Abbas Abbasov Türkiyədən qaçdı Bu ölkəyə gedib
Digərləri 17 Dek 2025 11:16:00 68 0
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb.
Bu xəbəri də oxu: Bibiheybətdə əməliyyat: Saxlanılan var
Son.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, Abbas Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda qalırmış.
Abbas Abbasov Türkiyə hökumətinin onu Azərbaycana təhvil verəcəyini düşündüyündən bir neçə gün əvvəl Moskvaya uçub.
Mənbə bildirib ki, Abbas Abbasov cinayət məsuliyyətinə cəlb olunacağını əvvəlcədən bildiyi üçün Türkiyəni təcili tərk etməli olub.
Məsələ ilə bağlı onun oğlu sabiq deputat Aydın Abbasovla əlaqə saxlamağa çalışılıb.
Lakin Aydın Abbasov atası ilə bağlı məsələni şərh etməkdən imtina edib.
Belə ki, o, əməkdaşın telefon zənglərini və mesajlarını cavabsız buraxıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində "dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər" ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.
Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlamışdır.
Böyük Britaniyanın Teleford şəhərindən olan Linn Abeyansın burnu Türkiy
ABŞ Prezidenti Donald Tramp daha yeddi ölkənin vətəndaşları və Fələsti
Su Nəqliyyatında Polis İdarəsi Zığ Limanında Xətt Polis Bölməsinin əm
Böyük Britaniya hökuməti Apple və Google şirkətlərinə yeni tələblər
Astrologiyaya görə, aşiq olmaq və hisslərini göstərməkdə ən çox çət
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhər
Sumqayıtda 16 yaşlı oğlan bıçaqlanıb.
Veyplər süd vəzi xərçəngi riskini artıra bilər.
Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına
"WhatsApp" mesencerinə bir sıra yeni funksiyalar əlavə edilib.
Məşhur türkiyəli müğənni Demet Akalın dəbdəbəli aksesuarı sosial ş�
Yeni yayım mövsümündə efirə çıxan Gözleri Karadeniz serialı üçün fi
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Donald Tramp administrasiyasının yeni ABŞ Milli Təhlükəsizlik Strategiyas�
