Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar üçün əlamətdar tarixlərə həsr olunmuş maarifləndirici və bədii tədbirlər keçiriləcək FOTO
Kriminal 06 Noy 2025 16:41:00 79 0
Azərbaycan Milli İncəsənət Muzeyində noyabr ayı ərzində uşaqlar üçün əlamətdar tarixlərə həsr olunmuş maarifləndirici və bədii tədbirlər keçiriləcək. Vətənpərvərlik mövzusunda uşaqlar üçün təqdim olunan maarifləndirici proqramlar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, gənc nəslin milli və mənəvi dəyərlər ruhunda tərbiyəsini gücləndirmək, onların intellektual və yaradıcılıq qabiliyyətini inkişaf etdirmək məqsədi daşıyır. Bu tədbirlər uşaqlarda vətənə, torpağa, el-obaya sevgi və məhəbbət hissini aşılayır, ölkəmizin tarixini, müstəqilliyini və suverenliyini təbliğ edir. Eyni zamanda, vətənimizin keşiyində mətanətlə dayanan, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin və onların ailələrinin xatirəsinə dərin ehtiramın ifadəsidir.
Bu xəbəri də oxu: “44” bədii filminin çəkilişləri başa çatıb
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi və Sosial Xidmət Mərkəzlərinin "Parla" inklüziv mədəni kollektivinin birgə təşkilatçılığı ilə "Zəfərin Səsi - Qələbənin Nəğməsi" adlı konsert təqdim ediləcək. Tədbir Vətən müharibəsində qazanılmış şanlı Qələbəyə, həmçinin qəhrəman şəhid və qazilərimizin əziz xatirəsinə həsr olunacaq.
Tədbirin 6 noyabr tarixində keçirilməsi planlaşdırılsa da, yolların bağlı olması səbəbindən 13 noyabr tarixinə təxirə salınıb.
Noyabrın 7-də saat 12:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə "Xalqın Zəfəri" adlı konsert proqramı keçiriləcək.
8 noyabr- Zəfər Günündə "5 illik Zəfər Salnaməsi" adlı mühazirə, "Xarıbülbül" təsvirinə həsr olunmuş ustad dərsi və tematik ekskursiya təşkil olunacaq.
İran təhlükəsizlik qüvvələri Tehranda 5 tanınmış şəxsi həbs edib.
Azərbaycan Respublikası "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəl
"Invest in Azerbaijan" informasiya sistemi yaradılır.
17 noyabr 2025-ci ildə saat 19:30-da Opera Studiya məkanında görkəmli Azər
Tele-aparıcı Zaur Nəbioğlu açıqlaması ilə diqqət çəkib.
Prezident İlham Əliyev 31 may 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmi
İsrail naziri Nyu-Yorkdakı yəhudiləri şəhəri tərk etməyə çağırıb.
Prezident İlham Əliyev "2025-ci il dövlət büdcəsi haqqında" 16
Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektl�
Bakıda 71 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət
Bu büdcə layihəsi Prezident İlham Əliyevin dayanıqlı iqtisadiyyatın qoru
Müğənni Aysun İsmayılova anasının üvanına deyilən sözlərə cavab ve
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gü
Noyabrın 4-də Bakı şəhəri Bəşir Səfəroğlu küçəsində, indiki "
