindən də xəbərlər hazırlayıb.

Rusiyanın aparıcı media orqanları da Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib.

"RİA Novosti", TASS, "Vesti Kavkaza", "İnterfaks" agentlikləri, "360" televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin "Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur" fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur.

Medianın materiallarında Prezident İlham Əliyevin Azərbaycanın tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi diqqətə çatdırılır, Avropa və Asiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun inkişafının vacibliyi xüsusi qeyd edilir.

Xəbər resursları dərc etdikləri yazılarda Azərbaycan liderinin regionda xarici siyasət çağırışlarına dair mövqeyinə, suverenliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyinə diqqət yetirirlər. Media qurumları Prezident İlham Əliyevin 907-ci düzəlişin tamamilə ləğv edilməsinin vacibliyi ilə bağlı fikirlərini, eləcə də ikitərəfli münasibətlərin əsas aspektləri və regional təşəbbüslər barədə mövqeyini sitat gətirirlər.

Ümumilikdə, Rusiya mediası Azərbaycanın regional və beynəlxalq proseslərdə strateji rolunu vurğulayır, Prezident İlham Əliyevin müsahibəsini geniş şəkildə işıqlandırır və onun bəyanatlarını rəsmi Bakının ardıcıl, müstəqil və fəal xarici siyasətinin təzahürü kimi qiymətləndirir.

İranın IRNA dövlət agentliyinin, ISNA xəbər agentliyinin saytlarında, "Ğatreh", "Tahlil Bazar", "Tejaratnews" xəbər portallarında dərc olunmuş "Prezident Əliyev Ermənistanın Naxçıvan marşrutu ilə İran dəmir yoluna qoşulacağını bəyan edib" sərlövhəli məqalələrdə Azərbaycanın dövlət başçısının Ermənistanın Naxçıvan vasitəsilə İran dəmir yoluna, Azərbaycan Respublikası vasitəsilə isə Rusiya dəmir yoluna çıxış əldə edəcəyi barədə fikirləri yer alıb. Materiallarda vurğulanır ki, Prezident İlham Əliyev Ermənistan sərhədinə gedən həm dəmir yolunun, həm avtomobil yolunun tezliklə hazır olacağını bildirib. Azərbaycan lideri əlavə edib ki, bu layihə tam başa çatandan sonra onun yükötürmə qabiliyyəti 15 milyon tona bərabər olacaq, həm Şərq-Qərb, həm də ki, Şərq-Cənub, bəlkə də Şimal-Cənub yolunun bir qolu olacaq. Dövlət başçısı əlavə edib: "Çünki bu gün Şimal-Cənub layihəsi deyəndə, ilk növbədə, Rusiya-Azərbaycan-İran, yəni Rəşt-Astara yolu nəzərdə tutulur. Bu yol da vacibdir. Ancaq Zəngəzur dəhlizi açılandan sonra sovet vaxtı mövcud olmuş Sovet İttifaqı-İran yolu yenə də bərpa ediləcək. Yəni ki, Rusiya-Bakı-Ağbənd-Ermənistan-Naxçıvan-Culfa-Fars körfəzi - bu, Şimal-Cənub marşrutunun ikinci yolu olacaq".

Məqalələrdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev İranın da bu layihədə iştirakı ilə bağlı qeyd edib: "Onu da bildirməliyəm ki, bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Arazın üzərindən körpü də inşa edilir. Yəni bizim o bölgədən Qərb istiqamətinə və Cənub istiqamətinə əslində iki yolumuz olacaq. Biri Zəngəzur dəhlizi - Ermənistan üzərindən, biri isə Araz dəhlizi - İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik. Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən".

Bolqarıstan Teleqraf Agentliyinin, "Delnik" nəşrinin, BGN xəbər portalının AZƏRTAC-a istinadla dərc etdikləri "Azərbaycan Prezidenti azərbaycanlıların öz dövlət dilini qorumalarının vacibliyini vurğulayıb" sərlövhəli məqalədə Prezident İlham Əliyevin dövlət dilinin qorunması və inkişafı ilə bağlı fikirləri yer alıb.

Materiallarda dövlətimizin başçısının sözləri sitat gətirilib: "Bilirsiniz, ilk növbədə, dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə. Xalqımızın taleyini hamımız yaxşı bilirik, ağır taledir. Əsrlər boyu müstəqillik eşqi ilə yaşamış xalqıq, əsrlər boyu müstəmləkəçilik şəraitində yaşamış xalqıq. Bunun adları fərqli ola bilər, amma mahiyyət etibarilə bu, müstəmləkəçilikdir. İstər qədim dövrlərdə, istər Rusiya imperiyası dövründə, fars imperiyası dövründə, Sovet İttifaqı dövründə bu, müstəmləkəçilikdən başqa bir şey deyildi. Müstəqillik tariximiz də zəngin olub. Dövlətçilik əsasları olub. Fəxr edirik o dövlətlərlə. Amma başqa imperiyaların, ölkələrin tərkibində yaşadığımız üçün istər-istəməz xalqımızın psixologiyasına da müəyyən təsir buraxıb. Bu psixologiyanın fəsadları bu gün də var. Azalır, amma var. Nə qədər az olsa, o qədər də yaxşıdır. Yəqin ki, nəsillərin dəyişməsi ilə, başqa amillərlə bağlıdır. Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik".

Qeyd olunub ki, Prezident İlham Əliyev azərbaycanlıların böyük xalq olduğunu, dünyada 50 milyondan çox azərbaycanlı yaşadığını diqqətə çatdırıb. Azərbaycan lideri əlavə edib: "Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir, təkcə ona görə yox ki, bu, bizim dilimizdir. Mən bir çox həmkarlarımdan, bir çox insanlardan eşitmişəm ki, doğrudan da çox zəngin və gözəl dildir. Mən düşünürəm və əminəm ki, Azərbaycan xalqı bu fikirləri tamamilə bölüşür". Dövlət başçısı əlavə edib ki, Azərbaycan dilini qorumaq hər bir azərbaycanlının vəzifəsidir.

Moldovanın aparıcı "Noi.md" xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən əsas sitatları əks etdirən məqalə dərc edilib.

Rumın və rus dillərində dərc olunan məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatında artdığı rol haqqında söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, Azərbaycan qaz ixracını həm həcm, həm də coğrafi imkan baxımından artırır. Azərbaycan bu gün və uzun illər Avropa istehlakçıları üçün əvəzolunmaz tərəfdaşdır və enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolu daha da artacaq.

İspaniyanın "Communicacion" portalının AZƏRTAC-a istinadla dərc etdiyi materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. İspan saytı bununla bağlı yanlış məlumatları təkzib edən dövlətimizin başçısının sözlərini sitat gətirir: "Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur".

İtaliya mediasında "Şərq qapısı" qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Sara Əzimovanın Prezident İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsinə həsr olunmuş "İlk söz, ilk görüş jurnalistlərlə" sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə dövlət-media münasibətləri geniş şərh olunub, bu baxımdan ilin ilk iş günündə Prezident İlham Əliyevin jurnalistlərlə ilk görüşünün və səsləndirdiyi fikirlərin cəmiyyətə verilən mühüm mesaj olduğu vurğulanır. Görüş artıq Azərbaycan mediası üçün formalaşmış müsbət ənənənin davamı olmaqla yanaşı, dövlət başçısının cəmiyyətlə açıq, şəffaf və birbaşa ünsiyyətinin bariz nümunəsi kimi dəyərləndirilib. Son.az 

Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi like
  • 07 Yan 19:46  
Digərləri Tramp: Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi

"Mən olmasaydım, Rusiya bütün Ukraynanı ələ keçirərdi".

arrow Ətraflı
"Keçmiş ərim məndən sonra 34 dəfə EVLƏNDİ" like
  • 07 Yan 19:34  
Şou-biznes "Keçmiş ərim məndən sonra 34 dəfə EVLƏNDİ"

Əməkdar artist Gövhər Rzayeva "Rəngarəng" verilişində maraqlı

arrow Ətraflı
Şahin Bağırov onu idarə rəisi təyin etdi like
  • 07 Yan 19:20  
Digərləri Şahin Bağırov onu idarə rəisi təyin etdi

Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə yeni rəi

arrow Ətraflı
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq  BU TARİXDƏ like
  • 07 Yan 19:06  
Digərləri Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası tədarük olunacaq BU TARİXDƏ

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük st

arrow Ətraflı
Sabah Bakının iki rayonunda qaz olmayacaq like
  • 07 Yan 19:03  
Digərləri Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qazın verişilində fasilə yaranacaq.

arrow Ətraflı
Vəfa Yıldız Tilbeyə 100 min dollar ödəyəcək like
  • 07 Yan 18:51  
Şou-biznes Vəfa Yıldız Tilbeyə 100 min dollar ödəyəcək

Müğənni Vəfa Şərifova Yıldız Tilbe ilə duet oxuyacaq.

arrow Ətraflı
Bu bazarın fəaliyyəti dayandırıldı like
  • 07 Yan 18:43  
Digərləri Bu bazarın fəaliyyəti dayandırıldı

Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi H.Heybətov küçəsi

arrow Ətraflı
2ci sinif şagirdi dəm qazından öldü like
  • 07 Yan 18:38  
Digərləri 2ci sinif şagirdi dəm qazından öldü

Abşeron rayonunun Saray qəsəbəsində şagird dəm qazından boğulub.

arrow Ətraflı
Gəncədə qətlə yetirilən 23 yaşlı gəncin like
  • 07 Yan 18:34  
Digərləri Gəncədə qətlə yetirilən 23 yaşlı gəncin

Xəbər verdiyimiz kimi, Gəncədə 2003-cü il təvəllüdlü Zamir Rzayev bı�

arrow Ətraflı
Azərbaycanda milyonçu iş adamı həbsdə dünyasını dəyişdi like
  • 07 Yan 18:31  
Digərləri Azərbaycanda milyonçu iş adamı həbsdə dünyasını dəyişdi

İnşa etdiyi binalarda eyni mənzilləri bir neçə nəfərə satdığına gör

arrow Ətraflı
Bu günlə bağlı hər kəsə XƏBƏRDARLIQ like
  • 07 Yan 18:30  
Digərləri Bu günlə bağlı hər kəsə XƏBƏRDARLIQ

Son.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlum

arrow Ətraflı
Prezidentin ordenlə təltif etdiyi diaspor fəalları kimlərdir?  DOSYE like
  • 07 Yan 18:20  
Digərləri Prezidentin ordenlə təltif etdiyi diaspor fəalları kimlərdir? DOSYE

Prezident İlham Əliyevin Sərəncamı ilə xalqlar arasında dostluğun möhk�

arrow Ətraflı
Şəhid Milli Qəhrəmanın xanımına vəzifə verildi like
  • 07 Yan 18:11  
Digərləri Şəhid Milli Qəhrəmanın xanımına vəzifə verildi

Şəhid xanımı Fizzə Mirzəyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət D�

arrow Ətraflı
76 yaşlı Əməkdar artist övladları, nəvə və nəticələri ilə like
  • 07 Yan 18:00  
Şou-biznes 76 yaşlı Əməkdar artist övladları, nəvə və nəticələri ilə

Əməkdar artist Kübra Əliyevanın görüntüsdü ilə diqqət çəkib.

arrow Ətraflı