“AzCosmetics”in rəhbərinə ölkədən çıxmaq qadağası qoyuldu Yalan məlumata görə


Digərləri 22 Dek 2025 22:45:00 81 0

“AzCosmetics”in rəhbərinə ölkədən çıxmaq qadağası qoyuldu  Yalan məlumata görə

Estetik və kosmetoloji cihazlar bazarında fəaliyyət göstərən "AzCosmetics" MMC rəqib şirkət ("AzEstetik Group" MMC) barəsində paylaşdığı videoçarxlarda yalan və həqiqəti əks etdirməyən məlumatlar səsləndirdiyi üçün cəzalandırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb.

Bildirilib ki, "AZ Estetik Group" MMC barədə paylaşılan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib və yalan, böhtan xarakterli məlumatların videoformat şəklində təkzib olunmasına qərar verilib.

Belə ki, sözügedən məlumatlar direktoru Kənan Zeynalov olan "AzCosmetics" MMC-yə məxsus "Youtube" və "TikTok" hesablarında 2023-2024-cü illərdə ictimailəşdirilib. Qərara əsasən, bu platformalarda yerləşdirilmiş video və şərhlərin silinməsi, eləcə də həmin materiallarda məhsul və xidmətlərlə bağlı səsləndirilən aldadılma, texniki xüsusiyyətlərin düzgün təqdim olunmaması, məhsul mənşəyinin gizlədilməsi və öhdəliklərin yerinə yetirilməməsi kimi iddiaların həqiqəti əks etdirmədiyi müəyyən edilib və bu məlumatların təkzib edilməsi tələb olunub.

Bundan başqa, digər məhkəmələr də "AzCosmetics" MMC və onun direktoru Kənan Zeynalova qarşı bir sıra qərarlar qəbul edib. Bildirilib ki, şirkət rəqibi olan "Az Estetik Group" MMC-nin lazer cihazlarını saxta və keyfiyyətsiz kimi tənqid edərək haqsız reklam və rəqabət apardığına görə reklam qanunvericiliyinin tələblərini pozub. Bu səbəbdən şirkət 1000 AZN məbləğində cərimə edilib. Bundan əlavə, "Azcosmetics" məhkəmə qərarlarını icra etmədiyi - yəni, nüfuzu ləkələyən videoları silmədiyi və təkzib vermədiyi üçün məhkəmə qərarları ilə şirkətə 3000 AZN, direktor Kənan Zeynalova isə 1200 AZN inzibati cərimə tətbiq olunub. Bu tədbirlərlə yanaşı, qətnamənin icrasından yayındığı üçün Kənan Zeynalova ölkədən çıxış qadağası qoyulub.

Məsələ ilə bağlı "AZ Estetik Group" MMC-nin direktoru Rəşad Qasımov bildirib ki, məhkəmə qərarı şirkət ətrafında yayılan məlumatlara hüquqi qiymət verildiyini göstərir:

"Şirkət 16 ildir məhsulların mənşəyi, texniki göstəriciləri və servis imkanları barədə müştəriləri açıq şəkildə məlumatlandırır. "AZ Estetik Group" fəaliyyətində innovativ texnologiyalara və müştəri məmnuniyyətinə üstünlük verir. Hazırda şirkətimiz estetik, stomatoloji və kosmetoloji avadanlıqların satışı ilə yanaşı, bu sahədə təlim və texniki xidmətlər göstərir. Eyni zamanda Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə regional bazarda da təmsil olunur". Son.az 

Tapdığınız əşya nə zaman sizinki sayılır? like
  • 22 Dek 22:13  
Digərləri Tapdığınız əşya nə zaman sizinki sayılır?

Hər birimiz həyatımızda ən azı bir dəfə hansısa maddi və ya mənəvi d

arrow Ətraflı
Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır like
  • 22 Dek 22:00  
Digərləri Gələn ildən Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçu

arrow Ətraflı
Ceyhun Rəhmanova vəzifə verildi like
  • 22 Dek 21:47  
Digərləri Ceyhun Rəhmanova vəzifə verildi

Milli Olimpiya Komitəsində yeni təyinat gerçəkləşib.

arrow Ətraflı
Göyçayda yanğın olub like
  • 22 Dek 21:36  
Digərləri Göyçayda yanğın olub

Göyçayda yanğın hadisəsi baş verib.

arrow Ətraflı
2026cı ilin qışı belə keçəcək  Bakıda dayanmadan qar, şaxta... like
  • 22 Dek 21:26  
Digərləri 2026cı ilin qışı belə keçəcək Bakıda dayanmadan qar, şaxta...

Amerika və Avropanın aparıcı meteoroloji qurumlarının uzunmüddətli hava

arrow Ətraflı
Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib like
  • 22 Dek 21:24  
Siyasət Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik

arrow Ətraflı
Nadir Qafarzadənin ikinci nəvəsi doğulacaq like
  • 22 Dek 21:13  
Şou-biznes Nadir Qafarzadənin ikinci nəvəsi doğulacaq

Müğənni Nadir Qafarzadənin ikinci nəvəsi dünyaya gələcək.

arrow Ətraflı
Britaniyalı müğənni 74 yaşında vəfat etdi like
  • 22 Dek 21:00  
Şou-biznes Britaniyalı müğənni 74 yaşında vəfat etdi

Dünya şöhrətli rok və blüz ifaçısı, "The Road to Hell" və h�

arrow Ətraflı
Tanınmış hakim avtoqəzada öldü like
  • 22 Dek 20:41  
Digərləri Tanınmış hakim avtoqəzada öldü

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyya

arrow Ətraflı
Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib like
  • 22 Dek 20:24  
Siyasət Məhkəmə təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
Mandarin qabığı təhlükəlidir  DİQQƏTLİ OLUN like
  • 22 Dek 20:18  
Digərləri Mandarin qabığı təhlükəlidir DİQQƏTLİ OLUN

Mandarin qabığı ev heyvanları üçün təhlükə yarada bilər.

arrow Ətraflı
Bakının 3 rayonunda qaz olmayacaq like
  • 22 Dek 20:05  
Digərləri Bakının 3 rayonunda qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

arrow Ətraflı
"Kişi qadını incidirsə, demək ki, qadın nəsə edib" like
  • 22 Dek 19:56  
Şou-biznes "Kişi qadını incidirsə, demək ki, qadın nəsə edib"

"Kişi qadını incidirsə, demək ki, qadın nəsə edib, kişi də o vəz

arrow Ətraflı
Rəng seçimləri təsadüfi deyil  Ağıllı insanlar bu rəngi sevir like
  • 22 Dek 19:35  
Digərləri Rəng seçimləri təsadüfi deyil Ağıllı insanlar bu rəngi sevir

Mütəxəssislər rəng seçimlərinin təsadüfi olmadığını və insanın d�

arrow Ətraflı