Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün tədbirlər keçiriləcək


Kriminal 06 Noy 2025 19:03:00 66 0

Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün tədbirlər keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində noyabr ayı ərzində uşaqlar üçün əlamətdar tarixlərə həsr olunmuş maarifləndirici və bədii tədbirlər keçiriləcək. Vətənpərvərlik mövzusunda uşaqlar üçün təqdim olunan maarifləndirici proqramlar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, gənc nəslin milli və mənəvi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, onların intellektual və yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi daşıyır. Bu tədbirlər uşaqlarda vətənə, torpağa, el-obaya sevgi və məhəbbət hissini aşılayır, ölkəmizin tarixini, müstəqilliyini və suverenliyini təbliğ edir. Eyni zamanda, vətənimizin keşiyində mətanətlə dayanan, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin və onların ailələrinin xatirəsinə dərin ehtiramın ifadəsidir. Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi və Sosial Xidmət Mərkəzlərinin "Parla" inklüziv mədəni kollektivinin birgə təşkilatçılığı ilə "Zəfərin Səsi - Qələbənin Nəğməsi" adlı konsert təqdim ediləcək. Tədbir Vətən müharibəsində qazanılmış şanlı Qələbəyə, həmçinin qəhrəman şəhid və qazilərimizin əziz xatirəsinə həsr olunacaq. Tədbirin 6 noyabr tarixində keçirilməsi planlaşdırılsa da, yolların bağlı olması səbəbindən 13 noyabr tarixinə təxirə salınıb. Noyabrın 7-də saat 12:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə "Xalqın Zəfəri"  adlı konsert proqramı keçiriləcək.  8 noyabr- Zəfər Günündə "5 illik Zəfər Salnaməsi" adlı mühazirə, "Xarıbülbül" təsvirinə həsr olunmuş ustad dərsi və tematik ekskursiya təşkil olunacaq. 9 noyabr - Dövlət Bayrağı Günündə uşaqlar "Bayraq mənliyimdir, bayraq kimliyim" mövzusunda mühazirəni dinləyəcək, "Dövlət rəmzləri - Gerb və Bayraq" adlı ustad dərsində iştirak edəcək və tematik ekskursiyada ölkəmizin dövlət atributları ilə yaxından tanış olacaqlar. 17 noyabr - Milli Dirçəliş Günündə isə "Milli Dirçəliş" mövzusunda mühazirə, "Dövlət rəmzləri - Gerb və Bayraq" adlı ustad dərsi və tematik ekskursiya keçiriləcək. Bu proqramlar uşaqların bilik və yaradıcılıq potensialını artırmaqla yanaşı, onlarda milli dəyərlər, tarixə və qəhrəmanlıq salnaməmizə dərin hörmət hissinin formalaşmasına xidmət edəcək.  

Tural Güləhmədov yüksək vəzifəyə təyin edildi like
  • 06 Noy 19:02  
Digərləri Tural Güləhmədov yüksək vəzifəyə təyin edildi

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə H

arrow Ətraflı
Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub like
  • 06 Noy 18:59  
Digərləri Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyulub

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qada�

arrow Ətraflı
COP30 üçün Braziliyaya ezam olunan şəxslərə əlavə ödəniş ediləcək like
  • 06 Noy 18:36  
Digərləri COP30 üçün Braziliyaya ezam olunan şəxslərə əlavə ödəniş ediləcək

COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə

arrow Ətraflı
“44” bədii filminin çəkilişləri başa çatıb like
  • 06 Noy 18:33  
Kriminal “44” bədii filminin çəkilişləri başa çatıb

Vətən müharibəsinə həsr olunan "44" bədii filminin çəkilişl�

arrow Ətraflı
Sabah ilin ən güclü maqnit qasırğası olacaq  XƏBƏRDARLIQ like
  • 06 Noy 18:26  
Digərləri Sabah ilin ən güclü maqnit qasırğası olacaq XƏBƏRDARLIQ

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş

arrow Ətraflı
Hüseyn Hüseynov işindən ayrıldı like
  • 06 Noy 18:03  
Digərləri Hüseyn Hüseynov işindən ayrıldı

Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir

arrow Ətraflı
Saakaşvili və daha yeddi müxalifət liderinə cinayət işi açıldı like
  • 06 Noy 18:00  
Dünya Saakaşvili və daha yeddi müxalifət liderinə cinayət işi açıldı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və daha yeddi müxalifət

arrow Ətraflı
Təranə Səmədovanın cəzasında dəyişiklik edildi like
  • 06 Noy 17:59  
Şou-biznes Təranə Səmədovanın cəzasında dəyişiklik edildi

Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

arrow Ətraflı
Tanınmış dondurma markasında təhlükəli bakteriyalar aşkarlandı like
  • 06 Noy 17:43  
Digərləri Tanınmış dondurma markasında təhlükəli bakteriyalar aşkarlandı

Türkiyənin yerli dondurma markalarından birinin analizlərində insan sağlam

arrow Ətraflı
Vahid Əliyev vəfat etdi like
  • 06 Noy 17:40  
Kriminal Vahid Əliyev vəfat etdi

Əməkdar artist Vahid Əliyev vəfat edib.

arrow Ətraflı
Azərbaycanlı xanım Şahrux Xanın VİLLAsını paylaşdı like
  • 06 Noy 17:13  
Şou-biznes Azərbaycanlı xanım Şahrux Xanın VİLLAsını paylaşdı

Azərbaycanlı xanım Hindistana səfəri zamanı məşhur Bollivud aktyoru Şah

arrow Ətraflı
"Bilərziyimə 16 min manat vermişəm, bahalı deyil" like
  • 06 Noy 16:43  
Şou-biznes "Bilərziyimə 16 min manat vermişəm, bahalı deyil"

Şəbnəm Tovuzlu aldığı qızılın qiymətini açıqlayıb.

arrow Ətraflı
4500 abonent qazsız qalacaq like
  • 06 Noy 16:42  
Digərləri 4500 abonent qazsız qalacaq

Şəmkirdə 4500 abonentin qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı