Taksi buraxılış vəsiqəsi alınması üçün SON TARİX
Digərləri 23 Dek 2025 17:22:00 81 0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilib.
Bu xəbəri də oxu: 64 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Son.az xəbər verir ki, kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq məlumatlandırma təmin edilmişdir. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.
Müraciət edən şəxslərdən xahiş olunur ki, ərizələrini müəyyən olunmuş müddətədək elektron sistem vasitəsilə təqdim etsinlər. Göstərilən vaxta qədər daxil olmuş bütün müraciətlərə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaq.
Müraciət zamanı sistemə yüklənən sənədlərin düzgünlüyü və tamlığının diqqətlə yoxlanılması xahiş olunur. Sənədlərdə aşkar edilən uyğunsuzluqlar müraciətin geri qaytarılmasına səbəb ola bilər. Müraciətin statusunda hər hansı dəyişiklik baş verdiyi halda operativ reaksiya verə bilmək üçün elektron portalda yerləşən şəxsi kabinetin mütəmadi yoxlanılması tövsiyə olunur.
Elektron qaydada təqdim olunmuş müraciətlər yoxlanıldıqdan və düzgünlüyü təsdiq edildikdən sonra icazələr üzrə dövlət rüsumları ərizəçi tərəfindən 5 (beş) iş günü ərzində ödənilməlidir. Müəyyən olunmuş müddət ərzində ödənişlər həyata keçirilmədiyi təqdirdə müraciətlər ləğv ediləcək.
Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək. Növbə proseduru ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.
Aysel Əkbər Son.az
Türkiyədə tamamilə süni intellektlə istehsal olunan ilk cizgi filmi olan &
Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində t
Sumqayıtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Abşeron rayon
52 yaşlı məşhur ispan aktrisa Penelopa Kruz və 58 yaşlı amerikalı aktris
Bu gün Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.
Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərər vurulması,
"Azərbaycanda son illər dövlət proqramları çərçivəsində hər ilin
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin keçirilməsini t�
İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlha
Piyada keçidləri yol hərəkəti təhlükəsizliyi baxımından xüsusi diqqə
Alimlər çay və qəhvənin çox isti halda içilməsinin mədə xərçəngi ri
Yerli KİV-də paytaxtın bəzi market və köşklərdə siqaret satışının m
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam
