“Dəyirman”ın üzvü bu qurumda yüksək vəzifədədir
Şou-biznes 20 Dek 2025 13:15:00 91 0
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır.
Son.az xəbər verir ki, bununla bağlı Modern.az məlumat yayıb.
Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir.
Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqdan sonra A. Abdullayev karyerasını musiqi sahəsində davam etdirməyib. Keçmiş reper Azərbaycan Dövlət Neft və Sənayə Universitetində "Neft-qaz mühəndisi" ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.
O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Azərbaycana qayıdandan sonra isə 2011-2023-cü illərdə "SOCAR - Integrated drilling" trestində "Ümid", "Bulla-dəniz" qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.
Xatırladaq ki, "Dəyirman" hip-hop qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib. Qrup üzvləri Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev olub.
"Dəyirman" 1999-cu ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, ya ölüm" mahnısı ilə uğur qazanıb. Sözügedən mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi sənədli filmlə remiks olunub.
Soyuducuda saxlanan bəzi qida məhsulları sağlamlığa mənfi təsir göstər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ir�
Aktrisa Pərvin Abıyeva gənc qızlar arasında kosmetoloji prosedurlara həddi
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
Xəbər verdiyimiz kimi, ötən gün meyxanaçı Ağakərim (Kərim Novruzov)
BYD Destroyer 05-lərin qiymətində 2-3 min manata yaxın endirim var.
Son araşdırmalar bəzi gündəlik istifadə olunan məhsulların xərçəng ri
Ruben Vardanyanın cinayətlərindən, separatçılıq fəaliyyətindən bəhs e
Xəbər verdiyimiz kimi, Meyxanaçı Ağakərim (Kərim Novruzov) ötən gün g�
Xəbər verdiyimiz kimi Astara rayonunun Şahağac kəndi yaxınlığında balı
Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NF
ABŞ Ədliyyə Nazirliyi və Nümayəndələr Palatasının Nəzarət Komitəsi
Ən çox yeyilən qidalardan biri çörək olsa da, ən tez xarab olan da məhz
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
