KasımJomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
Siyasət 23 Dek 2025 11:46:00 50 0
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Son.az xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.
Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.
Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.
Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.
Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram".
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə həd
Yaponiyanın "Naqoya" universitetində partlayış baş verib.
Müavinat, təqaüd, kompensasiya və ünvanlı yardımlar veriləcəyi tarix a�
Bakıda ikinci "Babək prospekti" yaranır.
Milli Məclis Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik m
Azərbaycanın məşhur alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Fik
İkitərəfli ticarət dövriyyəmizə baxdıqda, ötən il Azərbaycanla ticar�
Sosial şəbəkələrdə müğənni Xatun Əliyevanın arxiv fotoları yayılıb
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci
Prezident İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik maddi ya
Məşhur simaları hədəf alan narkotik istintaqı çərçivəsində aparılan
Qazaxıstanda komissiya yaradılıb və istintaq hələ də davam edir. Hadisə
Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal tə
Səudiyyə Ərəbistanında son 30 ildə ilk dəfə qar yağıb.
