Azərbaycan diplomatiyasının formalaşmasında Amerika beyin mərkəzləri ilə birgə iş təcrübəsi mühüm rol oynayıb Hafiz Paşayev
Siyasət 18 Noy 2025 11:04:00 71 0
ABŞ-nin aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq təcrübəsi Azərbaycanın diplomatik məktəbinin formalaşmasında və Bakı ilə Vaşinqton arasındakı ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb.
Bu xəbəri də oxu: Azərbaycanla BƏƏ arasında Anlaşma Memorandumu təsdiqləndi
Son.az xəbər verir ki, bunu bu gün ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki keçmiş səfiri Hafiz Paşayev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda çıxışında deyib.
Hafiz Paşayev qeyd edib ki, Vaşinqtonda diplomatik fəaliyyətinin ilk illəri onun peşəkar formalaşmasına həlledici təsir göstərib. O vurğulayıb ki, "K Street"də yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) kimi ABŞ beyin mərkəzlərinin işini özü üçün "həqiqi universitet" hesab edib.
"Bu, mənim üçün real diplomatiya məktəbi idi. Bacardığım qədər çox tədbirlərdə iştirak etməyə çalışırdım, belə ki, həmin institutlarda müzakirələr aparılırdı, o müzakirələrdən çox şey öyrənmək mümkün idi", - deyə o bildirib.
ADA Universitetinin rektoru həmçinin xatırladıb ki, 1990-cı illərin əvvəlində Azərbaycan diplomatiyasının əsas vəzifələrindən biri ABŞ ictimaiyyətinə ölkə barədə obyektiv məlumatları çatdırmaq idi. Onun sözlərinə görə, səfirliyin fəaliyyəti və "ABŞ-Azərbaycan" Ticarət-Sənaye Palatasının yaradılması bu işin mühüm hissəsini təşkil edib.
Hafiz Paşayev gənc Azərbaycan diplomatlarının hazırlanmasında Amerika beyin mərkəzlərinin rolunu xüsusi vurğulayaraq qeyd edib ki, onların tədbirlərində iştirak ABŞ-nin spesifikasını və Vaşinqtonda qərar qəbuletmə prosesinin xüsusiyyətlərini daha yaxşı anlamağa imkan verirdi.
Mərkəzi Asiya ilə əməkdaşlıqdan danışan Hafiz Paşayev bildirib ki, region ölkələrinin aktiv qarşılıqlı fəaliyyəti ilə bağlı ideyalar artıq uzun illərdir təşviq olunur. O xatırladıb ki, hələ 1996-cı ildə professor Fred Starrın dəvəti ilə Mərkəzi Asiya İnstitutunun yaradılmasına həsr olunmuş tədbirdə çıxış edib və institutun adına Qafqazın da əlavə olunmasını təklif edib - bu fikir dəstəklənib.
"Bu gün Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanı birləşdirən C5+1 formatı həmin yanaşmaların aktuallığını göstərir və regional əməkdaşlıq üçün yeni imkanlar açır", - deyə H.Paşayev vurğulayıb.
Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səi
Hava limanında çəkilən görüntülər geniş müzakirələrə yol açıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan D
Bakı Biznes Universitetinin bəzi məzunları noyabr ayı olmasına baxmayaraq
ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 21, 22 və 23 noy
Komediya aktyoru Hasan Can Kayanın iki il əvvəl "Konuşanlar" veril
"Bitcoin"in qiyməti son yeddi ayda ilk dəfə 90 min dollardan aşağ
Paytaxtda magistral yolda piyada tərəfindən təhlükəli anlar yaşanıb.
Bakının mərkəzində çəkilən görüntülər müzakirələrə səbəb olub.
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yollar�
"Ford" şirkəti uzun illərin populyar modeli olan "Focus"u
Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin əksər bölgələrində h�
Xalq artisti Könül Xasıyevanın açıqlaması marağa səbəb olub.
iPhone 17 Pro və Pro Max modelləri ilə bağlı yeni problem gündəmə gəlib
Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir
