Mərkəzi Asiyanın yeni regional arxitekturasında Azərbaycanın artan rolu


Siyasət 17 Noy 2025 15:45:00 55 0

Mərkəzi Asiyanın yeni regional arxitekturasında Azərbaycanın artan rolu

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü region ölkələri arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm platformaya çevrilib. Bu format artıq təkcə məsləhətləşmə mexanizmi deyil, regional inteqrasiya modelinin konturlarını müəyyənləşdirən strateji siyasi meydandır. 

Azərbaycanın ardıcıl olaraq üçüncü dəfə bu prosesdə iştirakı və Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə tamhüquqlu iştirakçı statusu qazanması ölkəmizin regional siyasətdə rolunun daha da artdığını göstərir. Bu qərar həmçinin Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, regional sabitliyin təminatçısı və çoxşaxəli əməkdaşlığın təşəbbüskarı kimi nüfuzunun getdikcə daha da yüksəldiyini təsdiqləyir.

Sammitdə xüsusi vurğulanan məqamlardan biri də Mərkəzi Asiya dövlətlərinin Azərbaycanı "strateji nəqliyyat körpüsü" kimi qəbul etməsidir. Bu yanaşma təsadüfi deyil. Azərbaycan son illər ərzində regionun ən müasir və geniş imkanlara malik nəqliyyat-logistika infrastrukturunu formalaşdırıb: Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizi həm Avropaya, həm də Xəzər hövzəsi vasitəsilə Asiyaya bağlayan əsas qovşağa çevirib. 

Bu infrastruktur yalnız yükdaşımaların həcmini artırmır, həm də Mərkəzi Asiyanın Avropa, Yaxın Şərq və Qara dəniz hövzəsi ilə iqtisadi əlaqələrinin şaxələndirilməsinə real imkanlar yaradır.

Mərkəzi Asiya ölkələrinin zəngin enerji ehtiyatlarına malik olduğunu nəzərə aldıqda, Azərbaycanın mövcud boru kəməri infrastrukturu, Xəzərdən Aralıq dənizinədək uzanan enerji dəhlizləri və beynəlxalq enerji layihələrindəki aparıcı rolu regionun enerji xəritəsində yeni sinerji yaradır. Bu sinerji Mərkəzi Asiyanın enerji resurslarının daha sürətli, təhlükəsiz və geniş coğrafiyalara çıxarılmasına şərait yaradır. 

Nəticədə Azərbaycan yalnız tranzit ölkə kimi yox, həm də enerji təhlükəsizliyinin təminində strateji tərəfdaş kimi ön plana çıxır. Bu amillər Azərbaycanın Mərkəzi Asiya üçün dəyərini artırmaqla yanaşı, regionun iqtisadi və geosiyasi arxitekturasında ölkəmizin mövqeyini daha da gücləndirir.

Məşvərət Görüşü həm də regionun gələcək inkişaf modelinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Sammit çərçivəsində ölkələr arasında inteqrasiya layihələrinin müzakirəsi, iqtisadiyyatın müxtəlif sahələrində yeni əməkdaşlıq formatlarının yaradılması və ortaq mövqelərin müəyyənləşdirilməsi Mərkəzi Asiyanın ümumi inkişaf vizyonunun əsas xəttini təşkil edir. 

Azərbaycanın bu platformaya tamhüquqlu qoşulması həm siyasi baxımdan yeni regional birlik modelinin formalaşmasına töhfə verir, həm də ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsini xarici siyasətinin strateji prioritetlərindən biri kimi müəyyənləşdirməsi tarixi, mədəni və mənəvi bağlılıqlardan irəli gəlir. Bu xalqları birləşdirən ortaq dəyərlər - dil və mədəni yaxınlıq, qardaşlıq münasibətləri, ortaq tarixi yaddaş - siyasi, iqtisadi və humanitar tərəfdaşlığı daha da möhkəmləndirən fundamental baza rolunu oynayır.

Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli səviyyədə qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, dövlət başçılarının müntəzəm qarşılıqlı səfərləri və fəal siyasi dialoq bu əməkdaşlığın uğurunu təmin edən əsas amillərdir. Bu dinamika regionda yeni güc mərkəzinin formalaşdığını, qarşılıqlı fayda prinsipinə əsaslanan əməkdaşlığın isə gələcək onilliklər üçün geniş perspektivlər açdığını göstərir.

Elçin Mehdiyev Son.az


Xəbərə aid fotolar

Xalq artistinin qızı yanında like
  • 17 Noy 15:36  
Şou-biznes Xalq artistinin qızı yanında

Xalq artisti Natiq Şirinovun qızı Sevil  atası ilə bağlı paylaşım edi

arrow Ətraflı
Azərbaycanda ərini sevgilisi ilə bir yerdə tutan qadın görün nə etdi like
  • 17 Noy 15:35  
Digərləri Azərbaycanda ərini sevgilisi ilə bir yerdə tutan qadın görün nə etdi

Qaxın Qorağan kəndində baş vermiş insident zamanı ər arvadını döyüb.

arrow Ətraflı
Türkiyədə toyda 100 nəfər qidadan zəhərləndi like
  • 17 Noy 15:23  
Digərləri Türkiyədə toyda 100 nəfər qidadan zəhərləndi

Türkiyənin Trabzon şəhərində toy mərasimi zamanı kütləvi qida zəhərl

arrow Ətraflı
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü  Təsadüf, yoxsa? like
  • 17 Noy 15:10  
Digərləri Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü Təsadüf, yoxsa?

Eyni universitetin beş tələbəsinin fərqli məkanlarda ölümü narahatlıq

arrow Ətraflı
Bu rayonda boşanmalar REKORD VURDU like
  • 17 Noy 15:05  
Digərləri Bu rayonda boşanmalar REKORD VURDU

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşan

arrow Ətraflı
"C130 təyyarəsi bu səbəbdən qəzaya uğrayıb" like
  • 17 Noy 15:00  
Digərləri "C130 təyyarəsi bu səbəbdən qəzaya uğrayıb"

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin Gürcüstanda

arrow Ətraflı
AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir like
  • 17 Noy 14:38  
Digərləri AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir

Azərbaycan Hava Yolları (AZAL) 20 noyabr tarixindən etibarən hava nəqliyyat

arrow Ətraflı
Bacıları 100 milyonluq villasını, 200 milyonluq sərvətini BÖLƏ BİLMİR like
  • 17 Noy 14:33  
Şou-biznes Bacıları 100 milyonluq villasını, 200 milyonluq sərvətini BÖLƏ BİLMİR

Xəstəxanada həyat uğrunda mübarizə aparan Fatih Ürek haqqında yayılan &

arrow Ətraflı
"Port Baku"da yarım milyonluq avtomobil DİQQƏT ÇƏKDİ like
  • 17 Noy 14:19  
Digərləri "Port Baku"da yarım milyonluq avtomobil DİQQƏT ÇƏKDİ

Bakıda qeydə alınan klassik avtomobil görüntüsü sosial şəbəkələrdə

arrow Ətraflı
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı like
  • 17 Noy 14:11  
Digərləri Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı

Qənimət Zahidov Baş Prokurorluğa çağırılıb.

arrow Ətraflı
5 bürc üçün möcüzələr baş verəcək  Gözlənilməz xəbərlər yoldadır like
  • 17 Noy 14:00  
Digərləri 5 bürc üçün möcüzələr baş verəcək Gözlənilməz xəbərlər yoldadır

Qarşıdakı dövr bəzi bürclər üçün həm emosional, həm də karyera sah�

arrow Ətraflı
Bu il Bakıya qar yağacaq? like
  • 17 Noy 13:50  
Digərləri Bu il Bakıya qar yağacaq?

Bu il hava mülayim keçir.

arrow Ətraflı
Bakıda tələbə vəfat etdi like
  • 17 Noy 13:37  
Digərləri Bakıda tələbə vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbinin III kur

arrow Ətraflı
Müəllimlər nə vaxtdan tamştat işləyəcək?  Emin Əmrullayevdən açıqlama like
  • 17 Noy 13:30  
Digərləri Müəllimlər nə vaxtdan tamştat işləyəcək? Emin Əmrullayevdən açıqlama

Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildiri

arrow Ətraflı
Xalq artistinin mərhum qızı ilə FOTOsunu paylaşdı like
  • 17 Noy 13:26  
Şou-biznes Xalq artistinin mərhum qızı ilə FOTOsunu paylaşdı

Müğənni Rüfət Axundov Xalq artisti Yaşar Nurinin vəfat edən qızı Ülvi

arrow Ətraflı