Ziraat Bank Azərbaycan məktəblilər üçün maliyyə savadlılığı təlimi təşkil etdi
Digərləri 18 Noy 2025 13:10:00 65 0
Hər zaman korporativ sosial məsuliyyət layihələrinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan, bir daha gənclər arasında maliyyə savadlılığının artırılmasına yönəlmiş növbəti maarifləndirici layihəsini həyata keçirib. Bankın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Hədəf Liseyinin 9, 10 və 11-ci sinif şagirdləri Banka dəvət olunub və burada fəaliyyət göstərən departamentlərin iş prinsipləri ilə əyani şəkildə tanış olublar.
Bu xəbəri də oxu: Əhvalımızı formalaşdıran gözəgörünməz ikili: Zaman və Yuxu
Departamentlərlə tanışlıqdan sonra şagirdlərə depozit və kredit anlayışları, onların hesablanma mexanizmləri, nağdsız ödənişlərin növləri və təhlükəsizlik prinsipləri, eləcə də POS terminallarının işləmə qaydası barədə ətraflı məlumat verilib. Şagirlərə həmçinin mobil bankçılığın iş prinsipləri nümayiş etdirilib və izah olunub. Layihə çərçivəsində 20-dən çox şagird bank əməliyyatlarını praktiki şəkildə yerindəcə izləyərək maliyyə qərarlarının verilməsində əsas prinsipləri öyrənib.
Ziraat Bank Azərbaycan ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
"Düşünürəm ki, taksi sürücülərinə avtobus zolağına daxil olub s
Gəncə şəhəri ərazisində vətəndaş Gəncə çayının dərəsinə yıxı
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 905 yol-nəqliyyat hadisə
Gürcüstanda təyyarə qəzasında şəhid olan Türkiyə Hərbi Hava Qüvvə
Xəbər verdiyimiz kimi, Almaniyadan Türkiyəyə tətilə gələn ailənin büt
Türk musiqisinin "İmperator"u İbrahim Tatlıses "Yeni il"
Xəbər verdiyimiz kimi, tanınmış aktyor, Əməkdar artist və Şuşa Dövlə
Rusiyada yaşayan kişi uzun müddət münasibət yaşadığı sevgilisinin pasp
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov uzun müddət s
Hövsan Yaşayış Kompleksinin I və II mərhələlərində, Sumqayıt, Lənkə
Xalqların taleyi bəzən ağrılı, fəlakətli tufandan salamat çıxmış gə
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "Baku E
