Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib FOTO
Kriminal 16 Dek 2025 22:01:00 82 0
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli sənətkar, Beynəlxalq "Qızıl Cəng" və "Humay" mükafatı laureatı, dirijor və pedaqoq Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib. Tədbirdə dövlət rəsmiləri, incəsənət xadimləri iştirak ediblər. Yubiley gecəsində Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu çıxış edərək Ağaverdi Paşayevin pedaqoq və dirijor kimi mədəniyyətimizə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, 25 il müddətində Dövlət Xalq Çalğı Alətləri Orkestrinə rəhbərlik edən Ağaverdi Paşayev bir dirijor və sənətkar kimi uğurlara imza atmış, sənətdə öz sözünü deməyi bacarmışdır. Tar aləti üzrə təhsil alsa da həyat və fəaliyyətini dirijorluğa həsr edərək uzun illər ərzində çoxsaylı layiqli tələbələr yetişdirib. Bu tələbələrin hər biri hazırda Azərbaycanımızın müxtəlif bölgələrində musiqi kollektivlərinə rəhbərlik edirlər. Mədəniyyət nazirinin müavini Murad Hüseynov nazir Adil Kərimlinin adından yubilyarı təbrik edərək nazirliyin "Fəxri Diplomu" və kollektivin təbrik məktubunu təqdim edib. Tədbirdə millət vəkili, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Elnarə Dadaşova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov çıxış edərək təbrik məktublarını ünvanlayıblar. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMK nəzdində Musiqi Kollecinin təbrik məktubları oxunub. Gecənin bədii hissəsində Ağaverdi Paşayevin tələbəsi , Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində Xalq artistləri Mənsum İbrahimov, Teyyub Aslanov, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədova, Samir Cəfərov, Gülnaz Abdullazadə, Əməkdar artistlər Almaz Orucova, Ramil Qasımov çıxış ediblər. Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist Sahib Paşazadənin birlikdə çıxışları alqışlarla qarşılanıb. Yubiley gecəsi Ağaverdi Paşayevin dirijorluğu ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının Xoru (xormeyster- Əməkdar artist Naala Barateliya) və Ramil Qasımovun ifasında Müslüm Maqomayevin "Odlar yurdu" əsəri ilə başa çatıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Bu xəbəri də oxu: Anasını sevgilisi ilə tutdu: Maştağadakı qətlə görə HƏBS OLUNMADI
Kamera və Orqan Musiqisi Zalında abonement konsertləri çərçivəsində təq
Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən mü
Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayıl
Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tər�
2026-cı ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində üm
Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmas
Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz ray
Bu gün ən geniş yayılan qeyri-infeksion xəstəliklərin əsas səbəblərin
"Bəziləri yazır ki, 4 il nədir, camaat 10 il övlad yolu gözləyir. M�
Kolumbiya Universitetinin alimləri aşkar ediblər ki, xolesterini azaltmaq ü�
Yeni il ab-havası Meksikanın paytaxtında yerləşən Milli Auditoriyada yaşa
Tarixdə ilk dəfə olaraq Silk Way West Airlines aviaşirkətinə məxsus Boein
Erzincan millət vəkili Mustafa Sarıgülün turizimçi oğlu Ömər Sarıgül
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
