Başdakı sızanaqlar bu problemlərdən xəbər verə bilər


Digərləri 10 Noy 2025 10:41:00 58 0

Başdakı sızanaqlar bu problemlərdən xəbər verə bilər

Baş dərisində yaranan ağrılı sızanaqlar bəzən müəyyən sağlamlıq problemlərindən xəbər verə bilər.

Son.az xəbər verir ki, baş dərisi insan orqanizmində baş verən daxili proseslərin bir növ göstəricisidir və orada olan problemləri görməməzliyə vurmaq olmaz. 

Məlumata görə, bu problemlərin ilk səbəbi hormonal pozğunluqlar ola bilər. Belə ki, qadın orqanizmində də müəyyən miqdarda olan kişi cins hormonları artdığı zaman piy vəziləri normadan artıq işləyir. Artıq piy ölü hüceyrələr və tozla qarışaraq dəri ətrafı kanalları tıxayır və iltihab yaradır. Nəticədə isə sızanaqlar əmələ gəlir.

Əgər bu tip səpgilər uzun müddət keçmirsə, üz dərisi yağlıdırsa, saç tökülməsi, menstrual dövrün pozulması və ya bədəndə artıq tüklənmə müşahidə olunursa, bu, hormonal tarazlığı yoxlamaq üçün ciddi səbəb sayılır. Çox vaxt belə hallar polikistoz yumurtalıq sindromu (PKYS) və ya digər endokrin pozğunluqlarla bağlı olur.

İkinci mümkün səbəb müntəzəm stressdir. Sinir gərginliyi zamanı orqanizmdə ifraz olunan kortizol hormonu da piy vəzilərinin fəaliyyətini artırır. Üstəlik, stress fonunda insanlar çox vaxt bilmədən baş dərisinə toxunur və bu da infeksiya riskini yüksəldir.

Üçüncü səbəb isə baş dərisinə düzgün qulluq edilməməsidir. Bu, həm nadir hallarda saç yuma (kifayət qədər təmizlənməmə), həm də çox tez-tez yuma və ya dərini qurudan vasitələrdən istifadə ilə bağlı ola bilər. Həmçinin, tərkibində məsamələri tıxayan komponentlər (məsələn, bəzi silikonlar və yağlar) olan şampun, balzam və saç baxımı məhsulları da bu problemi yarada bilər. Bəzən balzamın baş dərisinin dibində tam yuyulmaması da sızanaqların yaranmasına səbəb olur.

Dördüncü səbəb qidalanma və həzm sistemi ilə bağlı problemlərdir. Həddindən artıq şirin, un məmulatları, "fast food" və bəzi insanlarda süd məhsulları orqanizmdə iltihab proseslərini gücləndirə və bu, baş dərisində də özünü göstərə bilər.

Beşinci səbəb isə göbələk infeksiyaları və ya dəri gənəsi ola bilər. Bəzən insanlar sızanaqla qarışdırdıqları follikulitə, yəni saç follikullarının bakteriya və ya göbələk səbəbindən iltihablanmasına məruz qalırlar. Əgər səpgilər qaşınma, qabıq və ya qopmalarla müşahidə olunursa, dermatoloqa müraciət etmək tövsiyə olunur.

Problemin dəqiq səbəbini müəyyən etmək üçün ilk növbədə dermatoloqa və ya trixoloqa müraciət edilməlidir. Onlar infeksiya və qulluqla bağlı problemləri istisna etdikdən sonra, əgər səbəb tapılmazsa, endokrinoloqa müraciət olunmalıdır. Hormon analizləri və USM müayinəsi vəziyyəti aydınlaşdırmağa kömək edəcək.

Həmçinin baş dərisinə qulluqda balanslı yanaşma vacibdir. Başı çirkləndikcə yumaq, düzgün şampunlardan istifadə etmək və balzamı tam şəkildə yumaq tövsiyə olunur. Qidalanmanı da nəzərdən keçirmək, 2-3 həftə ərzində sürətli karbohidratları və süd məhsullarını azaltmaq faydalı ola bilər.

Mina Mikayılova Son.az

ABŞdə şatdaun başa çatır like
  • 10 Noy 10:40  
Dünya ABŞdə şatdaun başa çatır

ABŞ Senatı hökumətin qismən dayandırılmış fəaliyyətinin bərpasına i

arrow Ətraflı
Bu ərazilərdə mənzillərin qiyməti KƏSKİN ENDİ like
  • 10 Noy 10:26  
Digərləri Bu ərazilərdə mənzillərin qiyməti KƏSKİN ENDİ

Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti kəskin enib.

arrow Ətraflı
Vəfanın estetiksiz halını paylaşıb ƏLƏ SALDI like
  • 10 Noy 10:11  
Şou-biznes Vəfanın estetiksiz halını paylaşıb ƏLƏ SALDI

Afət Fərmanqızı sosial media hesabında Vəfa Şərifovanın 10 il öncəki

arrow Ətraflı
Azərbaycanda hamilə qadın xəstəxanada ÖLDÜ like
  • 10 Noy 10:10  
Digərləri Azərbaycanda hamilə qadın xəstəxanada ÖLDÜ

İmişlidə hamilə qadın xəstəxanada ölüb.

arrow Ətraflı
“Tofaş”la yolda oyun çıxardı  həbs olundu like
  • 10 Noy 10:00  
Kriminal “Tofaş”la yolda oyun çıxardı həbs olundu

Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürü

arrow Ətraflı
Qızılın qiyməti rekord həddə  ARTDI like
  • 10 Noy 09:58  
Digərləri Qızılın qiyməti rekord həddə ARTDI

Ticarət məlumatlarına əsasən, Comex birjasında (Nyu-York əmtəə birjası

arrow Ətraflı
Bu ay hansı BÜRCLƏRİN xəyalları like
  • 10 Noy 09:36  
Digərləri Bu ay hansı BÜRCLƏRİN xəyalları

Noyabr ayı bir çox bürc üçün dəyişikliklər və yeni başlanğıclarla y

arrow Ətraflı
Araz marketdə like
  • 10 Noy 09:27  
Digərləri Araz marketdə

Bakı şəhəri, Xəzər rayonunda obyektdə yanğın olub.

arrow Ətraflı
Türkiyədə də zəlzələ oldu like
  • 10 Noy 09:26  
Digərləri Türkiyədə də zəlzələ oldu

Türkiyənin Balıkesir bölgəsində 4,5 maqnitudalı zəlzələ qeydə alını

arrow Ətraflı
Xalq artistini "pul yağışı"na tutdular like
  • 10 Noy 09:15  
Şou-biznes Xalq artistini "pul yağışı"na tutdular

Xalq artisti Könül Xasiyeva iştirak etdiyi bir məclisdə səhnəyə çıxara

arrow Ətraflı
Ağır QƏZA: like
  • 10 Noy 09:12  
Digərləri Ağır QƏZA:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadi

arrow Ətraflı
Azərbaycanda daha bir like
  • 10 Noy 09:05  
Digərləri Azərbaycanda daha bir

Zərdab stansiyasından 35 km şimalda, Ağdaş rayonunda zəlzələ qeydə al�

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 10 Noy 08:50  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Gecə saatlarla telefona baxanlara pis xəbər like
  • 10 Noy 08:09  
Digərləri Gecə saatlarla telefona baxanlara pis xəbər

Tam qaranlıqda yatmaq təkcə yuxunun keyfiyyətini artırmır, həm də ürək

arrow Ətraflı
11.11də alına biləcək ən sərfəli smartonlar açıqlandı like
  • 10 Noy 07:08  
Digərləri 11.11də alına biləcək ən sərfəli smartonlar açıqlandı

Tanınmış texnobloqer Doni Cabbarov "11.11" endirim kampaniyası ç

arrow Ətraflı