Prezident Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunan konqresin iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 19 Dek 2025 10:22:00 82 0

Prezident Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunan konqresin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət ünvanlayıb.

Son.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konqres iştirakçıları!

Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.

Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.

İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçmişdir. Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsində məşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indi də lazımınca qorunur. İnstitut öz bazasında topladığı yüksək hazırlıqlı professor-müəllim heyəti ilə həkimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlar əldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidə tətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlı genişləndirən mərkəz kimi nüfuz qazanmışdır.

Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhz İnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə töhfəsini verəcəkdir".

Novxanıda restoranda yanğın olub like
  • 19 Dek 10:18  
Digərləri Novxanıda restoranda yanğın olub

Abşeronda restoranda yanğın olub.

arrow Ətraflı
Bakıda Beynəlxalq ElmiPraktik Konqres keçirilir like
  • 19 Dek 10:15  
Digərləri Bakıda Beynəlxalq ElmiPraktik Konqres keçirilir

Bakıda Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri T

arrow Ətraflı
Sumqayıtda məşhur hotel yanır like
  • 19 Dek 10:06  
Digərləri Sumqayıtda məşhur hotel yanır

Sumqayıtda "Siyans" hoteli yanır.

arrow Ətraflı
Azərbaycanlı bankir Fransadakı villasını 17 milyon avroya satır like
  • 19 Dek 10:01  
Digərləri Azərbaycanlı bankir Fransadakı villasını 17 milyon avroya satır

"UNİBANK"ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransanı

arrow Ətraflı
Türkiyədə 26 tanınmış holdinqdə ƏMƏLİYYAT  35 nəfər saxlanıldı like
  • 19 Dek 09:55  
Digərləri Türkiyədə 26 tanınmış holdinqdə ƏMƏLİYYAT 35 nəfər saxlanıldı

İstanbulda vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı apa

arrow Ətraflı
İlin mediası – "Tech Xəbər" seçildi like
  • 19 Dek 09:53  
Digərləri İlin mediası – "Tech Xəbər" seçildi

NETTY Milli İnternet Mükafatı 2025 çərçivəsində Media, Mədəniyyət və

arrow Ətraflı
Saxta müxalifətin ifşası: Gültəkin Hacıbəyli işi like
  • 19 Dek 09:48  
Siyasət Saxta müxalifətin ifşası: Gültəkin Hacıbəyli işi

Son dövrlər Gültəkin Hacıbəyli ətrafında baş verənlər Azərbaycan cə

arrow Ətraflı
Röyanın oğlu bu universitetə like
  • 19 Dek 09:41  
Şou-biznes Röyanın oğlu bu universitetə

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı sevindirici xəbə

arrow Ətraflı
"Green Kart"a qəbul dayandırıldı like
  • 19 Dek 09:35  
Dünya "Green Kart"a qəbul dayandırıldı

ABŞ-da "yaşıl kart" lotereyası müvəqqəti olaraq dayandırılıb

arrow Ətraflı
Masazırın bəzi ərazilərində elektrik enerjisi olmayacaq like
  • 19 Dek 09:18  
Digərləri Masazırın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Masazırın bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fas

arrow Ətraflı
"İki tərəfin arasında sürünürəm" like
  • 19 Dek 09:15  
Şou-biznes "İki tərəfin arasında sürünürəm"

Rəqqasə Fatimə Fətəliyevanın paylaşımı marağa səbəb olub.

arrow Ətraflı
Lirə və avro ucuzlaşdı, rubl isə bahalaşdı like
  • 19 Dek 09:10  
Digərləri Lirə və avro ucuzlaşdı, rubl isə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində like
  • 19 Dek 09:00  
Digərləri Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "And və Qafqaz d

arrow Ətraflı
Orijinal pizza xəmiri resepti like
  • 19 Dek 08:43  
Digərləri Orijinal pizza xəmiri resepti

Evdə əsl pizza dadını əldə etməyin əsas sirri düzgün texnika ilə yoğ

arrow Ətraflı
Soba içindəki inadkar yağı təmizləməyin 5 effektiv yolu like
  • 19 Dek 08:21  
Digərləri Soba içindəki inadkar yağı təmizləməyin 5 effektiv yolu

Zamanla sobanın iç səthində yığılan yağ və çirk qalıqları həm gigiy

arrow Ətraflı