Təbrizdə unudulmaz tarzən, professor Ramiz Quliyevin xatirə axşamı keçirilib – VİDEO FOTO
Digərləri 20 Noy 2025 17:43:00 57 0
Təbrizdə "Anim Marasimi" adlı möhtəşəm xatirə tədbiri keçirilərək unudulmaz dahi tarzən, professor Ramiz Quliyevin zəngin musiqi irsinə və sənət yoluna həsr olunub, - bunu Ustadın oğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın Əməkdar Artisti, Bakı Musiqi Akademiyasının dosenti, dirijor Eyyub Quliyev bildirib.
Bu xəbəri də oxu: Rusiya bu əraziyə də nəzarət edəcək
Tədbirin təşkilində məqsəd böyük sənətkarın ömür yolunu, Azərbaycan musiqisinə verdiyi misilsiz töhfələri yada salmaq və tar sənətinin inkişafında oynadığı mühüm rolu bir daha ictimaiyyətə çatdırmaq olub.
Tədbirdə qeyd olunub ki, Ramiz Quliyev yalnız virtuoz tarzən deyil, Azərbaycan musiqisini Avropa, Amerika və Asiyanın bir çox ölkələrində tanıdan və təbliğ edən seçkin sənətkarlardandır. Qarabağın ağır və sınaqlı illərində sənətə gəlməsinə baxmayaraq, maestro çətinliklərə boyun əyməmiş, tar və muğam sənətinə sədaqətlə bağlı qalaraq böyük zirvələr fəth etmişdir.
O, xarici bəstəkarların əsərlərinə özünəməxsus nəfəs gətirməsi, bənzərsiz ifa tərzi və yüksək peşəkarlığı ilə dünya musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Tədbirdə vurğulanıb ki, böyük şair Məhəmmədhüseyn Şəhriyar maestroya 1987-ci ildə məktub yazaraq onun ifasına olan heyranlığını ifadə etmiş və iki sənətkar arasında məktublaşmalar uzun müddət davam etmişdir.
Xatirə axşamında çıxış edən ustad tarzənlər Behrad Bünyadi və Sonar Nəcəri bildiriblər ki, onların sənət yolunu seçməsində məhz Ramiz Quliyevin ifalarının böyük rolu olub. Hazırda fəaliyyət göstərən bir çox tarzən, istər maestro¬nun birbaşa tələbəsi olsun, istərsə də olmasın, onun ifa məktəbindən müəyyən şəkildə bəhrələnmişdir.
Ramiz Quliyevin Tehranda, Təbrizdə, Ərdəbildə və Zəncanda keçirdiyi konsert və master-klaslar hər zaman geniş maraq doğurub və musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Xatirə gecəsində sənət və elm nümayəndələri çıxış ediblər:
• Cəlal Şəmsuzan - tədbirin məsul rəhbəri və təşkilatçısı • Həmidə Rəncbər - qiraətçi, ədəbiyyatşünas • Rza Həmrəz - tarixçi, folklorşünas, iclasın katibi • Elham Qüreyşi - qiraətçi, dublajçı • Yusif Əbdüləzimzadə - qarmon ifaçısı, folklorşünas, məruzəçi • Tar ifaçıları: Sonar Nəcəri, Behrad Bünyadi, Rza Hüseyni • Qanun ifaçısı: Paniz Sətari
Tədbirin mətninin latın qrafikalı Azərbaycan dilinə hazırlanması və digər təşkilati işlərdə Əraz Məhəmmədnejadın dəstəyi xüsusi qeyd olunub.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Gö
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda xuliqanlıq hərəkətlər
2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayı�
"Bez bebek" serialında "Yağmur" obrazı ilə tanınan gən
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Meh
Dezinfeksiya tədbirləri heyvan sağlamlığının qorunması və xəstəliklə
Ərzurumda temperaturun kəskin enməsi və torpağın donması səbəbilə qı�
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı
50 illik evliliklərini qeyd edən cütlüyün görüntüləri sosial mediada ma
Xəbər veridyimiz kimi, Azərbaycana qarşı iqtisadi təxribatda ittiham oluna
Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətindəki Vesyoloye kə
Dövlət sosial müdafiə fondunun 2026-cı il üçün gəlirləri 8 milyard 323
Məşhur türkiyəli aktyor və bəstəkar Deniz Ərdoğan sinəsində şiddətl
