Çay deyil,
Digərləri 21 Dek 2025 05:05:00 59 0
Berqamot çay kimi tanınsa da, əslində, onun sitrus bitkisi olduğundan çoxları xəbərsizdir. Bir versiyaya görə, onu seleksiya nəticəsində əldə ediblər. Başqa bir versiyaya görə, berqamot hibrid deyil, portağalın mutasiyası nəticəsində yaranmış meyvədir.
Bu xəbəri də oxu: Bu sözdən istifadə edənlər 800 manat cərimə olunacaq
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, berqamot İtaliyanın Kalbriya əyalətində yetişdirilməyə başlanılmışdı. Onun adı ətrafında plantasiyalar salınmış Berqamo şəhərinin şərəfinə verilib. İtaliyanın cənubunda iqlim isti və rütubətli olduğuna görə bitkini orada becərirlər.
Berqamot ağacı 10 metr hündürlüyə qədər uzanır, budaqları tikanlı olsa da, çiçəklərinin gözəl görünüşü var və olduqca xoş ətrə malikdir. Digər sitruslar kimi meyvələri payızın əvvəlindən qışa qədər yetişir, yaşıl rəngli meyvəsinin eninə kəsiyi limon və ya portağala oxşayır. Onu efir yağı istehsal etdiyinə görə yetişdirirlər. Meyvənin qabığından başqa çiçək, cavan yarpaq və zoğlarından da yağ almaq olur.
Hələ XII əsrdə antibiotiklər kəşf olunmazdan əvvəl alman həkimləri ondan dərinin infeksiya və iltihabi xəstəliklərində antiseptik vasitə kimi istifadə edirdilər. Çox ciddi zədələr zamanı meyvələr yarıya bölünərək yaranın üzərinə bağlanırdı.
Müasir dövrdə berqamotdan virus və soyuqdəymə əleyhinə, immun sistemini möhkəmləndirmək üçün istifadə olunur. Onun qəbulu mədə-bağırsaq spazmını azaldır, həzmi yaxşılaşdırır, sinir sisteminə sakitləşdirici təsir göstərir. Berqamotla dəmlənilən çayın içilməsi dərinin təmizlənməsi və piqment ləkələrinin azalmasına, yerli istifadəsi isə dəri tonusunun artması və məsamələrinin yığılmasına səbəb olur. Bitkinin qabığını əllə sıxanda ondan açıq zümrüdü-yaşıl rəngdə yağ xaric olunur. Əllə sıxılaraq alınan yağ ən keyfiyyətli hesab olunur və 100 ədəd meyvənin sıxılması nəticəsində 900 ml-ə qədər efir yağı almaq olur.
Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplər
Yüz il və daha artıq yaşayan adamlar uzunömürlülüklərinə görə həyat
Gözlərinizi gündəlik ekran yorğunluğundan və yaşla bağlı problemlərd�
ABŞ-nin Milli Standartlar və Texnologiya İnstitutundan (NIST) olan iki fizik
Pul qabımızı hər gün yanımızda daşıyırıq, lakin içindəki kartlar v�
Çinko insan bədəni üçün həyati əhəmiyyət daşıyan minerallardan birid
Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində b
Gündəlik həyatda kiçik görünən, amma çox vaxt diqqətdən yayınan detal
Son.az 21 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Bəzi adamlar mənə Elza deyə müraciət edirlər. Nə cürətlə? Tərbiyəd�
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ son reklam anlaşması ilə media günd�
Azərbaycandan göndərilən neft məhsullarının ilk partiyasının Ermənista
Bakı Dəmiryol Vağzalının qarşısından Hövsan istiqamətində hərəkət
