Prokuror sənədlərin və sübutların David Babayanla bağlı olan hissəsini elan edib


Kriminal 07 Noy 2025 14:29:00 86 0

Prokuror sənədlərin və sübutların David Babayanla bağlı olan hissəsini elan edib

Noyabrın 7-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli məhkəmə iclasında sənədlərin və sübutların təqsirləndirilən şəxs Babayan David Klimi ilə bağlı olan hissəsini diqqətə çatdırıb.

Bildirilib ki, David Babayan Ermənistan tərəfindən davam etdirilən təcavüzkar müharibə zamanı 1998-ci ildə qondarma qurumun fəaliyyətinə qoşulub, 2023-cü ilədək müxtəlif "vəzifələr"də işləyib. Bu, həm onun öz ifadəsi, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş ona aid sənədlər əsasında təsdiqlənib.

İttiham tərəfi 1998-2023-cü illər ərzində baş vermiş cinayət hadisələrini bütövlükdə D.Babayana ona görə aid edib ki, o, hərbi qulluqçu olmasa belə, sadə mülki vətəndaş olmayıb.

İşin faktiki halları, məhkəmə istintaqı zamanı tədqiq edilmiş çoxsaylı sübutlar, o cümlədən təqsirləndirilən şəxsə bilavasitə aid sənəd və materiallar, habelə təqsirləndirilən şəxslər tərəfindən verilmiş ifadələr onu göstərir ki, D.Babayan bilavasitə əlinə silah götürüb döyüş əməliyyatlarında iştirak etməsə də, cinayətkar birliyin ideologiyasının və qondarma qurumun siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində bilavasitə iştirak edib. O, cinayətkar birliyin məqsədləri üçün törədilən cinayətlər barədə agah olub, imkanları daxilində olsa da, bu cinayət hadisələrinin qarşısının alınması üçün hər hansı tədbir görməyib, nifrəti və düşmənçiliyi alovlandırmaqla yeni cinayətlərin törədilməsinə zəmin yaradıb. Bununla da o, qeyd edilən dövr ərzində baş vermiş cinayət hadisələrinin törədilməsində dolayı yolla iştirak edib.

Vurğulanıb ki, D.Babayan müsahibə və sosial şəbəkə paylaşımlarında cinayətkar birliyin əməllərinə haqq qazandıran, işğalın davam etdirilməsi, hətta "Azərbaycan Respublikasının yeni ərazilərinin işğal edilməsinin zəruriliyini vurğulayan" fikirlər səsləndirib.

Vurğulanıb ki, D.Babayan müharibə planlarının siyasi əsaslandırıcısı və ideoloji təbliğatçısı qismində çıxış edib.

İttiham tərəfi bildirib ki, Beynəlxalq Hərbi Tribunalın Nürnberq presedentində təsbit edildiyi kimi, təcavüzkar müharibə yalnız silahı əlinə alanların deyil, onu planlaşdıran, legitimləşdirməyə çalışan və beynəlxalq aləmə çıxaranların da cinayət məsuliyyəti doğurur.

Beləliklə, D.Babayan təcavüzkar müharibənin hazırlanması, təşkili, aparılması və legitimləşdirilməsində qəsdən və bilavasitə iştirak etməklə müharibə və sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsində dolayı yolla iştirak edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ən çox satılan maşınlar açıqlandı like
  • 07 Noy 14:24  
Digərləri Ən çox satılan maşınlar açıqlandı

Dünyanın ən populyar avtomobilləri açıqlanıb.

arrow Ətraflı
Ərdoğan  İlham Əliyevi təbrik edib like
  • 07 Noy 14:19  
Siyasət Ərdoğan İlham Əliyevi təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Ə

arrow Ətraflı
Rüşvət qalmaqalında adı hallanan ekspertin işi məhkəməyə göndərildi like
  • 07 Noy 14:15  
Kriminal Rüşvət qalmaqalında adı hallanan ekspertin işi məhkəməyə göndərildi

Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspert barəsində

arrow Ətraflı
Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olundu  FOTO like
  • 07 Noy 14:14  
Kriminal Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə olundu FOTO

Zəfər Günü ərəfəsində Azərbaycan xalçası Polşa Muzeyinə hədiyyə o

arrow Ətraflı
"Gəlməyim üçün 100 min manat təklif etdi, yox dedim" like
  • 07 Noy 14:00  
Şou-biznes "Gəlməyim üçün 100 min manat təklif etdi, yox dedim"

Əməkdar artist Bəsti Bəkirova toyda çıxış etmək üçün ona təklif olu

arrow Ətraflı
"3% o qədər də böyük məbləğ deyil" like
  • 07 Noy 13:45  
Digərləri "3% o qədər də böyük məbləğ deyil"

Nazir müavini vergi güzəştlərinin ləğvindən danışdı

arrow Ətraflı
İndoneziyada Cümə namazı zamanı partlayış  54 nəfər xəsarət alıb like
  • 07 Noy 13:39  
Dünya İndoneziyada Cümə namazı zamanı partlayış 54 nəfər xəsarət alıb

İndoneziyanın paytaxtı Cakartada yerləşən bir məktəb kompleksinin ərazi

arrow Ətraflı
17 tiktoker saxlanıldı  VİDEO  FOTO like
  • 07 Noy 13:32  
Digərləri 17 tiktoker saxlanıldı VİDEO FOTO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Pr

arrow Ətraflı
Bu imtahanın nəticələri nə zaman açıqlanacaq?  RƏSMİ like
  • 07 Noy 13:30  
Digərləri Bu imtahanın nəticələri nə zaman açıqlanacaq? RƏSMİ

Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı üzrə onlayn platformanın ict

arrow Ətraflı
Xalq artisti səhhəti necədir?  Oğlu danışdı like
  • 07 Noy 13:20  
Şou-biznes Xalq artisti səhhəti necədir? Oğlu danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdir

arrow Ətraflı
"Tezliklə yağış yağmasa şəhəri boşaldacağıq" like
  • 07 Noy 13:11  
Dünya "Tezliklə yağış yağmasa şəhəri boşaldacağıq"

İranda paytaxt Tehranda su böhranı kritik həddə çatıb.

arrow Ətraflı
"Məni öldürmək istəyirlər" like
  • 07 Noy 13:00  
Şou-biznes "Məni öldürmək istəyirlər"

Məşhur televiziya ulduzu Kim Kardaşyan yeni bölümdə etdiyi etirafla izləy

arrow Ətraflı
Mask dünyanın ilk trilyoneri ola bilər like
  • 07 Noy 12:55  
Dünya Mask dünyanın ilk trilyoneri ola bilər

Tesla səhmdarları şirkətin baş direktoru İlon Mask üçün nəzərdə tutu

arrow Ətraflı
Onlara yeni vəzifə verildi like
  • 07 Noy 12:50  
Digərləri Onlara yeni vəzifə verildi

DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib.

arrow Ətraflı