Digər alman markaları çöksə də, BMW "pul kəsir"
Digərləri 05 Noy 2025 17:10:00 66 0
Almaniyanın avtomobil nəhəngi BMW 2025-ci ilin üçüncü rübündə rekord göstəricilərə imza atıb.
Bu xəbəri də oxu: Alimlər beyni qocalmaqdan qorumağın yolunu tapdı
Son.az xəbər verir ki, şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 1,7 milyard avroya çatıb.
Bu barədə "Yahoo Finance" şirkətin hesabatına istinadən məlumat yayıb.
2024-cü ilin eyni dövründə BMW-nin mənfəəti cəmi 476 milyon avro idi. Şirkətin rəhbəri Oliver Zipse açıqlamasında bu artımı BMW-nin sabit və dayanıqlı biznes modelinin nəticəsi kimi qiymətləndirib. O bildirib ki, satışların əsas artımı elektromobillər və BMW M seriyalı avtomobillərin sayəsində baş verib.
Zipse həmçinin vurğulayıb ki, BMW karbon emissiyasını azaltmaq üçün Avropa İttifaqının 2035-ci ilə qədər qoyduğu ekoloji hədəflərə çatmaq istiqamətində işləri davam etdirəcək.
Məlumata görə, BMW bu il Almaniyanın digər avtomobil istehsalçılarını mənfəət göstəricilərinə görə geridə qoyub. Belə ki, Mercedes ilin ilk doqquz ayında 3,9 milyard, Volkswagen isə 3,4 milyard avro gəlir əldə edib.
Qeyd edək ki, avqust ayında Avropa Avtomobil Assosiasiyasının rəhbəri Ola Källenius xəbərdarlıq etmişdi. O bildirmişdi ki, 2035-ci ildən etibarən benzin və dizel mühərrikli avtomobillərin satışına qoyulacaq qadağa BMW, Mercedes-Benz, Volkswagen və digər iri brendləri ciddi risklərlə üz-üzə qoya bilər.
Kölgə iqtisadiyyatı qurmaqla ölkədən qaçaq yolla 326 milyonluq məhsul ç
Əvvəllər sosial şəbəkələrdə, xüsusilə də Tiktokda sadəcə qadın pa
22 yaşlı gənc qız Aytac Hacıyeva ölümündən sonra bütün orqanlarını
Bu yaxınlarda Xırdalan istiqamətində hərəkət edənlər tıxacdan şikayə
Tanınmış aparıcı Lalə Azərtaş sosial mediada yayılan görüntülərlə
Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına ba
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxus "Albalılıq Avtopark�
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Hüquqları Məhkəm
"Metronun "20 Yanvar" stansiyasının qarşısından Sumqayıt,
Zığ dairəsində yağışlı endirilən sürət həddi bərpa edilib.
Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində sərnişinlər artıq gedişhaq
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Meto
Çində qadın sevgilisinin 140 min dollarını gizlicə estetik əməliyyatlara
"4642 nəfər hazırda dializdədir".
