Kanal rəhbəri və aparıcının narkotik testlərinin cavabı açıqlandı
Digərləri 15 Dek 2025 23:50:00 78 0
Türkiyədə həyata keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılaraq həbs edilən jurnalist Mehmet Akif Ersoyun narkotik testi pozitiv nəticə verib. Ersoy ifadəsində "heç vaxt narkotik istifadə etməmişəm" desə də, aparılan ekspertiza zamanı saç nümunələrində kokain və onun metabolitlərinə rast gəlinib.
Eyni əməliyyat çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılan və irəli sürülən ittihamları rədd edən aparıcı Ela Rumeysa Cebecinin də narkotik testlərinin pozitiv çıxdığı bildirilib. Məlumata görə, Cebecinin saç nümunələrində esrar, sintetik narkotik maddələr, kokain və onun metabolitləri aşkarlanıb. Qan nümunələrində isə narkotik maddəyə dair tapıntı qeydə alınmayıb.
Son.az xəbər verir ki, aparıcı Meltem Acetin narkotik testlərinin nəticələrinin mənfi olduğu açıqlanıb. Eyni istintaq çərçivəsində testləri aparılan daha beş nəfərin nəticələrinin isə pozitiv olduğu öyrənilib.
Hadisə ilə bağlı bildirilib ki, Ədli Tibb Qurumunda Mehmet Akif Ersoy və şübhəli şəxslərdən saç və qan nümunələri götürülüb. Test nəticələrinə əsasən, Ersoyun qanında narkotik maddəyə rast gəlinməsə də, saç analizlərində kokain və törəmələri müəyyən edilib.
İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Mehmet Akif Ersoy və daha üç nəfər İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılmışdı. Daha sonra Ersoy TMSF tərəfindən Habertürk TV-nin Baş Yayım Direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.
Mehmet Akif Ersoy barəsində məhkəmə tərəfindən "narkotik maddə istifadəsi üçün şərait yaratmaq", "ətrafındakı qadınları cinsi münasibətə cəlb edərək maddi və sektoral qazanc əldə etmək" və "cinayətkar qrup yaratmaq və idarə etmək" ittihamları ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, aparıcılar Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu da eyni istintaq çərçivəsində saxlanılmış, daha sonra Ədli Tibb Qurumuna göndərilmişdilər. Lalə Qüdrətova Son.az
64 yaşlı Hollivud ulduzu Corc Kluni maraqlı açıqlama verib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıx�
Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralova ağır itki üz verib.
Rəsmi Tehranın "Azərbaycanla əlaqələr bizim üçün çox önəmlidir&
Heç olmasa, bir il məktəbəqədər hazırlığa getmək olduqca vacibdir.
Qara dənizdə son günlər müşahidə olunan gərginlik fonunda yeni hadisə b
Məktəbli çantalarının ağırlıq problemi var, dərs vəsaitlərindən kən
Bəzi qidaları soyuducuya qoymaq tövsiyyə edilmir.
Əməkdar artist Nüşabə Ələsgərli var-dövlətini açıqlayıb.
Bu ilin ilk on ayı ərzində Azərbaycana 362 milyon 760 min manatlıq mebel id
Qadınlarda saç tökülməsi kişilərlə müqayisədə daha nadir hallarda mü
Hər ilin sonuna yaxın cəmiyyətdə eyni maraq yenidən canlanır: qarşıdak�
Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib
