""Muğam" müsabiqəsi"nin nəyinə baxım? ürəklə etmirlər"


Şou-biznes 16 Noy 2025 14:44:00 53 0

""Muğam" müsabiqəsi"nin nəyinə baxım?  ürəklə etmirlər"

Xalq artisti Alim Qasımov IX "Muğam" Televiziya Müsabiqəsinin finalında yaşanan qalmaqala münasibət bildirib.

Son.az xəbər verir ki, bu barədə sənətçi "Daha aydın" layihəsində danışıb. A.Qasımov niyə münsif kimi iştirak etməməsinə aydınlıq gətirib:

"Münsif olmağımla bağlı təkliflər var. Lakin xasiyyətimlə bağlı istəmirəm orada uşaqların xətrinə dəyim və ya münsiflər məndən incisinlər. Sonra özümü danlayıram ki, "bu, sənə lazim idi?". Orada özümdən asılı olmayaraq düz və ya əyrini deməliyəm. O da uşağın atası, əmisi deyəcək ki, "yekə kişisən, onu niyə pərt etdin?". Bunların dərdindən ac qarnım, dinc başım. Bu elə birşeydir ki... Yaxşı ki, tarixin dayısı yoxdur. Mən sağ olanda dayılıq edə bilərəm ki, düşüm tarixə. Amma öləndən sonra tarix dəniz kimi təmizləyib artıqları sahilə atacaq. Tarix var-dövlət, rüşvətlə əmələ gəlmir. Bu sənəti seçmək də olar, müsabiqədə qalib gəlmək də mümkündür, amma nə olsun? İstedad varsa, müsabiqəsiz də bu sənətdə olacaq. İstedad elə bir şeydir ki, Allahdan gəlir. Onun qarşısını heç kəs kəsə bilməz".

Alim Qasımov müsabiqədə həmkarlarının iştirakçılara verdiyi xalları səmimi qəbul etmədiyini vurğulayıb:

"Həmin müsabiqəyə ciddi baxmıram. Seçimlərdə ədalətsizliyin olması ilə bağlı heç nə deyə bilmərəm. Çünki heç baxmıram, qarışmıram da. Çünki ürəklə etmirlər. Biri 9 xal verir, hamı da eyni. Bunun nəyinə baxım? Biri 3, o biri 5, digəri 10 verməlidir. Mübahisəli nəsə olanda deməli orada həqiqət var. Hərənin öz fikri olmalıdır. Orada münsiflər bir-birilərinə hörmət edirlər". 

Qeyd edək ki, sözügedən müsabiqənin iştirakçılarından olan Kənan Novruzov yarışmada haqsızlığa uğradığını iddia edib. O, bu il finalda təqdim olunan diplomdan imtina edib. /Axşam.az 

Toyda yıxılan kişi ÖLDÜ like
  • 16 Noy 14:43  
Digərləri Toyda yıxılan kişi ÖLDÜ

Sumqayıtda toy mərasimində yıxılaraq xəsarət alan şəxs ölüb.

arrow Ətraflı
Ağdərədə minaya düşən var like
  • 16 Noy 14:26  
Digərləri Ağdərədə minaya düşən var

Bərdə sakini Ağdərədə minaya düşüb.

arrow Ətraflı
“WhatsApp”da xaricdə iş vədi verdi, tutuldu like
  • 16 Noy 14:24  
Kriminal “WhatsApp”da xaricdə iş vədi verdi, tutuldu

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən t�

arrow Ətraflı
"Oğlum hər an ölə bilər"  efirdə göz yaşları tökdü like
  • 16 Noy 13:54  
Şou-biznes "Oğlum hər an ölə bilər" efirdə göz yaşları tökdü

İllər öncə ağır əməliyyat keçirərək ölümdən döndüyünü açıqla

arrow Ətraflı
Gələn il Azərbaycanda notbukların qiyməti kəskin like
  • 16 Noy 13:22  
Digərləri Gələn il Azərbaycanda notbukların qiyməti kəskin

Yaxın aylarda kompüter və notbukların kəskin bahalaşacağı ilə bağlı i

arrow Ətraflı
Zaurun efirində BİABIRÇILIQ: Müğənni ilə qadın qırğına çıxdı ürəyi getdi like
  • 16 Noy 13:06  
Digərləri Zaurun efirində BİABIRÇILIQ: Müğənni ilə qadın qırğına çıxdı ürəyi getdi

Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişinin buraxılı

arrow Ətraflı
Bu tarixdən yağıntılar kəsəcək like
  • 16 Noy 13:05  
Digərləri Bu tarixdən yağıntılar kəsəcək

Azərbaycanda noyabrın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Sonaxanım əməliyyat etdirəcək like
  • 16 Noy 12:51  
Şou-biznes Sonaxanım əməliyyat etdirəcək

Aktrisa Sonaxanım Əliyeva plastik əməliyyat etdirəcək.

arrow Ətraflı
Almaniya ABŞdən raketlər alacaq like
  • 16 Noy 12:37  
Dünya Almaniya ABŞdən raketlər alacaq

ABŞ prezidenti Donald Tramp administrasiyası və ABŞ Dövlət Departamenti Al

arrow Ətraflı
Leysan, qar, cənubşərq küləyi...  Sabahın like
  • 16 Noy 12:21  
Digərləri Leysan, qar, cənubşərq küləyi... Sabahın

Azərbaycan ərazisində noyabrın 17-da gözlənilən hava şəraiti haqqında

arrow Ətraflı
Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib like
  • 16 Noy 12:13  
Siyasət Tacikistan Prezidenti İlham Əliyevi təbrik edib

Hörmətli İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Mərkəzi

arrow Ətraflı
Xalq artisti Yaşar Nurinin vəfat edən qızını PAYLAŞDI like
  • 16 Noy 12:07  
Şou-biznes Xalq artisti Yaşar Nurinin vəfat edən qızını PAYLAŞDI

Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Ya

arrow Ətraflı
Prezident: Bu, geniş coğrafi məkanda qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək like
  • 16 Noy 11:59  
Siyasət Prezident: Bu, geniş coğrafi məkanda qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək

Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulma

arrow Ətraflı