İt sahibi olmaq sağlamlığa faydalıdır
Digərləri 26 Dek 2025 03:03:00 84 0
Mütəxəssislərin fikrincə, it sahibi olmaq həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir göstərir.
Bu xəbəri də oxu: “Hökumənin ən böyük arzusu ...” – Milli Qəhrəmanın atası açıqladı
Son.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, itlərlə yaşayan insanlar daha aktiv həyat tərzi sürür və streslə daha asan mübarizə aparırlar.
İtlər gündəlik gəzintiyə ehtiyac duyduğundan, sahibləri də mütəmadi olaraq hərəkət etməyə məcbur qalır. Bu isə ürək-damar sağlamlığını yaxşılaşdırır, qan təzyiqinin və xolesterinin azalmasına kömək edir. Mütəxəssislər qeyd edirlər ki, it sahibləri gündəlik addım sayına görə digər insanlardan daha aktiv olurlar.
İtlərlə ünsiyyət xoşbəxtlik hormonu kimi tanınan serotoninin və oksitosinin ifrazını artırır. Bu da stresin azalmasına, əhval-ruhiyyənin yaxşılaşmasına və depressiya riskinin aşağı düşməsinə səbəb olur. Xüsusilə tək yaşayan insanlar üçün itlər emosional dəstək rolunu oynayır.
İt gəzintiləri zamanı insanlar bir-biri ilə daha asan ünsiyyət qurur. Bu isə sosiallaşmanı artırır, təkliq hissini azaldır və insanın özünü cəmiyyətin bir hissəsi kimi hiss etməsinə kömək edir.
Araşdırmalar göstərir ki, itlərlə böyüyən uşaqlarda immun sistem daha güclü olur, allergiya riski azalır. Yaşlı insanlarda isə it sahibi olmaq tənhalıq hissini azaldır, gündəlik rutin formalaşdırmağa kömək edir.
Mütəxəssislər vurğulayırlar ki, it sahibi olmaq məsuliyyət tələb etsə də, düzgün baxım və sevgi ilə bu dostluq insan sağlamlığına uzunmüddətli müsbət təsir göstərir.
Fidan Son.az
Mütəxəssislər körpələrin güclü və ya uzun müddət yellənərək yatı
Son.az 26 Dekabr 2026-cı il üçün günün ulduz falını təqdim edir:
Bakının mərkəzində zəncirvari qəza olub.
Fenomen müəllimlərdən sonra vəkillərin sosial media istifadəsi də nəzar
Suriya Mərkəzi Bankı yeni milli valyutanı tədavülə buraxmağı planlaşd�
Bakının Nərimanov rayonu, Rövşən Əliyev küçəsində yol bir neçə müd
Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadis
Bakının Nərimanov rayonunda yerləşən 200 saylı məktəb-lisey kompleksini
Qana sakini Ebu Nuh yuxusunda Allahın 25 dekabr 2025-ci ildə İncil-dəki Nuh
2024-cü ilin dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə
Əməkdar artist Bəsdi Sevdiyeva son illər sənət sahəsində müşahidə olu
Müğənni Şəbnəm Tovuzlunun doğum günü tədbirindən yeni video sosial ş
Xəbər verdiyimiz kimi, Siyəzəndə 3 yaşlı uşaq avtomobildə yanaraq ölü
Prezidentin Sərəncamı ilə Xankəndi Şəhər Məhkəməsinə yeni hakim təy
Əməkdar artist Gülüstan Əliyeva "İncə səhər" verilişində qo
