Volodimir Zelenski İlham Əliyevə təbrik məktubu ünvanlayıb


Siyasət 19 Dek 2025 13:16:00 76 0

Volodimir Zelenski İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli cənab Prezident.

Zati-alinizin doğum günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin liderliyiniz sayəsində Azərbaycan müasir və uğurlu bir dövlətə çevrilmiş, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla gücləndirərək, dövlət üçün mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün bərpasına və möhkəmləndirilməsinə nail olmuşdur.

Xalqlarımızın dostluğunun və Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı dəstəyə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Bu tərəfdaşlıq Qara dəniz-Xəzər regionunda ədalətli sülhə nail olmaq niyyətinə, eləcə də enerji, iqtisadi-ticari, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.

Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir.

Zati-aliləri cənab Prezident, icazə verin, Sizi bir daha ürəkdən təbrik edim, Sizə möhkəm cansağlığı və dövlətçilik fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və tərəqqi arzulayım".


Xəbərə aid fotolar

İcbari tibbi sığorta üzrə xidmətlərin sayı artırılıb  TƏBİBdən açıqlama like
  • 19 Dek 13:12  
Digərləri İcbari tibbi sığorta üzrə xidmətlərin sayı artırılıb TƏBİBdən açıqlama

"İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidm

arrow Ətraflı
Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik edib like
  • 19 Dek 13:11  
Siyasət Sərdar Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikas�

arrow Ətraflı
"Bu tibbi xidmətlərin sayında 17% artım müşahidə olunub" like
  • 19 Dek 13:09  
Digərləri "Bu tibbi xidmətlərin sayında 17% artım müşahidə olunub"

"İcbari tibbi sığorta çərçivəsində icra olunmuş tibbi xidmətləri

arrow Ətraflı
Yemək üçün birbirilərini əzdilər like
  • 19 Dek 13:00  
Dünya Yemək üçün birbirilərini əzdilər

Hindistanın Qucarat əyalətində bir Hindu məbədində ibadətdən sonra payl

arrow Ətraflı
Lukaşenko Azərbaycan Prezidentini təbrik etdi like
  • 19 Dek 12:59  
Siyasət Lukaşenko Azərbaycan Prezidentini təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyev�

arrow Ətraflı
Azərbaycanda vərəm xəstələrinin sayı artır like
  • 19 Dek 12:55  
Digərləri Azərbaycanda vərəm xəstələrinin sayı artır

"Ölkə üzrə 3500-dən çox vərəmli xəstə dispanser qeydiyyatına al�

arrow Ətraflı
Bakıda yaşayış binasının daxili fasadında özbaşına artırma işləri dayandılıb like
  • 19 Dek 12:50  
Digərləri Bakıda yaşayış binasının daxili fasadında özbaşına artırma işləri dayandılıb

Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında y

arrow Ətraflı
Prezident yol təmirinə 1.4 milyon manat ayırdı like
  • 19 Dek 12:47  
Siyasət Prezident yol təmirinə 1.4 milyon manat ayırdı

Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əs

arrow Ətraflı
Epşteyn arxivindən yeni FOTOlar yayıldı  Bill Qeyts də var imiş... like
  • 19 Dek 12:44  
Dünya Epşteyn arxivindən yeni FOTOlar yayıldı Bill Qeyts də var imiş...

ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi onlar

arrow Ətraflı
Namiq Qaraçuxurlunun yarım milyonluq maşını ilə yolda ÇƏTİN ANLARI like
  • 19 Dek 12:30  
Şou-biznes Namiq Qaraçuxurlunun yarım milyonluq maşını ilə yolda ÇƏTİN ANLARI

Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yarım milyonluq avtomobili ilə yolda

arrow Ətraflı
Guba Golf Club ləğv olundu like
  • 19 Dek 12:25  
Digərləri Guba Golf Club ləğv olundu

"Guba Golf Club" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu

arrow Ətraflı
Quba Resort bağlandı like
  • 19 Dek 12:19  
Digərləri Quba Resort bağlandı

"Quba Resort" MMC ləğv olunduğunu elan edib.

arrow Ətraflı
Klip çəkilişi zamanı məşhur müğənnini at vurdu  VİDEO like
  • 19 Dek 12:14  
Şou-biznes Klip çəkilişi zamanı məşhur müğənnini at vurdu VİDEO

Məşhur türkiyəli müğənni Onur Akın klip çəkilişi zamanı bədbəxt ha

arrow Ətraflı
Dabaq xəstəliyi kənd süd satışına necə təsir etdi?  AÇIQLAMA like
  • 19 Dek 12:00  
Digərləri Dabaq xəstəliyi kənd süd satışına necə təsir etdi? AÇIQLAMA

Mal qara arasında yayılan dabaq xəstəliyi süd məhsullarının satışına

arrow Ətraflı