Türkiyədə gündəm olan ailənin ölüm səbəbi bəlli oldu
Digərləri 25 Noy 2025 21:03:00 72 0
İstanbulda Böcek ailəsinin faciəli ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza İdarəsi yekun rəyini istintaqa təqdim edib.
Bu xəbəri də oxu: Kamaləddin Qafarov: “Kəlbəcər yenidən inşa olunur”
Son.az xəbər verir ki, rəydə ailənin yediyi yeməklərdə və qan nümunələrində heç bir zəhərin aşkar edilmədiyi, lakin qaldıqları otel otağından götürülən nümunələrdə fosfin maddəsinin tapıldığı bildirilib. Mütəxəssislər ailənin fosfin qazından öldüyünə dair güclü sübutların olduğunu qeyd ediblər.
Ailənin qəti ölüm səbəbi isə Adli Tibb 1-ci İxtisas Şurasının yekun rəyindən sonra müəyyən ediləcək.
Fosfin (PH₃) - rəngsiz, çox zəhərli və yanıcı qazdır.
Aşağı konsentrasiyada belə nəfəsə çəkilməsi ölümə səbəb ola bilər. İnsan orqanizmində ən çox ağciyər, ürək və sinir sisteminə zərər vurur. Adətən taxıl və digər kənd təsərrüfatı məhsullarının zərərvericilərdən təmizlənməsi üçün istifadə olunan fümigasiya prosesində yaranır. Havadan ağır olduğuna görə otağın aşağı hissələrində yığılır və təhlükə yaradır.
Xatırladaq ki, Almaniyadan gələn Böcek ailəsinin üzvləri noyabrın 12-də Fatihdəki hoteldən xəstəxanaya aparılmış, əvvəlcə uşaqlar və ana, daha sonra isə ata Servet Böcek həyatını itirmişdi.
Ailənin qaldığı oteldə eyni otaqda qalan 2 turist də oxşar şikayətlərlə xəstəxanaya yerləşdirilmişdi. Polis araşdırmasından sonra otel müvəqqəti olaraq bağlanıb.
İstintaq çərçivəsində 11 nəfər saxlanılıb.
Midyəçi, lokumçu, kokoreççi və kafe sahibi həbs olunub.
Dərmanlama şirkətinin sahibi, şirkət əməkdaşları, həmçinin otel işçiləri haqqında da həbs qərarı elan olunub.
Otel sahibi barədə "ölkədən çıxış qadağası" və "ev dustaqlığı" tətbiq edilib. Otel işçisiv ə simitci barəsində isə digər nəzarət tədbirləri müəyyən olunub. Lalə Qüdrətova Son.az
Həkimlərin fikrincə, tam təhlükəsiz kolbasa növü yoxdur. Lakin bəzi nö
Azər Allahverənov Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasını
2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin
Müğənni Serdar Ortaç ilə irlandiyalı keçmiş həyat yoldaşı Xloye Luqna
Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o cümləd�
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) tərəfin
Yaponiyanın şimalındakı Aomori kəndində vəhşi ayı əti turistlərə t�
Xalq artisti Bilal Əliyevin "WhatsApp" statusu ələ salınıb.
Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salam
"Sabah hansısa qəzalı bina uçsa, heç kim məsuliyyəti öz üzərinə
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki vəfat edib.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Dağıstan ərazisində s
