Hibrid və ideoloji təhdidlər – Ekspertlər “Baku Network” platformasında VİDEO FOTO


Digərləri 24 Noy 2025 13:54:00 76 0

Hibrid və ideoloji təhdidlər – Ekspertlər “Baku Network” platformasında  VİDEO  FOTO

"Bakı Şəbəkəsi" ("Baku Network") Təhlil və Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə növbəti dəyirmi masa keçirilib. Azernews.az onlayn qəzetinin baş redaktor müavini Elnur Ənvəroğlunun moderatorluğu ilə baş tutan dəyirmi masada hibrid və ideoloji müharibələr, xaricdən gələn zərərli təsirlər və təhdidlər, saxta xəbərlər, süni intelekt vasitəsilə həyata keçirilən savaşlar müazakirə edilib. E.Ənvəroğlu bildirib ki, bu gün top-tüfəngsiz müharibəyə qədəm qoymuşuq: Bu, informasiya müharibəsidir. Hazırda böyük dövlətlər informasiyanı kiçik dövlətlərə qarşı silah kimi istifadə edir.

Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri, əməkdar jurnalist Müşfiq Ələsgərli qeyd edib ki, informasiya müharibəsini daha sərt, qəddar formada aparmaq üçün yeni mexanzimlər ortaya çıxıb: Bundan öncə ənənəvi media ilə informasiya müharibəsi aparılırdısa, bu gün onları rəqəmsal platformalar əvəz edib. Həmin rəqəmsal platformalar imkan verir ki, dezinformasiyalar hər bir evə çatsın. Ümumiyyətlə dünyada istehsal olunan informasiyaların 80%-i saxta informasiyalardan ibarət olur. Yanlış xəbərlərin 66%-i sosial şəbəkələr üzərindən yayılır.

Siyasi ekspert Murad Sadəddinov isə deyib ki, bütün dövrlərin öz informasiya aləti olub: Ötən dövrdə bu vərəq-kağız idi. Hazırda isə hər birimizin əlində olan telefonlardır. Telefonlarımız qısa müddətdə böyük kütləni ələ əla bilir. Süni itellektlə bağlı bugün Azərbaycana qarşı böyük təbliğat kompaniyaları aparılır. Biz həmin materiallara baxdığımız zaman onun süni itellekt məhsulu olduğunu anlaya bilirik. Deməli digərlərinin də bundan agah olmasına çalışmalıyıq, bununla bağlı bir mexanizm hazırlanmalıdır.

Daha sonra "Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbəri Elçin Alıoğlu çıxış edib: İnformasiya müharibəsində İsrailin təcrübəsindən yararlana bilərik.

İsraildə xüsusi proqram var ki, ölkə əleyhində yayılan yanlış informasiyaları dərhal tapır və dövlətin mənafelərinə zidd xəbər kimi qeydə alır. İsraildə bəzi hallarda wifi kəsilir və xüsusi proqramla gps vasitəsilə 100-200 hətta 1 kilometr məsafəyə xəbərləşmə təmin edilir. Əsas məsələ gps-dir. Buna görə Çinlilər və ruslar yeni gsp-siz proqramlar yaradıblar. Maksimum 5 ildən sonra telekanallar da qəzet kimi köhnə media sayılacaq. Hazırda qərb mediası faktdan emosional jurnalistikaya keçid edib. Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli isə vurğulayıb ki, cəmiyyətin doğru informasiya ilə təmin olunmasında həm yerli telekanalların, həm yerli media qurumlarının, hətta qəzetlərin böyük rolu var: Azərbaycana qarşı aparılan informasiya savaşı illər öncə daha çox qərəzli mövqe və qaralama ilə seçilirdi. Zaman keçdikcə həmin dairələr gördülər ki, Azərbaycana qarşı bu təzyiq işləmir. Bundan sonra həmin dairələr hibrid savaşa keçdilər. Hibrid savaş süni intellekt vasitəsilə həyata keçirilir və təhlükəli tendensiyadır. Amma inanmıram ki, Azərbaycan əhalisinin əksəriyyəti süni intellektlə hazırlanan saxta görüntü və xəbərləri doğru bilsinlər. Gələcəkdə də süni intellekt vasitəsilə Azərbaycana qarşı hər hansı təhlükəli nələrsə hazırlanacaqsa, cəmiyyət buna hazır olmalıdır.


Xəbərə aid video

Dünya bu toydan danışır  Məşhurlar axın etdi  FOTO like
  • 24 Noy 13:47  
Şou-biznes Dünya bu toydan danışır Məşhurlar axın etdi FOTO

Hindistanın Udaypur şəhərində Netra Mantena ilə sahibkar Vamsi Gadirajunun

arrow Ətraflı
Goranboyda daha bir bina çökə bilər like
  • 24 Noy 13:40  
Digərləri Goranboyda daha bir bina çökə bilər

Goranboyda bina təhlükəli vəziyyətdədir.

arrow Ətraflı
1 ay əvvəl ana olmuşdu, like
  • 24 Noy 13:06  
Şou-biznes 1 ay əvvəl ana olmuşdu,

Türkiyəli məşhur aktrisa İrem Helvacıoğlu ərindən ayrılır.

arrow Ətraflı
Temperatur enir  Sabahın havası açıqlandı like
  • 24 Noy 12:25  
Digərləri Temperatur enir Sabahın havası açıqlandı

Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Canlı açıb 20 Yanvar və Xocalı şəhidlərini təhqir etdilər  VİDEO  FOTO like
  • 24 Noy 12:20  
Digərləri Canlı açıb 20 Yanvar və Xocalı şəhidlərini təhqir etdilər VİDEO FOTO

"TikTok"da canlı yayımda 20 Yanvar və Xocalı şəhidləri təhqi

arrow Ətraflı
Partlayışda xəsarət alanların vəziyyətləri ağırdır like
  • 24 Noy 11:33  
Digərləri Partlayışda xəsarət alanların vəziyyətləri ağırdır

Bu gün 09:00 radələrində Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyek

arrow Ətraflı
"Ali Rza" vəsiyyətini açıqladı like
  • 24 Noy 11:30  
Şou-biznes "Ali Rza" vəsiyyətini açıqladı

Türkiyəli aktyor Halil Ergün açıqlamaları ilə diqqət çəkib.

arrow Ətraflı
Prezident forum iştirakçılarına müraciət ünvanlayıb like
  • 24 Noy 11:25  
Siyasət Prezident forum iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qe

arrow Ətraflı
Məşhur aktyor vəfat etdi  FOTO like
  • 24 Noy 11:23  
Şou-biznes Məşhur aktyor vəfat etdi FOTO

Endi Uorhol və Madonna ilə birlikdə işləyən alman aktyor Udo Kier 81 yaş�

arrow Ətraflı
Azərbaycanda qadın sürücü tam boş yolda "protiv" sürdü  VİDEO like
  • 24 Noy 11:22  
Digərləri Azərbaycanda qadın sürücü tam boş yolda "protiv" sürdü VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

arrow Ətraflı
“Yeni salınan yola görə binaya yeraltı qaz sızıb”  Plaza sahibi  FOTO like
  • 24 Noy 11:14  
Digərləri “Yeni salınan yola görə binaya yeraltı qaz sızıb” Plaza sahibi FOTO

"Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz

arrow Ətraflı
Partlayışda yaralananlar belə xilas olundu  VİDEO like
  • 24 Noy 10:54  
Digərləri Partlayışda yaralananlar belə xilas olundu VİDEO

Məlum olduğu kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsin

arrow Ətraflı
8 il əvvəl noyabr ayında və indi  “AFEN PLAZA” niyə yanır? like
  • 24 Noy 10:49  
Digərləri 8 il əvvəl noyabr ayında və indi “AFEN PLAZA” niyə yanır?

Bakıda partlayış baş verən "AFEN PLAZA" biznes mərkəzində 8 il

arrow Ətraflı