2026cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi


Siyasət 22 Dek 2025 13:12:00 65 0

2026cı il "Şəhərsalma və Memarlıq İli" elan edildi

Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib.

Son.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.

Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, "Atəşgah" kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz - qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.

900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir.

Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlamışdır.

Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirilmişdir. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki siması dəyişmiş, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilmişdir. İki görkəmli memarın - Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı yer tutduğu həmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubunun yaradılması ilə səciyyələnir.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.

Bu gün də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilmişdir.

Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada "yaşıl enerji" zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.

Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı ("UN-Habitat") ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir".

Sənəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi daşıyır.

Sərəncamla Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Cövdət Yılmaz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib like
  • 22 Dek 13:02  
Siyasət Cövdət Yılmaz Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövd

arrow Ətraflı
“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı like
  • 22 Dek 13:00  
Şou-biznes “Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

Müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsind�

arrow Ətraflı
Aşıq Namiqin yeni iş yeri like
  • 22 Dek 12:50  
Digərləri Aşıq Namiqin yeni iş yeri

Sənətçi Aşıq Namiq Fərhadoğlu yenidən televiziya ekranlarına qayıdır.

arrow Ətraflı
Həbsdə olan 3 yeniyetmə azadlığa buraxıldı like
  • 22 Dek 12:40  
Digərləri Həbsdə olan 3 yeniyetmə azadlığa buraxıldı

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı 

arrow Ətraflı
Sabah Bakıda 10 dərəcə isti olacaq like
  • 22 Dek 12:36  
Digərləri Sabah Bakıda 10 dərəcə isti olacaq

Dekabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Cevdet Yılmaz Azərbaycana səfərə gəlib like
  • 22 Dek 12:28  
Siyasət Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Az�

arrow Ətraflı
Lotereya qalibi 1 milyon dollardan imtina etdi like
  • 22 Dek 12:23  
Dünya Lotereya qalibi 1 milyon dollardan imtina etdi

Kanadanın Kvebek şəhərindən olan 20 yaşlı Brenda Aubin‑Veqa lotereyada

arrow Ətraflı
Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı like
  • 22 Dek 12:15  
Siyasət Zoran Milanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikas�

arrow Ətraflı
Avtomobili partladılan şəxs Rusiya ordusunun generalı olub like
  • 22 Dek 12:01  
Digərləri Avtomobili partladılan şəxs Rusiya ordusunun generalı olub

Moskvada avtomobildə baş verən partlayışda xəsarət alan şəxsin Rusiya S

arrow Ətraflı
İcra başçısının həbsdə olan sabiq müavini də azadlığa buraxıldı like
  • 22 Dek 11:54  
Digərləri İcra başçısının həbsdə olan sabiq müavini də azadlığa buraxıldı

Amnistika aktı Neftçalanın icra başçının ictimai-siyasi və humanitar mə

arrow Ətraflı
Geomaqnit qasırğası gözlənilir like
  • 22 Dek 11:52  
Dünya Geomaqnit qasırğası gözlənilir

Günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsi

arrow Ətraflı
İşçilərin yemək xərcləri vergiyə cəlb olunur? – Rəsmi İZAH like
  • 22 Dek 11:44  
Digərləri İşçilərin yemək xərcləri vergiyə cəlb olunur? – Rəsmi İZAH

ƏDV qeydiyyatında olan "A" MMC hüquq-məsləhət xidmətlərinin g�

arrow Ətraflı
Gəlin "zərgərlik mağazası"na çevrildi   Bərzani ailəsi ilə qohum oldular like
  • 22 Dek 11:35  
Digərləri Gəlin "zərgərlik mağazası"na çevrildi Bərzani ailəsi ilə qohum oldular

Türkiyənin Şanlıurfa bölgəsindən olan İzol Aşirəti İraq Kürd Regiona

arrow Ətraflı
Dəniz Əsədova azadlığa buraxıldı like
  • 22 Dek 11:34  
Digərləri Dəniz Əsədova azadlığa buraxıldı

Müğənni Dəniz Əsədova Amnistiya aktı ilə azadlığa buraxılıb.

arrow Ətraflı
22 qadın məhkum azadlığa buraxıldı 2si övladı ilə birlikdə like
  • 22 Dek 11:34  
Digərləri 22 qadın məhkum azadlığa buraxıldı 2si övladı ilə birlikdə

Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı Ə

arrow Ətraflı