Dələduzluqla ələ keçirdiyi pulla xəstə qızını müalicə etdirən şəxsə hökm oxundu
Digərləri 15 Noy 2025 13:44:00 61 0
Bakıda yük avtomobili alıb, onun icarəsindən qazanc götürmək adı ilə dələduzluq edən şəxsin işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu xəbəri də oxu: Bakıda lombardda 114 vətəndaşa aid qızıl yoxa çıxıb
Son.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, dələduzluq edən şəxs özünü "sahibkar Samir Məmmədzadə" kimi təqdim edib.
Belə ki, o, zərərçəkən Solmaz Cəbrayılova ilə "Facebook" sosial şəbəkəsi vasitəsi ilə tanış olub, mobil telefon vasitəsi ilə əlaqə saxlayan zaman özünü ona yalandan bir neçə yük avtomobili olan sahibkar kimi təqdim edib.
Təqsirləndirilən şəxs zərərçəkəni birgə iş qurub - "KamAZ" markalı yük avtomobili alıb icarəyə verib qazanc əldə etməyə inandırıb. Bu adla ondan ümumilikdə 20500 manat pul alıb. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində zərərçəkmiş şəxs müttəhimin öz adına olmayan, bankı və hesab nömrəsini xatırlamadığı hesaba 12000 manat pul köçürüb. Təqsirləndirilən həmin pulu əldə edərək şəxsi borclarına və qızı Nurayın müayinə və müalicəsinə xərcləyib. Onun heç bir zaman "KamAZ" markalı yük avtomobili olmayıb, yalnız kimlərinsə "KamAZ"ını sürücü olaraq idarə edərək əmək haqqı alıb. O, cinayət işinin istintaqı müddətində vurulmuş ziyanı ödəyib, zərərçəkmiş şəxslə barışıb.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) ilə təqsirli bilinərək ona iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikas
Kəbəyə ziyarətə gedən qadının sosial mediada paylaşdığı video tənqi
Anar Əzəm oğlu Ağayev TƏBİB-də işləməsə də vətəndaşları qəbul e
Məşhur klarnet ustası Hüseyn Məmmədoğlu izləyicisini təhqir edib.
Azərbaycanda gələn ildən fiziki şəxslər üçün kirayə haqları üzrə g
Hacıqabulda iki gündür itkin kimi axtarılan kişinin meyiti tapılıb.
Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si g�
Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərk�
Bakıda ötən əsrin sonlarında cinayətkar birlik (banda) yaradaraq silsilə
Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Hərbi Hava Qüvvəl
Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi
Bakıda 33 yaşlı kişi 210 manatlıq yemək sifariş verdiyi üçün məhkəm�
