Tokayev İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 08 Noy 2025 19:36:00 60 0
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Ərdoğan: Qarabağın azad edilməsi, təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük qürur mənbəyidir
Son.az xəbər verir ki, məktubda qeyd olunub:
"Hörmətli İlham Heydər oğlu.
Sizi ölkənizin mühüm bayramı olan Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu əlamətdar tarix müasir Azərbaycan tarixində xüsusi yer tutur, Azərbaycan xalqının ədalətə, sülhə və birliyə sarsılmaz iradəsini, suverenlik və müstəqillik prinsiplərinə möhkəm sadiqliyini təcəssüm etdirir.
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz, həyata keçirdiyiniz strateji kursa ümumxalq dəstəyi sayəsində Azərbaycan BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, dövlət quruculuğu salnaməsində davamlı və yaradıcı tərəqqinin yeni səhifəsini açmışdır.
Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş siyasətiniz beynəlxalq ictimaiyyət tərəfindən haqlı olaraq geniş dəstək qazanmışdır. Çünki bu siyasət uzunmüddətli əməkdaşlıq, qarşılıqlı etimad və bütün regionun davamlı inkişafı üçün əlverişli şərait yaradır.
Bu fürsətdən istifadə edərək, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin dinamik inkişafını böyük məmnunluqla qeyd etmək istərdim. İkitərəfli əməkdaşlığın dostluq və mehriban qonşuluq ruhunda möhkəmlənməsinə verdiyiniz böyük şəxsi töhfəni yüksək qiymətləndirirəm.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə tükənməz enerji, qardaş Azərbaycan xalqının rifahı naminə yeni uğurlar arzulayıram." Son.az
Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF 2025) ikinci həftəsonu m�
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütl�
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azə
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan R
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türk
Göyçay şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA
Böyüməkdə olan gəncliyin vətənə məhəbbət hissinin formalaşmasına xi
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Şanlı Zəfərimizin
Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasəti, ordum
Bu gün Bakıda keçirilən hərbi paradda Silahlı Qüvvələrimizin istifadəs
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiy
G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.
