İlham Əliyev: Həmin məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər
Siyasət 12 Noy 2025 14:54:09 57 0
Qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər.
Bu xəbəri də oxu: Prezident Ərdoğana zəng etdi
Son.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirib.
Dövlət başçısı bildirib:
"Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapsın. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.
Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək".
Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə
Azərbaycan hərbi hava limanından havalanan və Türkiyəyə istiqamətlənən
Bölgələrdə əlbəttə ki, məşğulluqla bağlı məsələlər əsas priorit
Prezident İlham Əliyev bəzi icra başçıları ilə bağlı sərəncamlar imz
Baş Prokurorluq "UĞUR 777 estetik mərkəz"də yol verilən qanunsuz
Bizim bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ceyhun
Tanınmış aparıcı Zaur Nəbioğlu həmkarı Zaur Kamal haqqında verdiyi aç
Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 19-nu
Bakının Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm A
Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı v
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin
Rusiyada 15 yaşlı yeniyetmə anasının "Range Rover"ini oğurlayıb
