Avropa uğurlarımıza niyə "lal" olub?
Siyasət 21 Noy 2025 15:00:00 56 0
Bu vaxta qədər sülh quşu obrazını yaradan Avropa bugün ağzına su alıb oturub. Əvvəllər harada əlverişli vəziyyət yaranarsa Avropa məsələyə müdaxilə edib dialoq təşəbbüsləri aparardı. Müxtəlif layihələr təqdim olunar, beynəlxalq qrant mexanizmləri işə düşər, regionda mövcud olan vəziyyətin davam etməsinə xidmət edən yumşaq mexanizmlər tətbiq edilərdi. Nə qədər qəribə olsa da, o dövrdə regionun dondurulmuş vəziyyətdə saxlanması bəzi dairələrin marağına daha çox uyğun gəlirdi. Artıq sirr deyil ki, bu layihələr siyasi məqsəd daşımayıb, sadəcə bölgədəki həqiqi problemləri aradan qaldırmağa deyil, müəyyən görüntü yaratmağa hesablanıb.
Bu xəbəri də oxu: Ermənistan nümayəndə heyəti Bakıdadır
Məlum olduğu kimi, Ermənistanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri Bakıdadır. Aydın məsələdir ki, bu səfərlərin məqsədi Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni sülh gündəliyinin irəliləməsidir. Hazırda tam fərqli reallıq yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bölgədə sülhə doğru irəliləyiş üçün yeni əsaslar formalaşıb. Lakin elə bu mərhələdə Avropanın susqunluğu diqqət çəkir. Azərbaycanın torpaqları işğal altında olanda Avropadan bir gün də ara vermədən sülh təşəbbüsləri gəlirdi. Amma indi həm Azərbaycan, həm də Ermənistan real sülh addımları atdığı halda Avropa sanki baş verənləri görmür.
Bu sual Azərbaycan cəmiyyətinin beynində təbii şəkildə yaranır. Necə olur ki, münaqişə davam edərkən təşəbbüslər dayanmadı, lakin real sülh imkanı yarananda həmin dairələr mühüm proseslərə sanki tamaşaçı kimi yanaşmağa başladı?
Digər tərəfdən Ukrayna məsələsində tam fərqli mənzərə görürük. Avropa bu ölkəni siyasi və maliyyə baxımından dəstəkləməyə davam edir, bərpa planları hazırlayır, mina təmizlənməsi üçün ciddi vəsait ayırır. Azərbaycan isə öz ərazisinin böyük bir hissəsində minlərlə kvadrat kilometr ərazinin tam dağıdıldığı vəziyyətlə üzləşib. Lakin Avropadan gözləntilər yerinə yetirilmir. Dünyanın o biri ucunda şəhərlər salan qurumlar Azərbaycanın azad olunmuş torpaqları ilə bağlı bir layihə belə irəli sürmür, mina probleminin həllinə demək olar ki, heç bir dəstək vermir.
Halbuki Zəngəzur dəhlizi bölgənin üç ölkə üçün deyil, daha geniş coğrafiya üçün mühüm nəqliyyat və enerji xəttinə çevrilə bilər. Avropa bu prosesdən fayda əldə edə bilər, lakin hələlik real diqqət görünmür.
Sülhün möhkəmləndirilməsi yönündə dəstək vermək əvəzinə Avropa institutlarında cəmiyyət daxilində narazılıq yarada biləcək mövzular daha çox müzakirə olunur. Hansı ki, bu mövzuların Azərbaycanın müharibədən sonrakı bərpa ehtiyacları ilə heç bir əlaqəsi yoxdur və regional sabitlik üçün də hər hansı töhfə vermir.
Üstəlik bölgədə müharibə təhlükəsi aradan qalxsa da, tərəflər davamlı sülhdən danışsa da, Ermənistanda Avropa İttifaqının müşahidə missiyası fəaliyyətini davam etdirir. Bu isə bölgədəki yeni reallığa uyğun gəlmir və ictimai rəydə suallar doğurur.
Bütün bu addımlar ölkəmizdə Avropaya qarşı haqlı narazılıq yaradır. Azərbaycan cəmiyyəti indi daha çox konkret dəstək və real əməkdaşlıq gözləyir. Çünki bölgədə yeni mərhələ başlayıb və bu mərhələdə təsirli addım atmaq istəyən hər kəs bu reallığı qəbul etməlidir.
İslam Son.az
Antalyada ukraynalı turistə qarşı törədilən ağır cinayət işi üzrə m
Bu gün Bakının Binəqədi rayonunda 4 ofisiantın öldüyü hadisə ilə bağ
"Caspian International Hospital" əvvəllər orada çalışan tanınm�
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Ermənistana tanzit yükdaşıma
ETX ölkə üzrə kibertəhlükəsizlik barədə xəbərdarlıq edib.
62 yaşlı Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetindən məzun olub.
Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində v
"Müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol
Kanadalı tanınmış aktyor Spenser Lofranko 33 yaşında vəfat edib.
Bakıda Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında
Bərdə rayonu, Bakı küçəsində Zaur Məmməd oğlu Novruzova məxsus fərdi
Meyxanaçı Samirə Yusifqızı "Rəngarəng" verilişində qonaq olar
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxs
Milli Məclis fiziki şəxslərin kirayə verdiyi mənzillərdən götürdüyü
