Onlar amnistiyaya düşəcəklər RƏSMİ


Kriminal 16 Dek 2025 14:10:00 64 0

Onlar amnistiyaya düşəcəklər  RƏSMİ

Amnistiya tətbiq edilən şəxslərin əhatə dairəsi müəyyənləşib.

Son.az xəbər verir ki, Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisinin Qərar layihəsində öz əksini tapıb.

Qərar layihəsinə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcəklər:

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları; Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; 1948-1953-cü və 1987-1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər; 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər; 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları; Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları; Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa); qadınlar; cinayət törədərkən 18 yaşına çatmamış şəxslər; bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər; bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər.

Yuxarıda tutulan şəxslərdən başqa, aşağıdakı məhkumlar da cəzadan azad ediləcəklər:

yalnız böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər; böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər; ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərdən başqa, az ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər; ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərdən başqa, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər; intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər; azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər; hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər; islah işləri cəzasına məhkum edilmiş şəxslər; ictimai işlər cəzasına məhkum edilmiş şəxslər; əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər; böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas və ya əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi üç min manatdan artıq olmayan miqdarda cərimə cəzasına məhkum edilmiş və ya bu Qərarın tetbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan artıq olmayan şəxslər; böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.

Yuxarıda nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılacaq:

az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər; ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslər.

Bu Qərar amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq ediləcək. Bu Qərara əsasən amnistiya tətbiq edilməsi ittiham hökmlərinin və ya digər qərarların qanuniliyinin, əsaslılığının və ya ədalətliliyinin yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsinə mane olmayacaq.

Bu Qərar Azərbaycan Respublikasında tanınan xarici dövlətlərin məhkəmələrinin hökmləri ilə məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil ediləcək.

Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada həll ediləcək.

Barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən vərəm xəstəliyinə tutulmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınacaq və müalicələrini davam etdirəcəklər.

Anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbir təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara 4 ay müddətində baxılmalı, psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmuş şəxslərin cəzadan azad edilməsi məsələsi isə məhkəmə qərarı ilə psixiatriya stasionarlarında məcburi müalicə ləğv edildikdən və ya dəyişdirilərək məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin edildikdən sonra həll edilməli, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi təyin olunmuş şəxslər amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edildikdə qanunvericiliklə müəyyən edilmiş qaydada 10 gün müddətində yaşayış yeri üzrə müvafiq tibb müəssisələrində qeydiyyata alınmalı və müalicələri davam etdirilməlidir.

Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanacaq.

Bu Qərara əsasən barələrində amnistiya tətbiq olunaraq cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyasının, onlara yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir.

Amnistiya tətbiq edən orqanlar bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər.

Həmin 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxarılıbmış  Bəy atası həbs olundu like
  • 16 Dek 13:58  
Digərləri Həmin 14 yaşlı qız altıncı sinifdən məktəbdən çıxarılıbmış Bəy atası həbs olundu

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində 14 yaşlı qızın ərə verilməs

arrow Ətraflı
Azərbaycanlı müğənninin ailəsində xoş GÜN like
  • 16 Dek 13:43  
Şou-biznes Azərbaycanlı müğənninin ailəsində xoş GÜN

Müğənni İntizar Məmmədzadənin evində xeyir iş olacaq. 

arrow Ətraflı
Cəmil Həsənli yenidən DTXyə çağırıldı like
  • 16 Dek 13:42  
Digərləri Cəmil Həsənli yenidən DTXyə çağırıldı

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli yenidən Dövlət Təhl

arrow Ətraflı
IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib like
  • 16 Dek 13:38  
Digərləri IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
Anasını sevgilisi ilə tutdu: Maştağadakı qətlə görə HƏBS OLUNMADI like
  • 16 Dek 13:28  
Kriminal Anasını sevgilisi ilə tutdu: Maştağadakı qətlə görə HƏBS OLUNMADI

2024-cü il oktyabrın 13-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur.

arrow Ətraflı
Alimentlərə dair yeni norma müəyyənləşir like
  • 16 Dek 13:22  
Digərləri Alimentlərə dair yeni norma müəyyənləşir

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma

arrow Ətraflı
Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək like
  • 16 Dek 13:13  
Dünya Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək

İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhə

arrow Ətraflı
“Anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır”  FOTO like
  • 16 Dek 13:00  
Şou-biznes “Anamın mahnıları ilə tanındı, indi əlaqə saxlamır” FOTO

"Anamın sözlərinə yazılmış mahnıları Şövkət Ələkbərova, Flor

arrow Ətraflı
Hərbi xidmətə çağırılan dövlət qulluqçularına müavinət ödəniləcək like
  • 16 Dek 12:51  
Digərləri Hərbi xidmətə çağırılan dövlət qulluqçularına müavinət ödəniləcək

Dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağ

arrow Ətraflı
"Azərbaycan və Türkiyə birbirinə hərbi yardım göstərəcək" like
  • 16 Dek 12:46  
Digərləri "Azərbaycan və Türkiyə birbirinə hərbi yardım göstərəcək"

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublik

arrow Ətraflı
"Caucasus Auto"nun Bakıda yeni baş ofisi açıldı like
  • 16 Dek 12:45  
Digərləri "Caucasus Auto"nun Bakıda yeni baş ofisi açıldı

Regionun ən tanınmış və etibarlı avtomobil logistikası şirkətlərindən

arrow Ətraflı
Sabah Bakıda çiskin olacaq like
  • 16 Dek 12:32  
Digərləri Sabah Bakıda çiskin olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı
Onlardan ipotekanın dövlət qeydiyyatı üçün rüsum tutulmayacaq like
  • 16 Dek 12:25  
Digərləri Onlardan ipotekanın dövlət qeydiyyatı üçün rüsum tutulmayacaq

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiy

arrow Ətraflı