"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?


Digərləri 15 Noy 2025 19:42:00 69 0

"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?

"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?Dünyada indiyədək cəmi 50 nəfərdə "Rh null" adlı son dərəcə nadir qan qrupu müəyyən edilib.

Son.az xəbər verir ki, bu şəxslərin qan köçürülməsinə ehtiyacı yarandıqda uyğun donoru tapmaq demək olar mümkün olmur. Alimlər bu səbəbdən həmin şəxslərə gələcəkdə istifadə üçün öz qanlarını donduraraq saxlamağı məsləhət görürlər. Bəs "Rh null" qan qrupunun mənşəyi nədir və bu qan laboratoriyada istehsal edilə bilərmi?

"Qızıl qan" adlandırılan "Rh null" qan qrupu hər altı milyon insandan birində rast gəlinir. Alimlər indi bu qan növünü laboratoriya şəraitində yenidən yaradaraq həyatları xilas etməyi ümid edirlər.

Qan köçürülməsi müasir təbabətdə inqilabi dəyişiklik yaradıb. İnsan yaralandıqda və ya əməliyyata ehtiyacı olduqda, başqalarının bağışladığı qan çox vaxt həyat qurtarır. Lakin nadir qan qrupuna malik şəxslər üçün uyğun qan tapmaq böyük çətinlik yaradır. "Rh null" qrupuna sahib insanlar isə bu baxımdan ən çətin vəziyyətdə olanlardandır. Onların qanında təxminən 50 Rh antijenindən heç biri yoxdur, buna görə də yalnız eyni qrupdan qan ala bilirlər. Lakin onların qanı bir çox digər Rh növləri ilə uyğun gəlir və bu səbəbdən "qızıl qan" adlanır.

Mütəxəssislərin fikrincə, "Rh null" qrupundan olan qan, müxtəlif qan tiplərinə sahib insanlara uyğun gəlmə potensialına görə universal donor ola bilər. Xüsusilə xəstənin qan qrupunun bilinmədiyi təcili hallarda, "Rh null" qan allergik reaksiyanın yaranma riskini xeyli azaldır.

Tədqiqatlar göstərir ki, "Rh null" qan qrupu, eritrositlərin səthində yerləşən və Rh antijenlərinin formalaşmasında əsas rol oynayan RHAG adlı züləldə baş verən genetik mutasiyalardan yaranır. Bu mutasiyalar nəticəsində zülalın forması dəyişir və nəticədə digər Rh antijenləri səthdə əmələ gələ bilmir.

Bristol Universitetindən professor Eş Toye və komandası 2018-ci ildə laboratoriyada "Rh null" qanı istehsal etməyə nail olublar. Onlar "Crispr-Cas9" adlı gen redaktə texnologiyasından istifadə edərək, ABO və Rh antijenləri də daxil olmaqla beş əsas qan qrupuna aid genləri deaktiv ediblər. Nəticədə bu şəkildə əldə edilən hüceyrələr bir çox qan növü ilə uyğun olub, hətta "Rh null" və "Bombay" fenotipi kimi çox nadir qruplara da uyğunluq göstərib.

Bununla belə, gen redaktəsi texnologiyaları hələ də bir çox ölkələrdə ciddi şəkildə tənzimlənir və bu cür qanların klinik istifadəyə verilməsi üçün uzunmüddətli sınaqlar tələb olunur.

Professor Toyenin rəhbərlik etdiyi "Scarlet Therapeutics" şirkəti "Rh null" daxil olmaqla nadir qan qruplarından nümunələr toplayaraq laboratoriyada bu hüceyrələrdən çoxsaylı eritrositlər istehsal etməyi planlaşdırır.

2021-ci ildə ABŞ-ın Milvaukee şəhərindəki Versiti Qan Araşdırma İnstitutundan immunoloq Qreqori Denomme və komandası "Crispr-Cas9" texnologiyası ilə insan mənşəli pluripotent kök hüceyrələrdən "Rh null" da daxil olmaqla fərdiləşdirilmiş qan tipləri yaradıblar.

Kanadadakı Laval Universitetindən tədqiqatçılar A pozitiv qan qrupuna malik donorlardan götürülmüş hüceyrələrdə A və Rh antijenlərini silərək O "Rh null" qan hüceyrələri əldə ediblər. İspaniyanın Barselona şəhərindəki alimlər isə "Rh null" donordan alınmış kök hüceyrələri A tipindən O tipinə çevirərək, qanı daha universal hala gətirməyə nail olublar.

Lakin laboratoriyada istehsal olunan qan hələ geniş istifadə üçün hazır deyil. Əsas çətinlik kök hüceyrələrin təbii şəkildə olgun eritrositlərə çevrilməsini təmin etməkdir.

Professor Toyenin rəhbərlik etdiyi RESTORE layihəsi bu istiqamətdə ilk klinik sınaqlardan biridir və laboratoriyada yetişdirilən eritrositlərin sağlam könüllülərdə sınaqdan keçirilməsini nəzərdə tutur.

Alimlərin fikrincə, yaxın gələcəkdə adi qan bağışları hələ də əsas mənbə olacaq. Lakin nadir qan qruplarına malik insanlar üçün laboratoriyada istehsal olunan qan böyük bir inqilab yarada bilər. (qaynarinfo)

Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu  FOTO like
  • 15 Noy 19:31  
Kriminal Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu FOTO

Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyas�

arrow Ətraflı
Ermənistanda zəlzələ oldu like
  • 15 Noy 18:54  
Digərləri Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ baş verib.

arrow Ətraflı
"Buna görə də o verilişlərə getməyəcəyəm" like
  • 15 Noy 18:50  
Şou-biznes "Buna görə də o verilişlərə getməyəcəyəm"

"Verilişlərə getmirəm. Çünki oradakı ab-havanı sevmirəm. Verilişl

arrow Ətraflı
İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı like
  • 15 Noy 18:17  
Digərləri İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

"Akkord İnşaat Sənaye" ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş

arrow Ətraflı
Dövlət Uşaq Filarmoniyasında Barokko dövrünün abuhavası yaşandı  FOTO like
  • 15 Noy 18:14  
Kriminal Dövlət Uşaq Filarmoniyasında Barokko dövrünün abuhavası yaşandı FOTO

Klassik musiqi sevərlərə əsl Barokko musiqisinin unikal ab-havasını, möht

arrow Ətraflı
Yaşar Nurinin vəfat edən qızı vəzifəli şəxs imiş like
  • 15 Noy 18:10  
Digərləri Yaşar Nurinin vəfat edən qızı vəzifəli şəxs imiş

Mərhum Xalq artisti, aktyor Yaşar Nurinin vəfat edən qızı Ülviyyə Yaşar

arrow Ətraflı
Adnanın xanımının Londondakı şirkətləri like
  • 15 Noy 18:06  
Digərləri Adnanın xanımının Londondakı şirkətləri

Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfə

arrow Ətraflı
"Məni inandırıblar ki, çirkinsən" like
  • 15 Noy 18:00  
Şou-biznes "Məni inandırıblar ki, çirkinsən"

"Evin ən çirkin qızı olmuşam. Məni inandırıblar ki, çirkinsən. Ba

arrow Ətraflı
Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ like
  • 15 Noy 17:56  
Digərləri Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ

Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layi

arrow Ətraflı
Atom və nüvə bombası fərqi: İnsanlığı titrədən gücün sirri like
  • 15 Noy 17:50  
Dünya Atom və nüvə bombası fərqi: İnsanlığı titrədən gücün sirri

Dünyanın ən təhlükəli silahlarından sayılan atom və ümumilikdə nüvə

arrow Ətraflı
Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel qalereyasi fəaliyyətə başladi  FOTO like
  • 15 Noy 17:47  
Kriminal Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel qalereyasi fəaliyyətə başladi FOTO

Beynəlxalq festival çərçivəsində Azərbaycanda -Xətai Xənət Mərkəzind

arrow Ətraflı
Naxçıvanda ağır qəza: Xəsarət alanlar var like
  • 15 Noy 17:32  
Digərləri Naxçıvanda ağır qəza: Xəsarət alanlar var

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Xəzər dənizi geri çəkilir like
  • 15 Noy 17:21  
Digərləri Xəzər dənizi geri çəkilir

Xəzər dənizində suyun səviyyəsi son dövrlər daha da aşağı düşüb.

arrow Ətraflı
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub  FOTO like
  • 15 Noy 17:18  
Siyasət Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkə

arrow Ətraflı