Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində parlaq və yaddaqalan konsert proqramı baş tutdu FOTO
Kriminal 18 Dek 2025 14:26:00 75 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində parlaq və yaddaqalan konsert proqramı baş tutdu. Tədbir Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı yaradıcılıq əməkdaşlığının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Bu xəbəri də oxu: Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş “Səsin rəngi” sərgisinin açılış mərasimi keçirilib – FOTO
Konsert proqramı Özbəkistan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olundu. Kollektivin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının "Dostluq" ordeninin sahibi, Özbəkistan Respublikasının Xalq artisti Kamoliddin Urinbayev gecəni yüksək peşəkarlıq və incə zövqlə idarə etdi.
Konsert orkestrin ifasında özbək bəstəkarı Mirsadık Tacıyevin "Bayram uvertürası" ilə açıldı. Əsərin bayram ovqatı və dinamik musiqi dili zalda xüsusi əhval-ruhiyyə yaradaraq dinləyiciləri ilk dəqiqələrdən öz təsiri altına aldı.
Proqramın növbəti hissəsində Əməkdar artist Sahib Paşazadənin (tar) iştirakı ilə H.Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli Konsertinin II və III hissələri səsləndi. Solist və orkestrin vəhdətdə, yüksək texniki ustalıq və emosional dolğunluqla təqdim etdiyi ifa dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Daha sonra Xalq artisti solist Yeganə Axundovanın (piano) iştirakı ilə F.Əmirov və E.Nəzirovanın piano və orkestr üçün "Ərəb mövzularına Konsert"inin Final hissəsi dinləyicilərə təqdim olundu. Əsərin koloriti, melodik zənginliyi və virtuoz piano partiyası gecəyə xüsusi rəng qatdı.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edili
53 yaşlı həkim 30 xəstəni qəsdən zəhələyibmiş.
Kartof bir çox fərqli yeməkdə istifadə olunan və təkbaşına da qızartma
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
"Tofaş" işçiləri əmək müqaviləsi danışıqlarının uğursuzl
Salyanda ağır yol qəzası baş verib.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nicat Məmmədli T
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşa
Türk aktyor Kıvanç Tatlıtuğ pərəstişkarlarını sevindirib.
18-19 dekabrda qış turizmi mövsümünün açılışı ilə əlaqədar Dövlə
Tanınmış türkiyəli spiker Ela Rümeysa Cebeci həbs olunub.
Rusiyanın məşhur animasiya serialı "Prostokvaşino"nun yeni burax�
Xalq artisti Səkinə İsmayılova paylaşımı ilə diqqət çəkib.
Xəbər verdiyimiz kimi, Qaradağ rayon, Korgöz qəsəbəsində 29 ildir ibtida
Astarada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasi
