Filarmoniyada Sergey Raxmaninovun yaradıcılığına həsr olunmuş unudulmaz musiqi gecəsi keçirildi FOTO
Kriminal 24 Noy 2025 18:12:00 75 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XX əsr dünya musiqisinin görkəmli bəstəkarlarından biri olan Sergey Raxmaninovun yaradıcılığına həsr olunmuş unudulmaz musiqi gecəsi keçirildi.
Bu xəbəri də oxu: Milli İncəsənət Muzeyində “Kəlağayı – ənənələr, simvollar və sirlər” adlı mühazirə təqdim olunacaq
Konsert proqramında bəstəkarın fortepiano üçün yazdığı ən məşhur əsərləri səsləndirilib. Gecə boyunca müxtəlif dövrlərə aid prelüd, etüd-şəkil, musiqi anı, elegiya və variasiyalar dinləyicilərə təqdim olunub. Proqramın zəngin repertuarı Raxmaninov musiqisinin lirizm, dramatizm və virtuozluq kimi əsas xüsusiyyətlərini bir daha üzə çıxarıb. Tədbirdə istedadlı pianoçular Aynur Abdullayeva, Fəqan Həsənli, Aysel Hacızadə, Firuzə Nəcəfli-Qədimalıyeva və Nərgiz Kəngərlinin ifasında bəstəkarın müxtəlif əsərləri böyük ustalıqla təqdim olunub. Xüsusilə "Korelli mövzusunda variasiyalar", op.42 və "Altı pyes" silsiləsindən "Barkarolla və Skertso" kimi mürəkkəb kompozisiyalar dinləyicilər tərəfindən xüsusi maraqla qarşılanıb. Konsert boyu Raxmaninovun musiqisindəki dərin hislər, emosional gərginlik və romantik ovqat auditoriyaya musiqi vasitəsilə unikal bir səyahət yaşadıb. Gecə musiqisevərlərin gur alqışları ilə başa çatıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Son günlər ailə məsələləri ilə bağlı yayılan xəbərlərlə diqqət m
Qadın sevgilisini saxta hamiləlik bəhanəsi ilə aldadılıb.
Noyabrın 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Xarici ölkələrdən birində elektrikli avtomobilin şarj edərkən yanması i
Ermənistan Baş Naziri Nikol Paşinyan son günlər işə ictimai nəqliyyatla
25 noyabr 2025-ci il tarixində saat 16:00-da Azərbaycan Milli İncəsənət Mu
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Bloger Fatimə Əhmədova televiziya proqramında həyat yoldaşı Ülvi N
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökumə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyaman şəhərində 350 000-ci
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında məşhur "Bu şə
Həkim qızlarda və qadınlarda üz tüklərinin əsas səbəbini açıqlayıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
7 dekabr 2025-ci il tarixində, saat 19:00-da Müslüm Maqomayev adına Azərbay
