Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Digərləri 12 Noy 2025 00:00:00 61 0
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Bu xəbəri də oxu: Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı
Son.az-ın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.
Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb. Bunun üçün Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.
Gürcüstan-Azərbaycan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus
Aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində adını açıql
Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev vəfat edib
İstanbul meri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Ekrem İmamoğl
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Gürcüstan-Azərbaycan sərhədi
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə
Türkiyə-Gürcüstan və Azərbaycan müdafiə nazirləri təyyarə qəzası il
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "Lockheed C-130E Hercules&quo
Siyəzən Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərova ağır itki üz ve
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 təyyarəsi Kayseridə enənd�
8 noyabr Bakıda hərbi paradı izləmək üçün gələnlərdən biri də Şeyx
"Noyabrın 6-da atam Siyavuş Aslanın 90 illik yubileyi münasibətilə Ak
11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz
Türkiyə Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələrinə məxsus C-130 tipl
Gürcüstanda qəzaya uğrayan və içində 20 hərbi personalın olduğu bildir
