İşıqda yatanlara xəbərdarlıq Ürəyi zəiflədir
Digərləri 05 Noy 2025 05:05:00 115 0
Elm adamları bildirirlər ki, tam qaranlıqda yatmaq yalnız yaxşı yuxu üçün deyil, həm də ürək sağlamlığı üçün vacibdir.
Bu xəbəri də oxu: Məktəblərdə yayılan bu sənəd etirazlara səbəb oldu
Son.az xəbər verir ki, yeni araşdırmaya görə işıq yanılı halda yatan insanlarda ürək xəstəlikləri və insult riski daha yüksək olur.
Məlumatlara əsasən, işıq altında yatanlarda ürək çatışmazlığı riski 56 faiz, ürək damar tıxanması 32 faiz, beyin qan dövranı pozulması isə 28 faiz daha çox müşahidə olunur. Araşdırma zamanı 89 min nəfərin yuxu zamanı işığa məruz qalması öyrənilib. Nəticədə məlum olub ki, gecə işığı bədənin "bioloji saatını" pozur. Normalda bədən qaranlıqda yatmağa, işıqda isə oyaq qalmağa proqramlanıb. Bu tarazlıq pozulanda ürək və qan dövranı sisteminə zərər dəyir.
Mütəxəssislər deyirlər ki, söhbət yalnız tavan işığından getmir. Televizor, telefon və planşet kimi cihazların işığı da eyni təsiri göstərə bilər.
Yuxudan bir neçə saat əvvəl bu cihazlardan uzaq durmaq, otaqda işıqları söndürmək və pərdə və ya göz maskasından istifadə etmək tövsiyə olunur.
Araşdırma işığın birbaşa ürək xəstəliyinə səbəb olduğunu tam sübut etmir, amma çox işıq altında yatmağın orqanizm üçün zərərli olduğunu göstərir.
Elm adamlarının fikrincə, bədən gecə işığını stress kimi qəbul edir. Bu da ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir və iltihabı gücləndirir.
Yekunda alimlər bildirirlər ki, sağlam ürək və rahat yuxu üçün ən yaxşısı qaranlıqda yatmaqdır.
İsmayıl Son.az
Panik atak yaşayan bir çox insan bu vəziyyəti keçirdiyi an "ölürəm&
Yumurta çox vaxt sadə qida kimi qəbul edilsə də, əslində ən dəyərli v�
ABŞ-da aparılan yeni bir araşdırma beyin sağlamlığı üçün ən zərərl
Axşam yeməklərinin əvəzolunmaz tərəfi olan plov bəzən artıq qala bilə
Bağınızdan "alçaq ot" deyib çıxarıb atdığınız o bitki, Avro
ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması aviasiya sektoruna da cid
Sağlamlıq riskləri barədə məlumatlı olmaq və hansı əlamətlərə diqq�
Lənkəranda 60 yaşlı kişi əməliyyatdan sonra ölüb.
Müğənni Səidə Dadaşova ilə xalası Lalə Dadaşova arasındakı qalmaqal
Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Müğənni Afət Fərmanqızı dəvət aldığı məclisə samalyotun gec gəlm�
Rusiya Ordusu Ukraynanın Konstantinovka şəhərinə hücumların intensivliyin
Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında yerləşən çox
Xəbər verdiyimiz kimi, bu gün keçirilən əməliyyat zamanı "Qarabağ&
