14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə
Kriminal 25 Noy 2025 10:45:00 77 0
Ötən il avqustun 13-ü Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın Yevlax Rayon Mərkəzi Xəstəxanasında ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: Gəncə Dövlət Filarmoniyasında “Bu şəhərdə”nin “Ev dar” adlı tamaşası baş tutdu FOTO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yevlax Rayon Məhkəməsində keçirilən prosesdə həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışan Könül Sadıqovaya hökm oxunub.
Onlar Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.
Bildirilib ki, 14 yaşlı Nərminənin əldarağı sümüyündə sınıq olub və B. Mustafayev onun Yevlax xəstəxanasına müraciət etməsinə nail olaraq maddi qazanc əldə etmək məqsədilə cərrahi əməliyyat etməyi öhdəsinə götürüb. Lakin əməliyyatdan əvvəl yeniyetməyə narkoz verildikdə N. Kazımovada allergik reaksiya baş verib və o, şoka düşərək ölüb.
Mərhumun anası S. Kazımova ifadəsində bildirib ki, qızının barmağı hadisədən bir müddət əvvəl oynayarkən çıxıbmış: "Uşağı 2 dəfə Bərdədə sınıqçının yanına aparmışdım, barmağı yerinə salmışdı. Evdə şişin çəkilməsi üçün müəyyən müalicəvi üsullardan da istifadə etmişdim, lakin düzəlmirdi. Sonra uşağı Bərdə RMX-yə apardım, mənə paytaxtda yerləşən Travmatologiya və Ortopediya İnstitutuna göndəriş yazdılar. Bakıda uşağın barmağına baxıb sınıq-qırıq olmadığını bildirdilər, orada bütün müayinələrdən keçdik. Dedilər ki, oraya sınıq-qırığı olanları yollayırlar, mənim uşağımda isə heç nə yoxdur. Sonra müxtəlif xəstəxanalara göndəriş verildi. Biz də bezərək Bərdə rayonuna geri qayıtdıq. Yevlax RMX-də işləyən qohumuma zəng edib mənə kömək ola biləcək həkim olub-olmadığı barədə maraqlandım. Çünki qohumum Yevlax xəstəxanasında həkimin olduğunu söyləmişdi. Yevlaxda işləyən Bəxtiyar həkimin istəyi ilə onlara uşağın sənədlərinin və barmağının şəkillərini göndərdik, bizi oraya çağırdılar".
Onun sözlərinə görə, Yevlaxda Nərminənin əlindən cərrahi əməliyyat olunacağını deyiblər: "Bəxtiyar adlı cərrah qızımın barmağına baxdı və uşağı müalicə edib sağaldacağını dedi. Bildirdi ki, qızımın barmağında vətər dağılıb və revmatizması var, ona görə barmağının şişi çəkilmir. O, qızımın əlini gipsə qoydu, dedi revmatizması aşağı endikdən sonra əlini əməliyyat edəcək. 40 gün sonra gips açılanda barmağın şişi çəkilib getmişdi. Uşağın barmağında böyük cərrahiyə əməliyyatı olunacağı bildirilərək növbəti gün gəlməyimiz tələb olundu".
"Greenpeace" ekoloji təşkilatının yeni araşdırması "Shein&
Dünyanın ən güclü superkompüterlərinin yenilənmiş reytinqi olan TOP500
Bəzən taksi sifariş edərkən sürücünün istəyi ilə məbləğlə tətbiq
İranın Kiş şəhərində keçirilən "Kiş İnox" sərgisindən pay
Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq.
"Manato" bank olmayan kredit təşkilatı vətəndaşlarıı hədələ
Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçi
Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloqer Aynişan Quliyeva sosial
Dünyaca tanınmış pianist Emil Reinert (Emilio Piano) Bakıda çəkilmiş mar
16 yaşlı Hüseyn Hacıyev adlı azərbaycanlı Orexovı bulvarında yerləşə
ABŞ Venesuela ilə münasibətləri daha da kəskinləşdirəcək yeni addım a
Bakıda özəl xəstəxanaların birində bədbəxt hadisə yaşanıb.
Bu gün səhər saatlarında İranda Xorasan-e Rəzəvi əyalətində sərnişin
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Avstraliyada son 21 saatın ən çox müzakirə olunan hadisəsi senator Pauline
