2025ci ilin ən populyar parolları – “123456”dan başqa nə var?
Digərləri 13 Noy 2025 08:41:00 68 0
Kibertəhlükəsizlik şirkəti Comparitech 2025-ci ilin ən çox istifadə olunan parolları ilə bağlı yeni araşdırma dərc edib. Nəticələr göstərib ki, çoxsaylı məlumat sızmalarına baxmayaraq, istifadəçilərin əksəriyyəti hələ də son dərəcə sadə və asanlıqla tapıla bilən parollardan istifadə edir.
Bu xəbəri də oxu: Alimlər beyni gücləndirməyin pulsuz üsulunu tapdılar
Son.az xəbər verir ki, analitiklər 2 milyarddan çox sızmış parolu təhlil ediblər və ən çox təkrarlanan 10 kombinasiya belə müəyyənləşdirilib:
1. 123456
2. 12345678
3. 123456789
4. admin
5. 1234
6. AA123456
7. 12345
8. password
9. 123
10. 1234567890
Araşdırmaya görə, bu parolların dörddə biri tamamilə rəqəmlərdən ibarətdir, təxminən 39 faizi "123" ardıcıllığını, 3 faizi isə "abc" kimi sadə hərf ardıcıllıqlarını ehtiva edir. Bundan başqa, "password", "admin", "qwerty" və "welcome" kimi sözlər də çox geniş yayılıb.
Maraqlıdır ki, "minecraft" sözü 100-cü yerdə qərarlaşıb - bu parol təxminən 70 min dəfə, böyük hərflə başlayan "Minecraft" isə 20 min dəfə istifadə olunub. Həmçinin "India@123" parolu siyahıda 53-cü yerdədir.
Məlumatlara görə, bütün sızmış parolların 65,8 faizi 12 simvoldan azdır, 6,9 faizi isə 8 simvoldan qısadır. Ən qısa parol kimi sadəcə "123" qeydə alınıb.
Ekspertlər xatırladırlar ki, hesabların təhlükəsizliyini qorumaq üçün parollar unikal, ən azı 12 simvoldan ibarət olmalı, həm böyük və kiçik hərflər, həm rəqəmlər, həm də xüsusi simvollar daxil edilməlidir.
Bundan əlavə, iki mərhələli identifikasiya (2FA) aktivləşdirilməsi hesabın sındırılma riskini minimuma endirir.
Texnologiyaların inkişafı və kibertəhlükələrin artması fonunda şəxsi məlumatların qorunması məsələsi getdikcə daha aktual olur. Mütəxəssislər qeyd edirlər ki, zəif parollar hesabların ələ keçirilməsinin əsas səbəblərindən biridir və hər bir istifadəçi öz onlayn təhlükəsizliyinə daha ciddi yanaşmalıdır. (lent.az)
Pakistanın şimal-qərbində yerləşən Karak bölgəsində illərdir təbii q
Böyüklər uşaqlıqda onlara verilən oyuncaqları nadir hallarda xatırlayır
Müğənni Sevda Kazımova bir ildən çoxdur əməliyyat etdirdiyini, hələ d�
Süd və süd məhsullarını tibbi göstəriş olmadan rasiondan çıxarmaq sa�
Bursada fəaliyyət göstərən gözəllik salonu Çindən gətirilən və dəy
Kömür tərkibli diş pastaları indi populyardır, ancaq onların effektivliyi
Səhər yeməyində tam taxıl lifinin müntəzəm qəbulu ürək və damar sağ
Florida Universitetinin alimləri müəyyən ediblər ki, sağlam və balanslı
Bakıdakı 298 nömrəli məktəbin rəhbərliyinin göstərişi ilə şagirdlə
"Müvəkkilim Ahmet Tatlıses ilə İbrahim Tatlıses arasında gedən məh
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanda qəzaya uğrayan hə
Gürcüstan-Azərbaycan sərhədində C-130 tipli hərbi yük təyyarəsinin qə
Müğənni Bəturə Hüseynova efirdə gərginlik yaşayıb.
Türkiyənin Bank Tənzimləməsi və Nəzarəti Agentliyi gecə saatlarında kr
